www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aga sualim beledir: Eyyami Fatimede ad gunu kecirtmek olarmi ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər Xanım Zəhraya(s) ehtiramsızlıq sayılarsa, bu işdən çəkinmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam. Mən işləyirəm və maşımın bir qismini boğazımdan kəsib gələcəkdə ev almağım üçün qırağa qoyuram. Yəni bu pulu ev üçün ayırmışam. Mən bu puldan xums çıxartmalıyam? Çıxartmalıyamsa ne qədərini çıxartmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər xums günü gəlib çatarsa o pulun xumsunu çıxartmaq lazımdır. Yəni qırağa qoyduğunuz pulun beşdə biri xumsdur.

Təşəkkürlər.

Sual: salam donur yumurtaliqla suni mayalama haramdi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Naməhrəm kişinin spermasını qadının rəhminə daxil etmək haramdır. Amma naməhrəm kişinin sperması ilə qadın yumurtalığını rəhmdən kənarda (labaratoriya şəraitində) mayalandırıb yenidən xanımın rəhminə yerləşdirmək haram deyildir.

Sadəcə bu işləri görən zaman haramdan çəkinmək(naməhrəmin övrətinə baxmaq və.s) lazımdır.

Təşəkkürlər.
Sual: Zaks ve kebinim teze pozulub, ama 8 aydir hec uzunu bele gormemiwemse yoldawimin men indi diger biri ile kebin kesdire bilerem ? Zaks 1 aydir pozulub kebin 3 gundur pozulub tamamile ayrilmiwiq 8 aydir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Təlaqdan öncə ayrı qalmaq şərt deyil. Odur ki, təlaq oxunandan sonra iddə gözlənilməlidir.

Təşəkkürlər.
Sual: Salam şiə məzhəbinə görə qadın qaşını ala bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Amma başqalarının nəzərini çəkərək və harama salacaq formada alınmamalıdır.

Təşəkkürlər.
Sual: Salam.Yemek yemek destemazi pozurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.

Sual: Salam Men sunnuyem şiye namazı qiliram sunnu namazın ne qeder oxusamda yadimda qalmir ve 1 ildir şiye namazı qiliram ve namaz qilmagi cox sevirem bu menim boynuma günah yazilmirki ? Cox narahatam bu barede
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, günah sayılmaz.

Təşəkkürlər.
Sual: Salam əkeyküm ağa. Sübh azanından 1 saat əvvəl qalxıb qəza namazlarını qılmaq gecə namazı əvəzinə sayılırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam Əleyküm. İstibra edərkən sağ əldən istifadə edirəm və sol ilə edə bilmirəm çox çətin gəlir belə olarmı? Allah razı olsun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Olar.

Təşəkkürlər.
Sual: Ticaretci satdigi malin ustune nece faiz pul qoyub satmalidi o pul ticaretci ucun halal pul olsun??
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bunun üçün müəyyən bir hədd yoxdur və alıcılara zülm etməmək şərtiylə baha satmağın haramlığı yoxdur. Amma müstəhəbdir ki, satıcı malın üzərinə xərclərini ödəyəcək miqdardan artıq pul qoymasın.

Təşəkkürlər.
Sual: Cenabet quslu alarken bilmiyerekden basimida iki hisseye ayirib qusul etmisem qusul duzdur ya sehv?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qusl alarkən əvvəl baş-boyun, sonra bədənin sağ tərəfi və daha sonra bədənin sol tərəfi yuyulmalıdır.

Əgər bu deyilən qaydalara əməl edilməyibsə qusl batildir.

Təşəkkürlər.

Sual: Salam men 7 illdir aileliyem ovladimiz olmur Suni mayalanma etdirmek isteyirik amma donor yumurtaliqla etdirmek haram deyilku ailede sox soz sohbet naraziliq olur bilmirem ne edim
Cavab: Salam.Ayətullah Xamnei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam.Bir nəfər niyyət edib ki, filan işim düzəlsin bir oruc tutacam.İşi düzəlib amma oruc tutmağa halı yoxdu.Qəza orucları da var boynunda.O nə etməlidir?Oruc tutmaq əvəzinə başqa bir əməli yerinə yetirə bilərmi ki, oruc niyyətini əvəz etsin?Boynunda qəza oruca ola-ola nəzir orucu vacib olurmu ona?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər oruc nəzr edən zaman əqd (işim düzələrsə Allaha xatir məsələn 10 gün oruc tutaram) oxumayıbsa, həmin orucu tutmaq ona vacib deyildir.

Boyunda qəza orucun olması nəzir orucuyla heç bir ziddiyət yaratmır. Əgər əqd oxunarsa nəzir orucu da vacib olar.

Təşəkkürlər.
Sual: Teenum cenabeti evez edirmi ve necegun teenumlu gezmek olar
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İstənilən üzürlü səbəbə görə vəzifəsi təyəmmüm olan şəxsin boynuna istənilən qusl gələrsə, həmin quslun əvəzinə təyəmmüm etməlidir və mütləq şəkildə həmin təyəmmüm o quslu əvəzləyir. Amma üzür aradan qalxdıqdan sonra qusl etmək lazımdır. Çünki təyəmmüm üzürlü olan hallara aiddir.

Təşəkkürlər.
Sual: Salam aleykum.Men cenabet quslu alarken bilmiyerekden basimida iki hisseye qusul etmisem menim quslum sehvdir ya duz
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qusl alarkən əvvəl baş-boyun, sonra bədənin sağ tərəfi və daha sonra bədənin sol tərəfi yuyulmalıdır. Əgər bu deyilən qaydalara əməl edilməyibsə qusl batildir.

Təşəkkürlər.
Sual: Saça krem ya saç lakı yada saç yağı vurmağın hökümu nedir. Desdemazda hökümu bedir deyirler güya Resulallah saçına yağ sürermiş
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Öz-özlüyündə bu işin bir maneəsi yoxdur. Amma əgər dəstəmaz suyunun dəriyə və ya saça yetişməsinə maneə yaradarsa, dəstəmazdan öncə təmizlənməlidir.

Təşəkkürlər.

Sual: Salam Aleykum, doyme haramdirmi ?
Cavab: Salam.Ayətullah Xamnei-dəftərxana:

Bu iş öz-özlüyündə haram deyildir.

Təşəkkürlər.
Sual: Salam Aga bir gadini kebin kesilende o zaman xeberi yoxuydu ve o zaman aybawisi variydi.O kebin sayilir.
Cavab: Salam. AyətullahXamnei-dəftərxana:

Kəbin düzdür.

Təşəkkürlər.
Sual: Salamun aleykum.muveqqeti aqd etmiş xanım necə ay idde gözləməli.yeni nece heyz.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər xanım yaisə (heyzdən kəsilən) deyilsə 2 heyz iddə gözləməlidir.

Təşəkkürlər.
Sual: İnşallah sözü necə yazılır .in se Allah yazanda yaxud inseAllah yazanda mənə itir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı