www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. destemaz suyunun şərtləri hasılardı ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Dəstəmaz alınan suyunun 3 şərti var:

1-Dəstəmaz alınan su mütləq olmalıfır(muzaf olmamalıdır).

2-Dəstəmaz alınan su pak olmalıdır(nəcis olmamalıdır).

3-Dəstəmaz alınan su mübah olmalıdır(qəsbi olmamalıdır).

Təşəkkürlər.

Sual: Əssalamu Aleykum və rəhmətullahu və bərəkətüh. Mən İnşaallah bilmək istəyərdimki, Xanımla Kişinin yazışması doğrudurmu? Və bunuda bilmək istəyərdimki, Ümumilikdə Naməhrəmlərin telefonla yazışıb, danışması və bu kimi əməllərinə görə hökm necədir? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər naməhrəmlə danışmaq və ya yazışmaq fəsada yaxud harama düşmə təhlükəsi yaradarsa haramdır.

Amma alimlər zərurət və vacib iş olmadıqda, naməhrəmlə hər hansı bir ünsiyyəti tövsiyyə etmirlər.

Təşəkkürlər.
Sual: Salam Ər və arvad uzun müddət bir birinə uzaq mesafədədirlər Görüşmək üçün bir çox problem varsa Bu halda telefonda danışaraq masturbasiya edə bilərlərmi?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:

Xeyir, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salam, gəlyan cəkməyin və ya satmagın hökmü nədir, yani mubah, məkruhdur və sair?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər gözə çarpacaq həddə zərəri yoxdursa qəlyan çəkməyin və satmağın iradı yoxdur. Yəni mübahdır.

Təşəkkürlər.
Sual: Cənabət qüslu əvəzi təyəmmüm alan şəxs təyəmmümdən sonra dəstəmaz almadan birbaşa namaz qıla bilər?2ci sual:Hər namaz üçün ayrılıqda hər dəfə cənabət qüslu əvəzi təyəmmüm almalıdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Cənabət quslu əvəzinə alınan təyəmmümdən sonra(dəstəmazı pozan bir hal baş verməyibsə), namaz qılınmaq üçün dəstəmaz alınmamalıdır.

2-Amma cənabət quslu əvəzinə edilən təyəmmumdan sonra, dəstəmazı pozan bir hal baş verərsə, bu zaman(yerinə yetirilməsi üçün dəstəmaz lazım olan işlərdən ötrü)ehtiyat vacibə əsasən həm cənabət quslu əvəzi təyəmmüm edilməli, həm də dəstəmaz almalıdır. Əgər dəstəmaz almağa şərait yoxdursa, bu zaman dəstəmaz əvərinə də təyəmmüm edilməlidir. Bundan sonra nə qədər ki, dəstəmaz pozulmayıb, yenidən təyəmmüm və dəstəmaza ehtiyac yoxdur.

Təşəkkürlər.
Sual: Salam .sipirt ki tibb üçün istifadə edirlər ona su qatıb işlətməy olar??yəni nəcisdi ya yox?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:

Pakdır.

Təşəkkürlər.
Sual: Sualima gore cox uzur isteyirem...eger bir kisinin...heyat yoldasi bir nece gunluk yaninda yoxsa ve ozamanda insanin sehveti guclenerse..gunah elemesin deye kisi ne etmeli..?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Belə halda imkan daxilində ya həyat yoldaşının yanına getməlidir yaxud müvəqqəti evliliyə imkanı varsa müvəqqəti əqd bağlamalıdır. Və ya öz zehnini şəhvətdən uzaqlaşdıran işlərlə(məsələn Quran oxumaq, dua, zikr və.s) məşğul etməlidir ki, günaha düşməsin.

Təşəkkürlər.
Sual: 1.Salam.Tibbi spirti su ile qarisdirsaq necis olarmi? 2.esli maye olan spirt ne demekdir? 3.qeza namazlarindan ve musteheb namazlardàn qabaq 3 defe essalat demeyin eybi varmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Əgər tibbi spirtin əsli maye deyilsə və ya əslinin maye olub-olmamasını bilmirsinizsə, bu halda həm spirt pak hökmündədir həm də hətta su ilə qarışdırılsa da pak hökmündədir.

2-Əsli mayedən məqsəd budur ki, spirt həqiqətdə maye olan bir maddədən(məsələn üzüm) alınsın.

3-İstər vacib, istərsə də müstəhəb namazlardan öncə 3 dəfə əs-səlat deməyə ehtiyac yoxdur. Dediyimiz hökm bu namazların qəzasına da aiddir. Hətta kimsə bilərəkdən bu işi(3-dəfə əs-səlat deməyi) şəriətin bir hökmü kimi(məsələn müstəhəb və ya savab niyyəti ilə) həyata keçirərsə, bidət etmişdir. Və bidət də haramdır.

Bu iş(namazdan öncə 3-dəfə əs-səlat demək) meyyit namazına aiddir.

Xahiş olunur bir sualda bir neçə sualı cəm edib verməyəsiniz. İmkan daxilində sualları ayrı-ayrılıqda verin.

Təşəkkürlər.
Sual: Salam Alekum tibbi sipirt nəcisdiri? Əgər Nəcis deyilsə biz dəstəmazlı olan halda əlimizə tibbi sipirt dəysə əlimiz nəcis olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Tibbi spirt pakdır və dəstəmazlı və ya dəstəmazsız olmağın bu məsələ ilə bir əlaqəsi yoxdur. Hətta onun(spirt) namaz qılanın bədən və ya paltarına dəyməsinin heç bir eybi yoxdur. Təşəkkürlər.
Sual: Salam aleykum. Hicri teqvimile teze ayin bashlanmasini muctehidin yerli numayendesi tesdiqlemelidi yoxsa muqellide yaxin olan olkenin dini rehberin fetvasiyla hereket etmek olar yani Xomenei aganin fetvasi kifayetdirmi buna
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Müctehidin yerli nümayəndəsinin təsdiqi və həmçinin müctehidin(istər təqlid etdiyiniz müctehid olsun istərsə də başqa müctehid) fətvası ilə ayın əvvəli sabit olmur.

Ayın əvvəli aşağıda qeyd edəcəyimiz dörd yolla sübut olunur.

1. İnsanın özü ayı görərsə.

2. İki adil kişi ayı gördüyünə şəhadət verərsə.

3. Sözlərindən yəqinlik hasil olan bir neçə nəfər ayı gördüyünü deyərsə.

4. Qabaqkı ayının əvvəlindən 30 gün keçmiş olarsa.

Təşəkkürlər.
Sual: Salam tibbi sipirt nəcisdiri? Əgər Nəcis deyilsə biz dəstəmazlı olan halda əlimizə tibbi sipirt dəysə əlimiz nəcis olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Tibbi spirt pakdır və dəstəmazlı və ya dəstəmazsız olmağın bu məsələ ilə bir əlaqəsi yoxdur. Hətta onun(spirt) namaz qılanın bədən və ya paltarına dəyməsinin heç bir eybi yoxdur.

Təşəkkürlər.
Sual: Salam ister receb ister saban aylarinda qeza oruclari tutan kes bu aylarda musteheb oruc tutan kes kimi savab qazana biler?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, əgər kimsə rəcəb və ya şaban ayında hətta qəza orucu da tutarsa, inşaallah bu aylarda oruc tutan şəxsin savabını da əldə etmiş olar.

Təşəkkürlər.
Sual: Salam,sualim qizlarin heddi buluga catmasi baresinde olacaq,bu qizlar ucun 9 yas mueyyen olunsada,bizim yasadigimiz Azerbaycan olkesi de qizlarin heyz qani gorme yasi 11 -12yasdan tez olmur,bilmek isteyirdim qadin heyz gorduyu vaxtdan namaz oruc kimi vacibatlar boynuna dusur yoxsa 9 yasi olsada heyz qani gormediyi halda boynuna dusur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qadın hətta doqquz yaşından öncə də heyz qanı görərsə, namaz, oruc və bunun kimi digər vacibatları yerinə yetirməlidir. Əks halda hicri qəməri təqvimi ilə doqquz yaşı(miladi təqvimi ilə təqribən: səkkiz il səkkiz ay igirmi gün) tamam olan kimi, boynuna təklif gəlir və gərək namaz, oruc və digər vacibatları yerinə yetirsin.

Təşəkkürlər.
Sual: Sidikden sonra gelen mayeyə görə qusl alinmalidirmi ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, qusl alınmamalıdır.

Təşəkkürlər
Sual: Salam. Uşaq doğulandan sonra onun saçını keçəl etmək vacibdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, vacib deyildir.

Təşəkkerlər.

Sual: Salam qüsl aldığımız yerde meselen hamamda bağışlayın sidik olsa qüsl almaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar. Əgər qəlil su ilə qusl alırsınızsa, qusl aldığınız zaman elə etməlisiniz ki, nəcis(məsələn: sidik və ya nəcis su) yumaqda olduğunuz üzvünüzə sıçramasın. Çünki qusl zamanı yumaqda olduğunuz üzvün pak olması şərtdir.

Amma kür su ilə qusl alırsınızsa bu zaman bu deyilən şərtə ehtiyac yoxdur. Çünki kür su nəcis olan üzvə dəyməklə həmin üzvü paklayır və bu da qusl üçün yetərlidir.

Təşəkkürlər.

Sual: Salam. Uşaq doğulandan sonra onun saçını kəsdirmək vacibdir?
Cavab: Salam Ayətullah Xamnei-dəftərxana:

Xeyir, vacib deyildir.

Təşəkkürlər.
Sual: Dunyaya xatir gorduyumuz islerin savabi var
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər insan hər hansısa bir işi görən zaman Allaha xatir niyyəti etməyibsə, o işə görə savab verilməyəcəkdir(hətta görülən iş ibadət olsa belə).

Amma görülən iş dünya işi olsa da belə amma insan o işi görən zaman niyyəti Allaha xatir olarsa, bu işin savabı vardır.

Təşəkkürlər.
Sual: Əs Səlamun Aleykum Ağa Allah sizi Hifs etsin. Bir Sualım var idi Ağa can . Hədis Elmi Şiə Dən Sunnə Yə Ötürülüb ya Sunnədən Şiyəyə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bağışlayın biz yalnız fiqhlə bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Salam Bilmey isteyirdiy 40 merasiminin vaxtjnj ireli veya geri deyişmey olar
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı