Şəri sual göndər
Ümumi sual göndər
Sual: Neye gore erde oldugu zaman zina etdiyi sexsle bosandigdan sonra bele kebin kesdire bilmez neye gore haramdi? VE ZINA EDENIN TOVBESININ QEBUL OLUNMASI BAGISLANMASI Mumkundurmu??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Ərdə olduğu zaman zina etdiyi şəxslə hətta boşandıqdan sonra da əqd bağlamağın mümkünsüzlüyü şəriətin təyin etdiyi meyardır. Bizə bu məsələdə şəriətin buyurduğuna itaət etmək tələb olunur. Səbəbini isə Allah daha yaxşı bilir.
Zina edən şəxsin bağışlanması isə tövbə etdikdən sonra Allahına məxsusdur. Allah bağışlayan və mehribandır.
Təşəkkürlər.
Sual: Salam.İstimna böyük günahlardandı, amma əgər fikrində məhrəmivi, yəni öz kəbinli həyat yoldaşıvı tutaraq istimna etmək olarmı?, bele haldada haramdırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Hətta insanın əqdində olduğu halal xanımını da düşünərək istimna etməsi haramdır.
Təşəkkürlər
Sual: Salam,krvetka və yaxud Skumbriya balığı yemək olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Krovetkanı yemək halaldır.
Amma adını sadaladığınız balığın və ümumiyyətlə istənilən balığın pulcuğu varsa yeyilməsi halaldır. Əks halda yeyilməsi haramdır.
Təşəkkürlər.
Sual: Salam aleykum 8 mart gunu kimise tebrik elemirem ama kimse meni tebrik edir ve ya her hansi idarede caliwiram orada qadinlari tebrik edib hediyye verilirse bunu qebul elemek gunahdi yoxsa yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
1-Qeyri islami mədəniyyətin təbliğinə səbəb olmazsa,
2-Hər hansısa bir fəsadla nəticələnməzsa,
3-Həmçinin bu hədiyyəni qəbul etməməyiniz, işinizdən çıxarılmağınıza səbəb olarsa;
Sadaladığımız şərtlər daxilində bu hədiyyəni qəbul etməyin eybi yoxdur.
Amma bu bayram müsəlmanlara aid bayram olmadığından, qarşı tərəfi də münasib dillə başa salıb, bu işdən çəkinsəniz daha yaxşıdır.
Təşəkkürlər.
Sual: Salam.Şiə olan bir insan omrünü bildiyiniz yaxşılıqlarla keçirsə amma namaz qılmasa yeri cehennemdir?Yeni namaz qilmayan bir insanin cennete dusmesi mumkundur?ALLAH yaxsiliqlar eden,İmama ve Peygember adina meclisle r teskil eden ALLAH ucun heyati boyunca calisan,Meshed Kerbela ve diger ziyaretlere severek isteyerek geden lakin namaz qilmayan insana qezeblidir ???
ALLAH sizi qorusun.
Cavab: Salam.
Üzürlü sayın biz yalnız əhkamla bağlı verilən sualları cavablandırırıq.
Təşəkkürlər.
Sual: Allahın salamı olsun sizə. Heyz halında müstəhəb qüsl almaq olarmı? Əvvəlcədən təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: salam.sualima gore uzr isteyirem.bilmek isdeyiremki.1xanim.var eri ile dovlet nigahi var ama dini yoxdu eri ile yaxinliq edmir onunla muveqqeti nigah baqliya bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qadın ərindən boşandıqdan sonra başqa biri ilə əqd bağlaya bilər.
Təşəkkürlər.
Sual: salam.aqa xaiw edirem.sualima.etrafli cavab yazasiz.dovlet nigahli qadin eri ile yaxinliq edmirse ve bununla.dini nigahi yoxdursa bawqa kiwi ile.muveqqeti nigah baqliya bilermi?hansi werlerlenbu mumkundur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qadınla kişi arasında dini nikahın olmamasına baxmayaraq, qadınla kişi bir-birində ayrılmayıblarsa(boşanmayıblarsa) qadın başqası ilə əqd bağlaya bilməz. Çünki bu iş fəsada yol açar.
Təşəkkürlər.
Sual: salam eri olan qadin hansi wertlerle bawqa 1i ile muveqqeti kebin kesdre biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Ərli qadın heç bir halda başqası ilə daimi və ya müvəqqəti əqd bağlaya bilməz.
Təşəkkürlər.
Sual: Salam men bilmek isdeyirem ki cenabet qusulu nece alinir ve basa necedefe su tokulur sag ve sola necede fe su tokulur ve men bele aliram qusul niyyet edib cenabet qusulu aliram vacib qurbeten ilellah basima dus ile suyu tutub Pegembermize salavat deyirem 3 defe. sora sol elime oturub sag ciyin de eyni 3 de fe salavat sora sag elime oturub sol ciyine de 3 defe salavat bununla tamamlayiram men bilmek isdeyirem duz edirem bunu menim Atam bele oyredib mene xahis edirem sizden cavablandirasiz inseallah .bugun bele bir soz esitdim ki qusul bele alinmalidi 1 defe basa sag ciyin 1 defe sol ciyin yasindayam Pegemberimize salavat deyerek bele dediler mene 24 yasindayam
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Quslun alınma qaydası:
Əvvəlcədən bunu qeyd edək ki, bütün qusulların alınma qaydası eynidir, fərq yalnız niyyətdədir.
Əgər alacağınız qusl cənabət qusludursa niyyəti belə etsəniz kifayətdir: "Cənabət quslu alıram qurbətən iləllah."
Niyyət etdikdən sonra əvvəl başınızı və boynunuzu qusl niyyəti ilə yuyursunuz(elə yumalısınız ki, baş və boyunun hər yeri islansın və quru bir yer qalmasın).
Bundan sonra bədəninizin tən ortadan sağ tərəfini qusl niyyəti ilə yuyursunuz. Elə yumalısınız ki, sağ tərəfin hər yeri islansın və quru bir yer qalmasın(Əlbəttə sağ tərəfi yuyarkən ehtiyata görə bir az sol tərəfə də keçirsiniz ki, sağ tərəfin tam yuyulmasından əmin olasınız).
Daha sonra bədəninizin tən ortadan sol tərəfini qusl niyyəti ilə yuyursunuz. Elə yumalısınız ki, sol tərəfin hər yeri islansın və quru bir yer qalmasın( Əlbəttə sol tərəfi yuyarkən ehtiyata görə bir az sağ tərəfə də keçirsiniz ki, sol tərəfin tam yuyulmasından əmin olasınız).
Qusl alarkən salavat deməyə də ehtiyac yoxdur. Əlbəttə zikr olaraq salavat desəniz də bir eybi yoxdur.
Və suyu neçə dəfə tökməyin də bir əhəmiyyəti yoxdur. Əsas odur ki, qusl alarkən dediyimiz ardıcıllıqla bədənin hər yerini isladasınız.
Həmçinin göbəyin və övrətin yarısı sağ tərəfi yuyarkən yuyulmalı, digər yarısı isə sol tərəfi yuyarkən yuyulmalıdır.
Amma yaxşı olar ki, göbək və övrət həm sağ tərəf yuyularkən tam yuyulsun, həm də sol tərəf yuyularkən tam yuyulsun.
Təşəkkürlər.
Sual: salam aleykum namaz qilinan zaman səcdədə 3 defə subhənallah
dan sora urəyinən kecən dualari eləməy olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: Salam Aleykum, namaz qildigim zaman fikrin yayınması namazi batil edir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir, batil etmir.
Təşəkkürlər.
Sual: Salam Qadının qadın meclisinde oynamasının hökmü nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Qadının qadınlara məxsus məclisdə oynaması, əgər o məclisin rəqs məclisinə çevrilməsinə səbəb olarsa ehtiyat vacibə əsasən haramdır. Həmçinin şəhvətin təhrik olmasına və ya digər fəsadlara (məsələn: haram musiqi və haram mahnı kimi) səbəb olarsa, yaxud naməhrəm kişilərin hüzurunda olarsa haramdır.
Təşəkkürlər.
Sual: Salam .heyz halında gedilməsi haram olan yerlər.məsələn .imam Rza hərəmini ziyarət etmək olar heyz olarkən
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Hərəmin səhnlərində otura və ya dayana bilər. Amma ehtiyat vacibə əsasən zərihin yerləşdiyi səhndə otura və ya dayana bilməz. Lakin hətta zərihin olduğu səhnə belə bir qapıdan girib, digər qapıdan çıxa bilər(dayanmadan və oturmadan).
Təşəkkürlər.
Sual: Eqd nedi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Lüğətdə:"İki və ya bir neçə şeyin bir-birinə bağlanması"na əqd deyilir.
Fiqhi terminologiyada: "İki tərəfin qanuni bir əlaqə qurması barədə şəriətin icazə verdiyi formada olan razılığına əqd deyilir"
Təşəkkürlər.
Sual: Salam qiz uwagi eqd ede biler?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu halda onun əqd bağlaması üçün ehtiyat vacibə əsasən atasının və ya ata babasının(atasının atası) razılığı şərtdir.
Təşəkkürlər.
Sual: Salamun Aleykum.
Vacib namazı qılınarkən birinin salam verdiyi halda salamın cavabı verılə bilərmi, bilərsə necə verilməlidir?
Təşəkkürlər.
Cavab: Salam. Ayətullah Xamnei-dədtərxana:
Namaz halında və ya qeyri namaz halında olmağından aslı olmayaraq, salamın cavabı dərhal verilməlidir.
Amma namaz halında salamın cavabı "səlamun ələykum" və ya "əs-səlamu ələykum" formasında verilməlidir.
Təşəkkürlər.
Sual: BismillahiRRahmanirRahim
Menim iş yerimle yaşayoş
Yerimin arasi 20 km dir .
Menim şeri mesafiye seferim iş yerinden hesablanir ya yaşayiş yerimden hesablanir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Səfərə çıxıldığı zaman, məsafə yaşayış yerinin çıxışından hesablamalıdır.
Təşəkkürlər.
Sual: salam.Namaz qilan kiwi ayaq usde sidiye gede bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Ayaq üstə bu işi görmək haram deyildir. Amma namaz qılmaq üçün öz bədəninin və paltarının paklığını qorumalıdır.
Təşəkkürlər.
Sual: salam.er arvad arasinda dini nigahi olmayib.aralarinda hec bi1 elaqe olmayan qadin bawqa.kiwi ile eqd ne zaman baqliya biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər aralarında heç bir cinsi yaxınlıq baş verməyibsə, bu halda bir-birindən ayrıldıqdan sonra, qadın iddə gözləmədən başqası ilə əqd bağlaya bilər.
Xatırladaq ki, aralarında dini nikah olmadığı üçün, təlaqa da ehtiyac yoxdur. Bir-birlərindən ayrılmaları kifayət edir.
Təşəkkürlər.