www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Mənim 18 yaşım var.Mənə elçi gəliblər,amma mən universitet oxuduğum üçün evliliyə 2-3 il sonra universiteti bitirdikdən sonra razılıq verəcəyimi demişəm.Onlarda gözləyəcəyini deyiblər.Mən bilmək istəyirəm ki,nişanlı olmağın hökmləri nədir?Biz bir yerdə yol getmək üçün arada kəbin olmalıdırmı?Və bu nə dərəcədə düzgündür.Zəhhmət olmasa cavablandırardız.Ayətullah Sistani ağaya təqlid edirəm.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Kəbn olmadıqca bir-birinizə naməhrəm hesab olunursuz. Hətta nişan olsa belə. Və digər naməhrəmlə hansı şeylər haramdırsa sizin üçün də haramdır.

Təşəkkürlər.
Sual: Salam aleykum Əziz və dəyərli Seyyidimiz... Sualım budur ki, Bir şəxsin öz şəxsi bağında əkdiyi ağac (meyvə ağacı yaxudda ağacları) hasardan kənara çıxarasa həmin kenara çıxan budaqlardan meyvə dərib yaxudda çoxlu yığıb istifadə etmək olarmı? Həmin şəxsin bundan xəbəri olmadan... Və əgər bu ağaclarin budaqları qonşu həyətə çıxarsa yenədə istfadə etmək hökmü necə olacaq bu meyvələrdən? Dərib yemek ve yığıb istifadə etmək olarmı? Öncədən təşəkkür edirəm...
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Sahibin razılığı olmadan ondan dərmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Ayətullah Xameneyi Aganın risalesine esasen vacib qusular cenabet, heyz nece alinir? Evvelce bedenin hansi terefleri ve daha sonra hansi terefleri yuyulur.Tewekkur edirem
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əvvəlcə baş və boyun tamamilə yuyulmalıdır. Daha sonra vacib ehtiyata əsasən bədənin sağ tərəfi və sonra sol tərəfi tamamilə yuyulmalıdır.

Təşəkkürlər.
Sual: Salam eger bir qiz Bakireliyini itiribse toyu zadi olmayib onunla Sige baqlamaq ucun atasi icazesin bilmek vacipdi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, atasının icazəsi lazımdır.

Təşəkkürlər.
Sual: Salam. 1. İstibradan sonra bir maye gələrsə o pakdırmı? 2. Namazın salamlarında aləyna deyilir yoxsa ələyna? 3. Naməhrəmnən zarafat etmək olarmı?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Pak və ya nəcis olmasına şəkk edirsinizsə pak hökmündədir.

2. Ələyna

3. Günaha düşmək qorxusu varsa olmaz.

Təşəkkürlər.
Sual: Əssəlamun əleykum.Sualim Rəhbərə olacaq.İnsan sidiyə getdikdən sonra istənilən vaxt ondan gələn rütubət pak sayılır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər sidiyə getdikdən sonra istibra edərsə daha sonra pak ya nəcis olmasına şəkk etdiyi bir maye xaric olarsa pak hökmündədir. Lakin istibra etməmişdisə nəcis hökmündədir.

Təşəkkürlər.
Sual: Bir qadın bir kişiylə ailə qurur kəbin kəsdirir. Sonra o qadın o kişidən rəsmi şəkildə ayrılır ancaq cahiliyyət üzündən təlaq vermir. Bir müddət sonra bu qadın başqa bir kişi ilə evlənir və kəbin kəsdirir. Bu evliliyin və bu evlilikdən doğulan uşaqların hökmü nədir?.
Cavab: Salam.

Ayətullah Xamenei-dəftərxana:

İkinci kəbn batildir və vacib ehtiyata əsasən ikinci şəxs ilə bir-birinə əbədi haram olublar. Lakin həm qadın həm kişi məsələdən xəbərsiz idilərsə bu məsələdə əbədi haram olmamağa fətva verən müctəhidin fətvasına əməl edə bilərlər.

Təşəkkürlər.
Sual: Salam, Sizə bu mövzuda ünvanladığım öncəki sualı və verdiyiniz cavabı aşağıda qeyd edirəm. Sualıma istədiyim aspektdən cavab ala bilməmişəm. Birinci sualı da verməkdə məqsədim elə bu vaksinin əgər gələcəkdə (10 il-15il-20 il sonra ) fəsad (sonsuzluq,tez qocalma və s. kimi) verə biləcəyi riskini nəzərə alaraq vaksin vurdurmadakı mövqeyimiz nə olmalıdır? "Sual: Salam Azərbaycanda artıq Covid19 əleyhinə vaksin vurdurma icbari hal almağa başlayıb. Bilmək istəyirəm ki, bunun hökmü nədir? Bir halda ki, vaksinin tərkibindən arxayın deyilik... Cavab: Əleykum salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ciddi zərərləri yoxdursa vaksin vurdurmağın maneəsi yoxdur. Təşəkkürlər."
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Vaksin vurdurmaq vacib deyil. Əgər dediyiz ciddi zərərləri varsa icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Tovbe etmek ucun ne etmek lazimdir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Həqiqi tövbə insanın etdiyi günaha görə peşman olması və bir daha ona mürtəkib olmamasıdır.

Təşəkkürlər.
Sual: salam ağacan. eger bir nefer başqa birinə “ sene and verirem onu eleme” deyennen bir muddet sonra deseki icaze verirem ele. bele bir seyin gunahi var ? her iki şexsın boynuna gunah yazilir mi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Belə andlara əməl etmək vacib deyil.

Təşəkkürlər.
Sual: Salam ağa əgər bir insan mucdehidini dəyişdirmək isdəyirsə yəni başqa mucdehide təqlid edmək isdəgirsə onu nece ede bilər xaiş edirəm ətrafli başa salardiz Onceden təşəkkurlər
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər araşdırma apararsa və nəticədə başqa müctehidin daha elmli olması məlum olarsa, həmin müctehidə (daha elmli olana) təqlid etməsi vacibdir. Əks halda təqlidi dəyişmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salamun Aleykum.Mənim bir neçə sualım var idi: Kriptovalyutalar ilə ticarət etmək,onların alqı-satqısı ilə məşğul olmaq,ondan pul qazanmaq haramdır mı? Əgər haram deyilsə və biz bu valyuta ilə pul qazansaq sonradan isə haram olduğu dəqiqləşsə o vaxta kimi kriptovalyutadan qazandığımız pullar haramdır mı? Qazandığımız pulları savab işə xərcləsək yenə mi haram etmiş oluruq? (Haram pulu savab işə xərcləməyin bizə savabı yoxdur elə deyil?)
Cavab: Əleykum salam.

Ayətullah Behcət-dəftərxana:

1. Vacib ehtiyata əsasən icazəli deyil.

2. Əgər əldə olunan pulların sahibləri müamilənin batil olmasına baxmayaraq onları istifadə etməyinizə razı olarsa özünüz istifadə edə bilərsiniz. Əks halda öz sahiblərinə geri qaytarmaq lazımdır. Əgər sahiblərinin kimliyi məlum deyilsə onların adından sədəqə verməlisiniz.

Təşəkkürlər.
Sual: Kitab oğurluğu da oğurluq hesab olunur? İstisnası varmı? Məsələn oxumağa, elm əldə etməyə ehtiyacım var deyə kitab oğurlamaq olar?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Oğurluq haramdır və kitab ilə qeyri kitab arasında fərq yoxdur.

Təşəkkürlər.
Sual: Salam ağa uzur isdəyirem bir dul qadin yasi 40 olan bir qadin hec vaxt aylə qurmaga imkani olmuyan yəni şəhvət guc gəlir yani artiq heç cur mumkun deyil basqi gelir ona hətda orucda tutur ibadet edende bele rahatliq vermir ona istimna edir bir ay sakitlik tapir ama Allahdanda qorxur tobə edir yene vaxti çatir yene basgi gelir ona ləzət məqsədiylə olmasa sadəcə şəhvətinə təsginlik vermək ucun olsa isdimna ede bilər ya yox cox pis vəziyətdi yəni ibadətdən bir şey anlamir əsəblərini pozub bir söznən xaiş edirəm bu məsələyə aydinliq gətirərdiz qabaqcadan coxsaqolun Allah razı olsun
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İstimna etmək hər halda haramdır. Amma harama düşməmək üçün müvəqqəti nikah edə bilər.

Təşəkkürlər.
Sual: Salam menim 1.2 sualim olacaq namaz qilan insan dirnaq uzada bilermi? Bide namazi qadinlar sesli oxuya biler? Namazi tez tez qilmaq namazı pozarmi sagolun
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Dırnaq uzatmaq haram deyil lakin kişilər üçün bəyənilmir.

2. Əgər naməhrəm yoxdursa qadınlar səsli namazları (yəni, sübh namazı və məğrib və işa namazlarının ilk iki rəkəti) səsli və ya səssiz qılmaq arasında ixtiyar sahibidirlər.

3. Əgər namazın əməlləri və zikrləri düzgün deyilərsə nisbətən tez-tez qılmağın maneəsi yoxdur.

Təşəkkürlər.
Sual: Salam.Sualim Rəhbərə olacaq.Mən yuxudan durandan sonra alt paltarimda nəmlik olurdu.Cox vaxtda şəkkə düşdüyüm üçün həm cənabət qüslü alırdım həm də dəstəmaz alırdım bu halda namazlarim doğrudurmu?Mən bilmirdim ki cənabət qüslü verdikdən sonra dəstəmaz almaq haramdır.Birdə mən yuxuda olduğumdan 3 əlamətin hamsinin olub olmadığını bilmirem ona görə çox vaxt qüsl alıb-almamagimda tərəddüd edirəm Bilmirəm nə edim. ağ, sürüşkən, yapışqan maye olsa bu məni sayılır? Sağolun
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Namazlarınız düzgündür.

2. Əgər hər üç əlamətin olmasına şəkk edirsizsə qüsl vacib deyil.

Təşəkkürlər.
Sual: Salam Aga.Bir kisi porno videolara baxarken ondan yapisqan ag su xaric olarsa,qusl etmesi lazimdir?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Lazım deyil.

Təşəkkürlər.
Sual: Salam.Sualim Ayətullah Xamenei ağayadir.Əgər bir yorğan və döşək napak olarsa ondan qalxan toz da napakdırmı?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Yorğan yaxud döşək nəcis olan zaman tozlu idisə, nəcis olmuş yerlə təmasda olan tozlar da nəcis hesab olunur. Lakin başqa yerlərdən qalxan toz pakdır.

Təşəkkürlər.
Sual: Bismilleh.Essalmun aleykum. Sualim beledir qeza namazlari ucun 1 defe destemaz almaq lazimdir yoxsa her birine ayri-ayri? Arxa-arxaya qilinsa bele
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Dəstəmazı batil edən bir iş baş vermədikcə bir dəfə alınan dəstəmazla istənilən qədər namaz qılmaq olar, istər qəza namazı olsun istər əda.

Təşəkkürlər.
Sual: Mən bir xanımla ailə həyatı qurmaq istəyirəm. İslamda xanımın istəklərinə necə hörmət etmək lazım olduğunu bilirəm. Xanım mənə şərt qoymasa da, məcbur istəməsə də, məndən biraz biraz kökəlməyi və əzələ yığmağımı istəyir. Lakin, mən trenajor kimi yerlərin islamda bəyənilmədiyini, əzələnində insanın beyninə zərər vuracağını bilirəm. Mən o xanımı daha xoş etmək üçün istədiyi şeyi etməliyəm?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şəri cəhətdən bu şey sizə vacib deyil. Həmçinin trenajor zalına getmək, əzələ yığmaq əgər günaha düşməyə səbəb olmayacaqsa öz-özlüyündə İslam dinində qadağan edilməyib və bəyənilməyən bir iş də deyil. Lakin insanın həyat yoldaşının istəklərinə uyğun özünü zinətləndirməsi İslam dinində bəyənilən və təşviq olunan bir işdir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı