www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam,namazda şeytan vəsvəsəsini hiss etdikdə ,əuuzu billəhi minəş şeytanir racim deyib sol tərəfə 3 dəfə tüpürmək (nəfəs vermək olarmı?)
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, bu iş namazı batil edir.

Təşəkkürlər.
Sual: Bağışlayın bir kişi qadının övrət yerini oynadarsa istimna sayilir 2 sual bir qadın kişinin övrəti ilə oynasa istimna sayilir 3sual bir kişi qadın övrətini opsə haram deyil?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1 və 2-istimna sayılır, amma bu istimna (əgər kişi və xanımı arasında olarsa) haram deyil.

3-Xeyir, haram deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum.Skumbriya baligi halaldir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər pulcuğu varsa yeyilməsi halal, əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: Salam əgər alt libasa sidik dəysə libası onu ayaq yolunda oturan vəziyyətdə Kür suyu ilə yumaq olar əynindən çıxarmamaq şərtilə
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Vilayet Huseynov: salam ustad . bir sualım var xüms haqqında . borcu olan borcu vere bilmir .borc sahibi deyir ki dolanışıqından artıq qalarsa menim borcumu ver .xums vermeye bu adam mecburdu ?burda bezi mollalar deyir ki cibinde indi neçe manatın varsa xumsunu ver.qeyd edimki hemin şəxs imkanı olmadiğindan ömür boyu xüms verməyib
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər xums günü çatana qədər əlinizdə olan pulu borc sahibinə verməsəniz, onun xumsunu çıxarmalısınız.

Təşəkkürlər.
Sual: Əgər al paltara sidik dəysə və onu ayaq yolunda oturan vəziyyətdə Kür suyu ilə yusam pak sayılır yoxsa dəyişilməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Pakdır.

Təşəkkürlər.
Sual: Es Selamu Aleykum her hansisa bir ressam insan sekli keke bilermi islam dinide icaze varmi buna
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş haram deyildir.

Təşəkkürlər.
Sual: Qardaş bacıya məhrəmdi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Bankdan pul götürmək haramdimi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Zəruri bir işə görə məcburiyyət qarşısında qaldıqda götürmək olar.

Təşəkkürlər.
Sual: Salam Men bilmek isteyirem ki destamaz suyunun tualet kanalina axmasi duzgundurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş haram deyildir.

Təşəkkürlər.
Sual: Salam Aleykum! Menim dostum azeri turkudu Islam dinindedi amma sherab icir ,zina eliyir, namaz qilmir, oruc tutmur, halal haram bilmir, bele bir shexs Musalman sayilir ? Olende musalman olaraq Allah derqahinda qebul olunacaq ya yox?Evvelceden teshekkur edirem.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər Allahı və İslam Peyğəmbərini qəbul edirsə müsəlmandır.

Təşəkkürlər.
Sual: Krvetka yemək olar? Haramdir yoxsa halaldir? Yemək olarsa hansi hallarda yeyilməlidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli halaldır və yemək olar. Yeyilməsi üçün hansısa bir şərait yoxdur, istənilən vaxt yemək olar.

Təşəkkürlər.
Sual: Salam əleyküm.Suallara cavabları hansı məzhəbə istinadən verirsiniz.sağolun.
Cavab: Salam. Ayətullah Xanmei-dəftərxana:

Şiə məzhəbinə.

Təşəkkürlər.
Sual: Salam, mənim 13 yaşim var, masturbasiya edib sperma xaric olub, boynuma cənabət qüslü düsürmü ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, düşür.

Təşəkkürlər.
Sual: borcum var ailemi birteber dolandırıram işim fehlelih etmekdir ve beş gün işdeyirem beş gün iş olmur borc yeyesi deyir ki dolanışıqından artıq qalsa borcumu ver . men borcu vermeliyem yoxsa xüms vermeliyem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər xums günü çatana qədər əlinizdə olan pulu borc sahibinə verməsəniz, onun xumsunu çıxarmalısınız.

Təşəkkürlər.
Sual: Salam men qüsl alarken evvelce temiz çimib sonra niyet edib bâsımdan sağ ve sol terefden su tökürem. Bu qayda dogrudurmu
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Qusl alarkən əvvəl baş-boyun yuyulmalı, sonra bədənin sağ tərəfinin hər yerinə su çatacaq şəkildə yuyulmalı, daha sonra bədənin sol tərəfinin hər yerinə su çatacaq dərəcədə yuyulmalıdır.

Əgər siz də baş-boyun, sağ və sol tərəfi bu formada yuyursuzsa qusl düzdür.

Təşəkkürlər.
Sual: Salam Aleykum Ağa bilmək istəyirəm ki, irtimasi qüslu hamam vannasında almaq olarmı olarsa əgər şərti nədir. Allah razı olsun sizdən.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İrtimasi qusuldan öncə bədənin pak olması və həmçinin qusl alarkən bədənin eyni anda tam şəkildə suyun altında olması şərtdir. Əgər bu şərtlərə hamam vannasında riayət etmək mümkün olarsa, irtimasi qusl almağın bir eybi yoxdur. Təşəkkürlər.
Sual: Salam Aleykum Ağa menim sualım irtimasi qüsl haqqındadır.İrtimasi qüslu hamam vannasında almaq olarmı ve şərti nədir? Allah razı olsun...
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İrtimasi qusuldan öncə bədənin pak olması və həmçinin qusl alarkən bədənin eyni anda tam şəkildə suyun altında olması şərtdir. Əgər bu şərtlərə hamam vannasında riayət etmək mümkün olarsa, irtimasi qusl almağın bir eybi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Yeni ana olmus qadin 40 cixmadan namaz qila bilermi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam aleykum üzr istəyirəm ifademe və sualıma gore! Otagimiz balacadı bir geve var və onun üzərində namaz qilirdim. Çox üzr istəyirəm o gevenin üzərinə bir damcı məni düşdü və sildim. Bu gevenin üzərində namaz qıla bilərik yoxsa yuyulub qusullanmalidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər onun nəcasəti namaz qılanın paltar və ya bədəninə sirayət etmirsə onun üzərində namaz qılmaq olar.

Amma səcdə yeri hər halda pak olmalıdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı