www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam evelceden tesekur edirem alt paltarinda sidik olarsa deyismeye imkan olmasa ne etmeliyik ??
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər nəcis olan paltarı dəyişməyə və ya çıxarmağa heç cür şərait olmazsa, məcburən bu halda namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Hansi əşyalar nəcis olduqda nəm əski ilə silinərək təmizlənə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Nəcis olan əşyanı nəm əski ilə sildikdə paklanmaz, onu paklamaqdan ötrü su ilə yumaq lazımdır.

Təşəkkürlər.
Sual: Namazın qunutunda Azərbaycan dilində dua etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Hanısı heyvanların peyini nəcisdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Sıçrayıcı qana malik olub, əti haram olan heyvanların peyini nəcisdir.

Təşəkkürlər.
Sual: Qoyun piyi yemək haramdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, haram deyildir.

Təşəkkürlər.
Sual: Cənabət quslundan sonra, dəstəmaz alınmalıdır?
Cavab: Salam. AyətullahXamnei-dəftərxana:

Xeyir, alınmamalıdır.

Əgər alınarsa, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salam.girdim.hamama.qüsul.aldim.cixdim.namazmi.qildim.zikr.edende.gordum.barmaqimin.birinde.kle.var.cuzi.(super.kle).qüsul.duzgundur.?cavab.tez.yazardizda
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Maneəni(kle) aradan qaldırdıqdan sonra həmən yeri qusl niyyəti ilə yuyun, kifayət edər. Və bu halda quslunuz da düzgündür.

Əgər bu maneə bədəninizin sağ tərəfindədirsə, həmən hissəni yuduqdan sonra ehtiyat müstəhəb budur ki, bədəninizin sol tərəfi də qusl niyyəti ilə yuyasız.

Təşəkkürlər.
Sual: Salam aleykum.Zəhmət olmasa deyərdiz istihazeyi qəlilə qüsulunu bir dəfə vermək kifayətdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İstihazeyi qəlilədə qusla ehtiyac yoxdur, lakin hər namaz üçün ayrıca dəstəmaz alınmalıdır. Əlavə olaraq əgər bədənə(övrətin zahirinə) qan dəyibsə yuyulmalı və ehtiyat vacibə əsasən istifadə edilən pambıq(parça və.s) dəyişdirilməli və ya tuyulmalıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum Allah ağanı salamat elesin sual: övladı olmayan aile süni mayalanma eletdire bilermi şeriet icaze verirmi er arvada suni mayalanma etdirmeye
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, bu işə icazə vardır. Amma işin müqəddiməsində haramlardan çəkinmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam Aleykum ağa 1)Mən demək olar ki namaza təzə başlamışam və uşaqlıqdan bəri görüşdüyüm naməhrəmlər var idi yəni mən indi onlarla görüşürəm Vallah məcburiyyətdən Tövbədə eləmişəm amma görəndə yenə görüşməli oluram bilirəm ki bu əməl haramdı mən necə etməliyəm ki qarşıdakı həm inciməsin? 2)Bu əməl 40 gün namaz və dua qəbul olmamağına səbəb olur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Bildiyiniz kimi bu iş haramdır, çalışın onlara da bu işin haram olmasını şirin dillə izah edin. Əgər başa düşmək istəməsələr bu halda yenə də bu sizin görüşməyinizə bəraət qazandırmaz. Hətta incisələr də siz yenə də görüşməməlisiz.

2-Bu iş sizin mənəvi zərbə almağınıza və mənəvi məqamlara çatmaqda maneələrlə üzləşməyinizə səbəb olar.

Təşəkkürlər.
Sual: Salam aqa. Eti halal heyvanin qarni halaldi, ya haram? Saq olun.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Halaldır.

Təşəkkürlər.
Sual: Sağlamlığıma ayaq üstə namaz qılmaq zərər yetirsə mən mütləq namazi oturaq qalmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər sağlamlığınıza zərəri varsa, oturan halda namazınızı qılmalısınız.

Təşəkkürlər.
Sual: Cənəbət qüsülundan sonra dəstəmaz almaq olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salam. Bizim yaşadığımız olkede is yerlerinde hicabli sekilde islemeye icaze vermirler. Bilmek isteyirem ki, burada hicabsiz isleyen qadinin aldigi pul (maaş) halal sayılır mi? Önceden tesekkurler. Xahış edirem Sistani ağanın risalesine esasen cavablandirasiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Belə bir yerdə və bu şəraitdə(başı açıq) işləmək qadına haram olsa da, amma, aldığı maaş haram deyildir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Sual Ayetullah Seyyid Sadiq Şirazi müctehiddirmi? Onun haqında Rehberin görüşü nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Biz yalnız fiqhi suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam. Şahmat oynamaq olar yoxsa olmaz zəhmət olmasa cavablandırasız.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Olmaz, haramdır.

Təşəkkürlər.
Sual: Salamun aleykum cemien ve rahmetullahi ve beraketuh.Oglan öz valideyne dulanisiq ucun verdiyi puldan anasi bir miqdar saxlayib ehtiyacli oldugu halda bir il olar.indi anasi kerbelaya getmey istəyir ve o puldan xerclemey isteyir.o pula xums dusurmu
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər oğlan bu pulu borc niyyəti ilə verməyibsə, verilən bu pul hədiyyə sayılır və hədiyyəyə də xums düşmür.

Təşəkkürlər.
Sual: Men Namaz qillam kreditim var 700 azn maas allam ayliq 500 -550 azn pulum cixir her sey kredit vev komunual ve ehtiyaclarim menim boynuma xums dusur??? Ve sertleri nedir? Ve nece bile bileremki nece hesablayib odeyim
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Sadaladığınız şərtlər xumsun insanın boynundan götürülməsinə səbəb deyildir. Özünüzə xums günü təyin etməlisiz və xums gününüz gəlib çatdıqda əlinizdə olan pulun(qazancdan olan puldursa, çün hədiyyəyə xums düşmür) beşdə-birini xums çıxarmalısız.

Əlavə məlumat üçün lütfən risaləyə müraciət edin.

Təşəkkürlər.
Sual: 1.Məndə qəbizlik olur. Nəcis çıxacaqina yaxın nəcis gəlib orda durur. Mən həmin hissəyə, birazda çıxan yerin içəri hissələrinə əlim ilə su vururam. Bu günahdırmi ? Yəni nəcisin ordan gəlməsi üçün vururam. 2. Mən ayağ üstə namaz qılanda səhətimə pis təsir edir xəstəliyim artır. İndi ayaq üstə namaz qilsam günah etmiş oluram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir günah deyil.

2-Əgər həqiqətən də sizn vəzifəniz oruran halda namaz qılmaqdırsa, ayaq üstə namaz qılmanız haramdır.

Təşəkkürlər.

Sual: Salam ağa möminə bir qadın kişi həkimə gedib diş düzəltdirə bilərmi? Bu qadın üçün günah sayılmır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qadın həkim olmazsa, kişi həkimə gedə bilər.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı