www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mən Allagın köməyi ilə yoldaşımı namaza gətmək isdiyirəm. Oda artıq həvəslənib amma işi elədiki Səhər Namazı vaxdı evdə olamır işdədə imkan olmur. Ancaq qalanını qıla bilər və yayada günaşırada Başqa yerdə mal almaqda olur ondada günortanıda qılanır. Sual veririki mənə onla neynim bəs. Mən özümdən cavab verə bilmirəm amma düşünəmki başlasa malda olandada qılmaqa həvəslənər. Mən ona desəmki heçnə olmaz qıl olarında qəzalarını qılarsan günah deyil desəm olar? Sualı geniş yazdığım üçün üzürlü sayın
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İmkan daxilində riayət etsin. Vaxtında qıla bilmədiklərinin də qəzasını qılsın. İnşaallah namaza gələndən sonra tədricən düzələr.

Təşəkkürlər.
Sual: Salam eri ola ola zina eden bir xanim bosana sonra tovbe ede yenede vacib ehtiyyata esasen ebedi haramdi men bilen hec yolu yixdu amma bu yaxinlarda yeyginliyim oldugum defterxana dediki Sistani aga vacib ehtiyyat dediyindrn tovbe etsunlet bosandigdan sinra 3ay idde gozlesin sinra Suneyr Zencaniye udul etsun o icaze verit eqd etsin hemde dedilerki Subeyr Zencani 10elem mustehidden biridir bu dogrudu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ərdə olan qadın kimnənsə zina edərsə, hətta boşanandan sonra da zina etdiyi şəxslə evlənə bilməz. Bu fətvadır, ehtiyat vacib deyil.

Təşəkkürlər.
Sual: Ağ balıq yemək olar
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər pulu varsa yeyilməsi halaldır. Əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.

Sual: 1.Məndə qəbizlik olur. Nəcis çıxacaqina yaxın nəcis gəlib orda durur. Mən həmin hissəyə, birazda çıxan yerin içəri hissələrinə əlim ilə su vururam. Bu günahdırmi ? Yəni nəcisin ordan gəlməsi üçün vururam. 2. Mən ayağ üstə namaz qılanda səhətimə pis təsir edir xəstəliyim artır. İndi ayaq üstə namaz qilsam günah etmiş oluram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir günah deyildir.

2-Əgər həqiqətən də ayaq üstə namaz qılmaq sizin sağlamlığınıza gözə çarpacaq dərəcədə mənfi təsir edib, xəstəliyinizi şiddətləndirirsə, oturan halda namaz qılmalısınız. Əgər vəzifəniz oturaraq namaz qılmaqdırsa və siz bunun əksini etsəniz, haram iş görmüş olarsınız. Təşəkkürlər.
Sual: 1. Ayaq üstə namaz qılarkən səhətimdə sinir xəstəliki ilə bağlı bəzi narahatlıqlar yaranir. Buda xəstəliyi pisləşdirir. Bu halda mən namazı ayaq üstə qilsam günah etmiş oluram? Yəni mən yenədə namazı ayaq üstə qılmaq istəyirəm oraki elə qılım? 2. Anus bölgəsinin içəri tərəfində ağrılar hiss edirəm o hissəyə su vuranda bəzən ağrısı keçir. Bu əməli etsəm günah etmiş olaram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Əgər həqiqətən də ayaq üstə namaz qılmaq sizin sağlamlığınıza gözə çarpacaq dərəcədə mənfi təsir edib, xəstəliyinizi şiddətləndirirsə, oturan halda namaz qılmalısınız.

2-Əgər vəzifəniz oturaraq namaz qılmaqdırsa və siz bunun əksini etsəniz, haram iş görmüş olarsınız.

Təşəkkürlər.
Sual: Salam,qəriblikdə tələbə evladimin saq salamat qayıtması üçün Allah yolunda Qurban nəzir etmək istəyirəm,niyyət necə edəcəm.Allah razı olsun.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu formada kifayətdir:

"Əgər övladım sağ-salamat qayıtsa, Allaha xatir (məsələn: bir qoç)qurban kəsərəm"

Təşəkkürlər.
Sual: 1.Salam. Mən ayag ustə namaz qılanda yoruluram bu da səhətimə pis təsir edir yəni xəstəliyim şiddətlənir. Bu halda mən mütləq namazi oturaraq qalmalıyam ? Ama yenədə başqa bir şey edib yorulsam pis təsir edir. Mən namazı necə qılınmalıyam? 2. Və oturaraq qilmasam günah etmiş olaram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Əgər həqiqətən də ayaq üstə namaz qılmaq sizin sağlamlığınıza gözə çarpacaq dərəcədə mənfi təsir edib, xəstəliyinizi şiddətləndirirsə, oturan halda namaz qılmalısınız.

2-Əgər vəzifəniz oturaraq namaz qılmaqdırsa və siz bunun əksini etsəniz, haram iş görmüş olarsınız.

Təşəkkürlər.
Sual: Salam. Bir çox təqvim və veb-saytlarda, xüsusilə sübh namazı haqqında danışıram, başlanğıc və axır vaxtları verilir. Axır vaxtı gündoğumu adlanır. Soruşmaq istəyirdim ki, məsələn 07.39-da olan gündoğumu vaxtına qədər namazı qıla bilməsək, 1-2 dəqiqə sonra qılsaq düzgündürmü? Gündoğumu dedikdə tam olaraq Günəşin hansı vəziyyəti nəzərdə tutulur? (üst kənarının üfüqdə görünməsi, tamamilə çıxması və s.) Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər qeyd edilən vaxtların düzgünlüyünə yəqininiz varsa, verilən vaxtdan hətta bir an sonra da namazınızı qılsanız, gərək qəza niyyəti ilə qılasınız.

Gündoğumundan məqsəd günəşin üfüqdə görsənməsidir, hətta günəşin üst kənarı da üfüqdə görsənərsə artıq buna gün doğomu deyiləcəkdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Rehmete getmis muctehide teqlid etmek olar ? Xahis edirem cavab yazin. Evvelceden tesekkurler
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İnsanın təqlid etdiyi müctehid diri olmalıdır və dünyasın dəyişmiş bir müctehidə təqlid etmək olmaz. Amma insanın təqlid etdiyi müctehid dünyasın dəyişərsə. Dünyasın dəyişən müctehid ə'ləmdirsə onun təqlidində qalmaq lazımdır. Əgər diri müctehid ölən müctehiddən ə'ləmdirsə diri müctehidin təqlidinə keçmək lazımdır.

Təşəkkürlər.
Sual: Salam.qadin gümüş sep taxa bilər? Təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Sistani ağa zinakar qadınla siğə etməyə icazə vermir ama Xamneyi ağada hökm belə deyil yəni icazə verir esitdiyime görə.Neçə illərdir ki müvəqqəti əqd üçün xanım qarsima cixmir deye mecbur qaliram bu veziyete.Sistani ağa bu meselede udl etməyə icazə verir?Əgər icaze vermirsə təqlidimi tamamilə Xamneyi ağaya dəyişməyin hökmü nədir?Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Hansısa bir şəri məsələyə görə müctəhid dəyişdirmək olmaz.

Amma bu məsələdə Sistani ağa ehtiyat vacib dediyinə görə siz, bu məsələdə Xamnei ağaya udul edə bilərsiniz. Amma Xamnei ağa da bu işi kərahətli bilir və bu işdən çəkinmək tövsiyyə olunur.

Təşəkkürlər.
Sual: Salam şiə əqidəsinə görə qadın qaşını ala bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Öz-özlüyündə bu iş haram deyildir.

Təşəkkürlər.
Sual: Salam. Mən Fotoqrafam ve men toylara gedirəm Və bir müsəlman kimi namaz qılıb ibadətimi edirəm menim şəkil çəkməyim haramdırmı yosa yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş əgər haram və şəhvətamiz baxışa səbəb olmazsa, həmçinin haram musiqi dinləməyə səbəb olmazsa haram deyildir.

Təşəkkürlər.
Sual: Salam ağa . Mən bilmək istəyirəm ki bətnindəki uşağı cixartmaq olarmi? Olarsada ne vaxt olar? Ruh rüşeyme be vaxt daxil olur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər uşağı saldırmamaq ananın canını təhlükəyə atarsa, saldırmaq olar. Əks halda heç bir vəchlə uşağı saldırmaq olmaz, hətta ana bətninə düşəndən bir dəqiqə sonra da olsa belə.

Ruh bədənə 4 aylığında daxil olur.

Təşəkkürlər.
Sual: Salam nisanli bir xanim oz nisanlisi ile intim munasibetde olsa kebinleri var Amma sonrada 8 ay ayrilsalar bu arada qiz basqa bir insanı sevir onla da talaq oxunmadan munasibetde olsa zina etse sonra tovbe isdixfar edib, Allahdan o insanı isdeye biler halal olsun deyiblerki ebedi haramdi cox narahatdi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər birinci nişanlıdan təlaq almadan ikinci sevdiyi oğlanla cinsi münasibətdə olubsa, ehtiyat vacibə əsasən bu xanım ikinci oğlana əbədi olaraq haramdır.

Amma Şübeyri Zəncani ağanın nəzərinə görə bu xanım ikinci oğlana əbədi haram sayılmaz. Və Sistani ağa da bu məsələdə ehtiyat vacib dediyinə görə, bu məsələdi Şübeyri Zəncani ağaya udul edə bilərlər.

Təşəkkürlər.
Sual: salam eyer məzi alt paltarina deyibse o paltarda namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam aleykum. Rehmete getmis muctehide teqlid etmek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İnsanın təqlid etdiyi müctehid diri olmalıdır və dünyasın dəyişmiş bir müctehidə təqlid etmək olmaz. Amma insanın təqlid etdiyi müctehid dünyasın dəyişərsə.

Dünyasın dəyişən müctehid ə'ləmdirsə onun təqlidində qalmaq lazımdır. Əgər diri müctehid ölən müctehiddən ə'ləmdirsə diri müctehidin təqlidinə keçmək lazımdır. 

Təşəkkürlər.
Sual: Salam aleykum ve Rehmetullahi. Eşşey südü Islam dinine gore haramdirmi? Allah(C.C.) Razi Olsun sizlerden
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Halaldır (məkruhdur).

Təşəkkürlər.
Sual: Salam. qadına gümüş sep taxmaq olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Shie qadin suni kishiye ere gede bilermi..? Qadinin eqidesine toxunulmadan
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qadının öz məzhəbindən dönmə qorxusu olmazsa, evlənə bilər.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı