Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Bir işdə işləyirəm ki orda hər hansı bir kosmetik vasitəni alıb satırsan və başqa xanımları dəvət edirsən bunun vasitəsiylə maaş alırsan bu iş icazəlidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər hər hansısa bir fəsada səbəb olmursa, bu iş haram deyildir.
Təşəkkürlər.
Sual: Salam aleykum. Ayətullah Vəhid Xorasani ağanın musiqi haqqinda hökmlərini bilmək istərdim.
Cavab: Salam. Ayətullah Vəhid Xorasani-dəftərxana:
Musiqi əgər eyş-işrət musiqi alətləri(məsələn tar və piano) ilə ifadə olunarsa və ifadə olunan musiqi də eyş-işrət məclislərində səsləndirilən musiqi ilə uyğun gələrsə, bu musiqi haram musiqidir. Yox əgər eyş-işrət musiqi alətləriylə ifadə olunam musiqi, eyş-işrət məclisində ifadə olunan musiqi ilə eyni olmazsa, ehtiyat vacibə əsasən bu musiqi də haramdır. Həmçinin müştərək musiqi alətləriylə ifadə olunan musiqi, eyş-işrət məclisinə uyğundursa, bu musiqi haram musiqidir.
Amma musiqi aləti müştərək və musiqinin özü isə eyş-işrət məclisinə uyğun deyilsə bu musiqi halaldır.
Təşəkkürlər.
Sual: Salam biz medes bayramının martın necesinde olmaqni bilmək isdiyirdim muzeyi kazımın vefatiynan əlaqədər olaraq novruz bayramının hökmünü deyerdiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Üzürlü sayın, biz yalnız fiqhi suallara cavab veririk.
Təşəkkürlər.
Sual: spirtli içki istehsal olunan yerdə işləmək olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir, olmaz.
Təşəkkürlər.
Sual: Salam aleykum.
Eyer mazaglasan zaman paltara leke deyibse qusl gelir boynuma yoxsa yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər xaric olan maye məni(sperma) deyilsə,(ki, adətən məni deyildir) insanın boynuna qusl gəlməz.
Təşəkkürlər.
Sual: Salam Aleykum . Mənim bir sot torpağım var oğlum üçün ev tikmək istəyirəm və onu bir iki il ərzində evləndirmək istəyirəm Evi tikmək üçün maddi imkanım yoxdu. Bankdan faizlə pul götürmək istəyirəm. Olar yoxsa olmaz.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər bankın əlavə alacağı pul, zəhmət haqqı ünvanındadırsa, o bankdan pul götürməyin eybi yoxdur.
Yox əgər zəhmət haqqı deyil, faiz olaraq borc verdiyi miqdardan əlavə pul alırsa, bu halda o bankdan pul götürmək icazəli deyildir. Lakin məcburiyyət üzündən o bankdan da pul götürmək olar. Amma əlavə verəcəyiniz pulu faiz niyyəti ilə deyil, hədiyyə niyyəti ilə verin.
Təşəkkürlər.
Sual: Bir xanim heddi buluğa çatıbsa, valdeyinden icazesiz kebin kesdire bilərmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana:
Ehtiyat vacibə əsasən bakirə qızın izdivac(əqd etməsi) etməsi üçün atasının və babasının(atasının atası) icazəsi şərtdir.
Təşəkkürlər.
Sual: Salam uzr istiyrem insan cunub oldugu zaman ust geymi batmasada cunub olur bes eger o ust geyim temiz qalsa amma o geyim eyninde ola ola cunub olub lakin necis hokmunde olan birsey geyimini batirmayib qusl aldiqdan sora hemin geyimle Namaz qilmaq olarmi? Xahis edrem sualimi tez bir vaxtda cavablayin.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər paltar nəcis deyilsə(hətta insanın boynuna qusl gələn zaman o paltar onun əynində olsa da belə) onunla namaz qıla bilər.
Təşəkkürlər.
Sual: Salam əleykum. İnsanlar müəyyən xəstəliklərə məruz qalaraq vəfat edirlər.Allah Talanın(c.c) icazəsi olmadan heçnə ola bilməz Allah Talanın (c.c)istədiyinə görəmi xəstəlik tutub ölür insanlar?yani ömrü Allah Tala (c.c) yazır necə yazır elədə ölürmü insanlar??
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Üzürlü sayın, biz yalnız əhkamla bağlı sualları cavablandırırıq.
Təşəkkürlər.
Sual: Salam eti hala buyurulmuş heyvanlarin hansı ezaları haramdir zhmt olmasa cavabladirasiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əti halal olan heyvanların aşağıda adlarını sadalayacağımız hissələrini yemək haramdır:
1-Qan. 2-Tullantı(peyin). 3-Erkək heyvanın cinsiyyət orqanı.
4-Dişi heyvanın cinsiyyət orqanı. 5-Balalıq(rəhim). 6-"Duşul" adlanan artıq vəzi, daha çox heyvanın budunun daxilində və piy çox olan hissələrdə ət rənginə oxşar bərk maddə-piydir. 7-Erkəklik yumurtaları(xayalar). 8-Başın beyin hissəsində yerləşən, noxud formasında olan üzv. 9-Onurğa sümüyünün içindəki ilik. Fəqərə sütununun iki tərəfində yerləşən piy. Bu boyundan quyruq hissəyə qədər uzanan tünd sarı rəngdə olub, çox möhkəmdir və bişmir.10-Onurğa sümüyünün iki tərəfindəki piy. 11-Öd kisəsi. 12-Dalaq. 13-Sidik kisəsi. 14-Göz bəbəyi.
Bu dediklərimiz quş və balığa aid deyildir. Quşların peyini və qanı haramdır. Bu ikisindən başqa adını saydığımız digər üzvlərdən hər hansı biri quşlarda olarsa, olarsa o üzvün yeyilməsi ehtiyat vacibə əsasən haramdır.
Həmçinin balığın qanı və tullantısını(peyin) yemək ehtiyat vacibə əsasən haramdır. Amma bu ikisindən başqa balığın heç bir üzvü haram deyildir.
Təşəkkürlər.
Sual: Salam kebunli qadin kisi nece muddet ayri yasaya biler kisi rusyaya gedib qadin burada ve nece muddetden sonra gelib qadinini aparmali ve ya yanina donmelidir cox tesekkur edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Kişinin öz cavan xanımla 4 aydan çox yaxınlıq etməməsi icazəli deyildir. Amma bir üzü olarsa və ya xanım buna razıdırsa, bu halda eybi yoxdur.
Təşəkkürlər.
Sual: Salam Aleykum bir insan cunub olur ve qusl dusur boynuna ve cunub olarken eynindeki paltar batmiyib yeni temizdir qusl aldiqdan sonra cunub oldugu vaxt geyindiyi paltari geyine bilermi ? onunla Namaz qilmaq olarmi halbuki paltar temizdir.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: Salam Bu mesele coxlarin maraqlandirirki ister islam istersede qerb olkelerinde tanimadigin namehrem xanima yaxinlasib tanis olmaq ucun ozunden sorusmaq caizdirmi siz evlisiz suaby dulsuz ve s. ? muveqqeti ve ya daimi evlilik. yoxsa tanidigin etrafindan maraqlandigin ve xaniminda bu muveqqeti evliye razi olacagindan emin oldugun halda yaxinlasmaq olar.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər siz məsələnin şəei cəhətin soruşursuzsa, danışarkən harama düşmək təhlükəsi yoxdursa, naməhrəm xanımla danışmaq və ya ondan hansısa sualı(hətta evliliklə bağlı) soruşmaq haram deyildir.
Yox əgər bu məsələnin ümumiyyətlə olar-olmazın soruşursuzsa, bu artıq şəri məsələ deyildir və hər bir ölkənin və ya məntəqənin mədəniyyətinə uyğun olaraq davranmaq və elçiliyə getmək lazımdır. Yəni belə olduqda artıq bu şəri məsələ olmur. Və ona biz cavab vermək bizim səlahiyyətimizdə deyildir. Biz əhkamla bağlı sualları cavanlandırırıq.
Təşəkkürlər.
Sual: Salam, Mən Fransada yaşayan tələbəyəm və təxminən bir ay olar ki, burada Filippin ölkəsindən olan bir xristian xanımla müvəqqəti kəbin kəsmişəm. Sadəcə təzəlikcə öyrənmişəm ki, bu xanım bir müddət öncə bir Yapon oğlanla Filippində evlənib, qısa müddətdən sonra həmin oğlan Yaponiyaya gedib və xanım ilə ayrılmaq qərarına gəliblər. Bu xanım da ondan sonra Fransaya gəlib və 1 ildən çoxdur ki, həmin adamla əlaqə saxlamırlar. Ən son danışıqlarında ayrılmaq qərarına gəliblər və oğlan onu azad buraxdığını deyib.
Sadəcə Filippin sənədlərində onlar hələ də evli olaraq qalırlar. Qeyd edim ki, oğlan dinsizdir, qız isə xristian. Və evlilikləri kilsədə yox yalnız dövlət dairəsində olub və kilsədən evliliklərində heç kəs iştirak etməyib.
Belə olan halda həmin xanımla müvəqqəti nigahda qalmağım nə qədər doğrudur? Xahiş edirəm mümkün qədər tez cavablayasınız.
Təşəkkürlər!
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər xristiyan dininə əsasən onların(xanım ilə yaponyalı oğlanın) evliliyi dini nikah sayılırsa, onların boşanmağı da xristiyan dininin qanunları çərçivəsində olmalıdır, yalnız bundan sonra siz onunla müvəqqəti əqd bağlaya bilərsiniz.
Əlbəttə əgər xristiyan dini onların evliliyini rəsmi şəkildə tanıyarsa və xristiyan dini qanunları çərçivəsində boşanmazdan öncə, o xanım kiminləsə müvəqqəti əqd bağlayıbsa, bu halda o xanım müvəqqəti əqd bağladığı şəxsə əbədi haram olacaqdır, yəni daha onunla nə daimi nə də müvəqqəti əqd bağlaya bilməz.
Yox əgər xristiyan dini onların(xanım ilə yaponyalı oğlanın) evliliyini rəsmi evlilik kimi qəbul etmirsə, bu halda o xanımla müvəqqəti əqd bağlaya bilərsiniz.
Təşəkkürlər
Sual: Salam Əleykum, hərbi müəssisələrdə xidmət göstərən işçilər, əsgərlər üçün qablaşdırılmış halal qidaları evə gətirib istifadə edə bilərlərmi? həmin evdə yaşayanlar üçün o qidaları yemək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər bu qida əsgərlər üçün nəzərdə tutulubsa, həmin qidalardan başqasının istifadə etməsi və ya evə aparıb ev əhlinə yedirməsi haramdır. Və ev əhlinin də o qidadan yeməsi haramdır.
Təşəkkürlər.
Sual: Salam aleykum. Məni bir sual maraqlandırır. Bilmək istərdim ki, boynumda cənabət qüslü ola - ola hər dini kitabı ərəbcə və yaxud da Azərbaycan dilində oxuya bilərəmmi? Təşəkkür edirəm
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Quranın vacib səcdəsi olan ayələrindən başqa istənilən kitabı cənabətli halda oxumaq olar.
Təşəkkürlər.
Sual: Salam aleykum hansi hallarda boşanmag gunah sayilmaz?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Ümumiyyətlə boşanmaq haram deyildir. Baxmayaraq ki, islam dini zərurət yaranmadıqca bu işi tövsiyyə etmir və ailəyə çox qiymət verir.
Təşəkkürlər.
Sual: Salam aleyke ve rehmetullah Sualim kreditle baglidi.Menim evim var ki temirsiz nece illerdi temirsiz olduguna gore hem fiziki eziyyet cekirik hem de maddi xerclerimiz cox olur.Bu sebebden dolayi bankdan kredit cekmek olar ya yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər bankın əlavə alacağı pul, zəhmət haqqı ünvanındadırsa, o bankdan pul götürməyin eybi yoxdur. Yox əgər zəhmət haqqı deyil, faiz olaraq borc verdiyi miqdardan əlavə pul alırsa, bu halda məcburiyyət üzündən o bankdan pul götürmək olar. Amma əlavə verəcəyiniz pulu faiz niyyəti ilə deyil, hədiyyə niyyəti ilə verin.
Təşəkkürlər.
Sual: 1.məscidin sökülməsi düzgündürmü.
2.kəlmeyi şəhadət verərkən Əşhədu ənnə lə ilahə illallahla başlayırıq yəni mən şəhadət edirəmki Allah c.c təkdir .bunu hərif tanıdığım gündən bilirəm.Amma bu yaxınlarda bir nəfər mənə dedi ki sadəcə Lə ilahə illəlah la başla kəlmeyi şəhadətə dedim niyə ? Dedi ki insan Kimdiki şəhadət versin Allah c.c nın təkliyinə? Buna nə cavab verməliyəm ? Allah mən ona etiraz etdim və əvvəl bildiyim kimi deyirəm kəlmeyi şəhadətimi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
1-Məscidi təmir etmək və ya onu genişləndirmək(köhnə məscidin yerində təzə və daha geniş məscid tikmək) üçün sökülməsi icazəlidir.
2-Kəlimeyi şəhadətdə Allahın təkliyinə şəhadət verməyin düzgün qaydası "Əşhədu ən la ilahə illəllah"-dır.
Əslində elə insan Allahın təkliyinə şəhadət verməlidir. Əgər insan Allahın təkliyinə şəhadət veməzsə müşrik olar.
Təşəkkürlər.
Sual: Salam.bir kişinin daimi əqdi olduğu halda başqa xanımla müvəqqəti əqdə girə bilər? Əgər müvəqqəti əqdə girə bilərsə daimi əqdə olduğu xanımının bilməsi vacibdir?xanımı bilməsə görülən iş haram deyil?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Kişinin daimi əqdi olmasına baxmayaraq başqa xanımla da müvəqqəti əqd bağlaya bilər. Və daimi əqddə olduğu xanımını bundan(kiminləsə müvəqqəti əqd bağladığından) xəbərdar etməsi də şərt deyil.
Təşəkkürlər.