www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam, vacib namazda, təkbirətul ehramdan sonra əuzubilləhiminəşşəytanirrəcim sözün deyib sonra həmdsurəni demək namzı batil etmirki?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, batil etmir. Əksinə müstəhəbdir.

Təşəkkürlər.
Sual: Wortiknen namaz qilmaq olar dize kimi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Kişi qıla bilər.

Təşəkkürlər.
Sual: Salam.Oruc tutan adam yüngül bayıra gedəndən sonra əlinə aftava almırsa(yumasa) və bu halda oruc tutarsa orucu düzgündür?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, tutduğu oruc düzdür.

Təşəkkürlər.
Sual: Mən pdf, epub, mobi kimi elektron kitabları yükləyib oxuya bilərəm mi? Heçkəslə paylaşmadan bu materialların yüklənib oxunulması üçün xüsusi icazəyə ehtiyac varmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Elektron kitabları oxumaq haram deyildir(əlbəttə içindəki tətləblər haram olmazsa). Həmçinin onları endirən zaman qanun pozuntusuna yol verilməzsə, bu kitabların endirilməsi(yüklənməsi) də haram deyildir və yükləmək üçün icazəyə də ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: SALAM.BAĞIŞLAYIN.MƏN EVLİ OLUB AYRILMIŞAM.YENUDƏN EVLƏNMƏK NİYYƏTİNDƏYƏM,AMMA BİR NEÇƏ CİDDİ XƏSTƏLƏYİM,SƏHHƏTİM İMKAN VERMİR.AMMA AİLƏ QURMAQ ÇOX İSTƏYİRƏM.ƏGƏR QURA BİLMƏSƏM,AİLƏSİZ DÜNYADAN GETSƏM GÜNAH OLARMI,YAXUD ALLAHIN QƏZƏBİNƏ DÜÇAR OLARAMMI?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ailə qurmaq öz-özlüyündə vacib deyil və evlənməmək də haram deyildir. Əlavə olaraq sizin üzürlü səbəbiniz varsa bu halda evlənməməyin bir eybi yoxdur.

Təşəkkürlər.
Sual: Gündəlik qadından gələn bəyaz axıntı dəstəmaz pozur mu ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxan:

Xeyir, pozmur.

Təşəkkürlər.
Sual: Salam ələykə ağam sualıma görə üzür istəyirəm internet və ya şəkil vastəsiylə açıx saçıx və ya açıx saçıx olmayan müsəlman və ya xrityan qadnlara baxmax olarmı
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şəhvət qəsdi ilə açıq-saçıq qadının(istər müsəlman olsun, istərsə qeyri-müsəlman) şəklinə baxmaq haramdır, amma şəhvət qəsdi olmadan isə ehtiyat vacibə əsasən haramdır.

Açıq-saçıq olmayan qadının(istər müslman olsun, istərsə qeyri müsəlman) isə şəklinə şəhvət qəsdi olmadan baxmaq haram deyil. Amma şəhvət qəsdi ilə baxmaq haramdır.

Təşəkkürlər.
Sual: 10gunluk usaga hansi qusl verilir? Ve ne deyilir?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Xüsusi olaraq on günlük körpə üçün qusl yoxdur. Amma təzə doğulan körpəyə əgər suyun zərəri yoxdursa qusl vermək müstəhəbdir.

Qusldan öncə də "yeni doğulan körpəyə müstəhəb qusl verirəm qurbətən iləllah" niyyətin edərsə kifayətdir.

Təşəkkürlər.
Sual: Salam. Bagisdiyin 1sualim var. Demeli hekim mene sam yazib cinsiyyet orqanima qoymaga. Yagli dermandi. Sami qoyannan yarim saat sonra gedib qusul aldim Boynumda qusul varydi. Evvelce sabunla ter temiz yuynb sonra qusul aldm. Bas sag terefimi yuyub qutarmiwdim sol terefimi yuyanda uzur istrem cinsiyet orqanimida yuyanda elim ele bilki yagli oldu. Bele fikirlewiremki derman icerden gelb uje sol terefmi yuyanda cole cxb. Qusulun ortasinda his eledimki cinsiyet orqanm biaz yagli kimidi. AMA qusulu aldm basa vurdum. Indi menim qusulm batildi? Xais edirem cavab yazardiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər qeyd etdiyiniz yağlılıq qusl alarkən suyun bədəninizə yetişməyinə mane olacaq həddə olubsa, aldığınız qusl düzgün deyildir. Gərək maneəni(yağlılıq) aradan qaldırandan sonra həmən(su yetişməyən) hissni qusl niyyəti ilə yenidən yuyasınız. Amma yağlılıq suyun bədənə yetişməsinə mane olacaq həddə olmayıbsa, aldığınız qusl düzgündür.

Və yağlılıqın suyun bədənə çatmasına mane olub və ya olmamasını təyin etmək mükəlləfin(bu hadisəbaşına gələn şəxs) öhdəsindədir.

Təşəkkürlər.
Sual: Salam. Namərəm Diş həkimi əlcəklə işləyərsə bunun hökmü nədir? Yəni İslam buna icazə verirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qadın həkimə müraciət etməyə şərait olduğu təqdirdə, kişi həkimə müraciət etmək haram baxış və haram toxunuşa səbəb olarsa, bu zaman kişi həkimə müraciət etmək haramdır.

Təşəkkürlər.
Sual: Salam.. Ümumi olaraq dünyada müxtəlif cür şəbəkə marketinq biznesləri var. Əsasən də bu bizneslərin mənbəyi qərb dünyası Avropa və Amerikadır. Şəri cəhətdən bu cür həm maddi həm də mənəvi ziyana məruz qalmadan bu kimi şəbəkə bizneslərində üzv olmaqla yanaşı gəlir də etmək olar yoxsa yox? Bu cür biznesdən gəlir əldə etmək haram sayılırmı? Sizə zəhmət Əvvəlcədən təşəkkür
Cavab: Salam. Ayətullah Fazil Lənkərani-dəftrxana:

Sualınız tam aydın olmadığından, zəhmət olmasa iş prosesinin və işin mahiyyətinin nədən ibarət olduğunu qeyd edin.

Təşəkkürlər.
Sual: Salam aleykum. Durna baliği ve tuna baliği yemey olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər pulcuqlu balıqdırlarsa yeyilməsi halaldır. Əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Naqqa balıqı yemək icazəlidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər pulcuqlu balıqdırsa yeyilməsi halaldır. Əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Ruşvət vermək olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Həm rüşvət vermək və həm də rüşvət almaq haramdır.

Təşəkkürlər.
Sual: ALLAHIN SALAMI OLSUN. İNŞƏALLAH. ağa deyillər ki Quranı ölüyə ancaq kişilər tapsira bilər nə də dərəcədə doğrudur.? İndidən. Təşəkkürlər. Allah razı olsun. Allaha əmanət🤲🏻.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Həm kişi həm də qadın, ölən şəxs üçün Quran oxuya da bilər, tapşıra da bilər.

Təşəkkürlər.
Sual: ALLAHIN SALAMI OLSUN SİZƏ AĞA. MƏNİM BİR NEÇƏ SUALIM VAR. ƏTRAFLI CAVABLANDIRSAZ SEVİNƏRƏM. BİR XANIM VAR QÜSUL EDƏNDƏN SONRA ONU QURUDMUR SAÇLARI ÇOX BÖYÜK OLDUĞU ÜÇÜN QURUDMAĞININ VAXTI ÇOX ÇEKİR DEYƏ. BU HALDA NAMAZ QILIR. BU AYƏTULLAH SİSTANİ AĞANIN RİSALƏSİ İLƏ DOĞRUDUR?. BİRDƏ SİZDƏN XAİŞ EDƏCƏM QÜSULUN ALINMA QAYDASINI ATASINIZ. İNŞƏALLAH. VƏ BİRDƏ SUALIM OLACAQ. GƏLƏN SƏFƏRƏ. İNŞƏALLAH. İNDİDƏN ALLAH SİZDƏN. RAZI OLSUN. ALLAH ƏMANƏT🤲🏻.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Yaş saçla namaz qılmağın bir eybi yoxdur.

Cənabət quslu niyyəti ilə əvvəlcə baş və boynunu, sonra isə bədəni yumaq kifayətdir. Bədəni yuyarkən yaxşı olar ki, əvvəl bədənin sağ tərəfi, daha sonra isə sol tərəfi yuyulsun. Əgər qusl duş ilə alınırsa, ehtiyat vacibə əsasən həm baş, həm də bədən yuyulmazdan öncə duşun altından, çıxıb yenidən duşun altına girmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam Əleykum.mən bir evli kişi ilə ailəli olaraq zina etmişəm.Sonradan müəyyən səbəblərə görə ailəmdən ayrıldım.amma bu günə qədər zina etdiyim kişi ilə əlaqəm var.zina etdiyimdə ibadət etmitdim və zina barəsindədə məlumatım yox idi.heç bir məlumatım olmadan şeytana uydum.zina etdim.sonradan ibadət etməyə başaldım... namaza başladığdan sonra zina haqda məlumatlı oldum.çox peşman olduq tövbə edib zina etdiyim kişi ilə aramızda kəbin oxutdurduq.bilmək istəyirəmki hökm vəzifəmiz nədir və kəbinimiz doğrudurmu?çox xahiş edirəm sualımı cavablandırasız
Cavab: Salam. Ayətullah Vəhid Xorasani-dəftərxana:

Ehtiyat vacibə əsasən evli qadın zina edərsə, o qadın zina etdiyi kişiyə əbədi olaraq haram olur.

Təşəkkürlər.
Sual: Salam.Biz uzun müddət Rusiyanın əsarəti altında yaşamışıq oruc,namaz nədir bilməmişik.Məsələn mən 19 yaşmda ilk dəfə namaz haqqında eşitmişəm,qılan görmüşəm.Bilmək istərdim mənim qəza namazım nə vaxtdan sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər əvvəldən müsəlman olmusunuzsa, həddi-buluğa çatandan ibadətlərinizi yerinə yetirməlisiniz. Əgər yerinə yetirməmisinizsə, gərək həddi-buluğ yaşından indiyə kimi yerinə yetirmədiyiniz ibadətlərin(məsələn:namaz və oruc) qəzasını yerinə yetirəsiniz.

Yox əgər əvvəldən müsəlman olmamısınızsa, islam dinini qəbul edəndən sonra ibadətlərinizdən hansısa birini yerinə yetirməmisinizsə, gərək onun qəzasını yerinə yetirəsiniz.

Təşəkkürlər.
Sual: Salam. Mute zina sayilir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam.Mən 20 yaşlı bir cavan oğlanam.İndiyə qədər şeytana uyub bir neçə dəfə namaz qılıb tərk etmişəm.İndi Allahın izni ilə yenidən namaz qılmağa başlamışam.Mən yalnız camaat namazına getməklə imanımı qüvvətləndirə biləcəyimi hiss edirəm.Bunada valideynlərim narazıdır.Çünki onlar məscidə getməklə vəhhabi olacağımı düşünürlər-hərçənd,bu mümkün deyil,çünki getdiyim məscid şiə məscididir və ora yalnız şiələr gəlir.Valideynlərimin bu düşüncəsi din barədə çox az məlumatlı olduğundan irəli gəlir.Camaat namazına getmədiyim halda məndə günaha və fəsada düşmək qorxusu var. Bu halda mənim vəzifəm nədir?Camaat namazına gedimmi? Sistani ağaya təqlid edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər valideyni razı salmaq mümkünsə onu razı salıb məscidə gedin. Əgər razı sala bilməsəniz, valideynin xəbəri olmadan gedə bilərsiniz. Amma sadalanan iki haldan heç biri mümkün olmasa və sizin məscidə getməyiniz aqq valideyinlik sayılarsa məscidə getməməlisiniz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı