www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mənim burnumda damarlar nazikdir. İsti olanda, quruyur və burnumdan qan gələ bilir. Uşaqlıqdan bəri belədi. 11-ci sinifdə oxuyanda (16-17 yaşımda) öz otağımda olanda burnumdan şiddətli qan gəldi. Otağımdan çıxdım və hamama, əl-üzümü təmizləməyə getdim, yolda, koridora 1 ya da 2 damcı qan töküldü. O dövrdə mən Sistani ağaya təqlid edirdim, amma risaləyə baxmırdım. Çox maraqlanmırdım. Ona görə nəcasət necə təmizlənir bilmirdim. Bu səbəbdən, o qanı ordan adi silmək yolu ilə təmizlədik. İndi, o hadisədən 2 il keçib. Mən risalənin o bəhsinə təzəlikcə baxmışam. 2 il ərzində bəlkə 50 dəfə o koridor silinib, oranı silinən su ilə o biri otaqlar silinib, digər otaqları silən zaman oranı silən əşyadan istifadə olunub. Ayaq yaş halda ordan dəfələrlə keçilib və s. İndi bütün ev nəcasətə bulaşmış sayılır? Mən nə etməliyəm? Mənim psixologiyam tamamilə pozulmaq üzrədi. Bu məsələyə görə vasvası olmuşam, əlim biraz tərləyir, ayağım biraz yaş olur, tez yuyuram, rahat ibadət edə bilmirəm. Bütün beynim donub. Əsəblərim pozulmaq üzrədi. Heç yerə çıxa bilmirəm, bir az ayağım tərləyir, deyirəm, fso, nəcasətdi, nə məscidə, nə çölə çıxa bilirəm. Çıxanda da birtəhər oluram. Bu sualı bir neçə şəxsə ünvanlanmışam. Hərə bir söz deyir. Biri deyir: Salam sistani ağaya görə nəcasət paklanmasında vasitələr çoxaldıqda(dəfələrlə silinib deyirsiz)pak olur. Biri deyir bütün evə yayılıb pak deyil. Biri deyir ancaq o hissəni pakla kifayətdi. Hərə bir söz deyir. Mən yazıq bilmirəm nə edim.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Nəcis yerin silindiyi şeylə silinən digər yerlər də nəcis olmuş sayılır və həmin yerlər paklanmalıdır.

(Əgər paklamaq mümkün deyilsə yerə muket döşəmək və yalnız yerlə təmasda olan əşyaları paklamaq olar.)

Təşəkkürlər.
Sual: Salamun eleykum.menim boyuk qardasim kend qebirstanliqinda defin olunub qebir ucurumdadi surusur mezar dasi cart verir sinir isteyirem onun mezarin acib yerini deyisem oz yasadiqim kende defin edem bunun hokmu nedi zehmet olmasa
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Əgər meyitin bədəninə zərər gəlmə qorxusu yoxdursa qəbri açmaq icazəli deyil. Amma hər hansı səbəbə görə qəbir öz-özünə açılarsa (məsələn dağılma nəticəsində) meyiti başqa yerə köçürmək icazəlidir.

Təşəkkürlər.
Sual: Salam Aga.Mən duşla cənabət qüslu edərkən əvvəlcə başimi sonra bədənimin sag tərəfini sonra sol tərəfimi yudum yuyanda əyilirdim bədənimə əlimi sürtürdüm,indi ürəyimə şəkk qirib qüsl düz deyil,mənim qüslüm düzdür?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Qüsl alandan sonra etdiyiniz şəkkə etina etməməlisiniz və qüslunuz səhih hökmündədir.

Təşəkkürlər.
Sual: Salam Exlaqsiz qadinla muveqqeti nikah olarmi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu iş şiddətli şəkildə məkruhdur. Və əgər belə bir qadınla müvəqqəti nikah bağlayarsa sözünün təsir edəcəyi ehtimalı olarsa ona əmr be məruf və nəhy əz münkər etməlidir. Lakin bu iş mömin şəxsin abrının aradan getməsinə yaxud haqq məzhəbə qarşı nifrət yaranmasına səbəb olarsa haramdır.

Təşəkkürlər.
Sual: Salam. Uşaqlarln məscidlərə aparılmasına şəriət nə deyir? Ağaların hamısının rəyi eynidisə ümumi rəyi yazın zəhmət olmasa.
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Şəriətə əsasən uşaqların məscidə aparılması əgər məscidi nəcis etməyəcəklərsə icazəlidir.

Təşəkkürlər.
Sual: Pandemiya dövründə ara məsafəsi ilə namaz qılırıq. Bu ara məsafəsinin 1, 1,5 m olması camaat namazının səhihliyinə əngəl törətmir ki? Şəriətdə buyrulan qayda nədir?
Cavab: Salam.

Ayətullah Sistani-dəftərxana:

Camaat namazında ara məsafəsi bir böyük addımdan çox olmamalıdır.

Təşəkkürlər.
Sual: Salam Aga.Mən duşla qüsl edərkən,suyu bədənimə əlimnən çatdirmadan, duşla bədənə suyu tökə tökə qüsl edə bilərəm? Qüsl düzdür?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər bu şəkildə baş və bədənin hər yerinə su çatarsa icazəlidir və qüsl səhihdir.

Təşəkkürlər.
Sual: Selamün Aleykum.İmam Zəman ağaya məxsus paranı şəhid ailələrinə xərc etmək olar?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər məqsədiniz xumsun İmam Zaman ağaya (əc) məxsus olan hissəsidirsə, onu müctehidin dəftərxanasına çatdırmaq lazımdır və oradan şəriətdə göstərilən yerlərə istifadə olunacaq.

Təşəkkürlər.
Sual: Salam qüsul almamışdan əvvəl bədəni 3dəfə paklamaq vacibdirmi? Yəni 3dəfə baş və boyunu 3dəfə sağ 3dəfədə sol tərəfi yuyub sonra qüsul almaq lazımdır?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Əgər bədən nəcis deyilsə lazım deyil.

Təşəkkürlər.
Sual: Salam olsun bir sualim var qulagin her hansi bir hissesin dewdirmek gunahdirmi?birde ki qusul alanda sirqa cixarilmalidimi qulagdan?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

1. Günah deyil.

2. Əgər suyun dəriyə çatmasına mane olmursa çıxartmaq vacib deyil.

Təşəkkürlər.
Sual: Salam.Sualım istixarə barəsində idi. Bir xanıma bir bəy elçi düşüb və çox xüsusiyyətlər də üst-üstə düşür.Amma bəy brədə araşdırma , tanışlarından məsləhətləşmə olmayıb.Xanım qəlbi ilə razıdı, sadəcə bir az tərəddüddə idi deyə bilən biri istixarə etdi və yaxşı gəlmədi, bu halda istixarə batilmi olur? xanım nə etməlidir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

İstixarənin cavabına uyğun əməl etmək şəri cəhətdən vacib deyil. Amma alim, arif bir şəxs istixarə edərsə onun əksinə əməl etmək yaxşı deyil.

Təşəkkürlər.
Sual: Salam Aga Şərab içilən süfrədən yemək yemək icazəlidirmi? Və yaxud hec zad yeməsən, şərab içilən süfrədə oturmaq olarmi?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Şərab içilən süfrədə hətta bir şey yeməsə belə oturmaq icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam.Men her namazin 2ci ruketinde Qedr ve Nas surelerini oxuyuram.Bu namazima mane deyilki? Forex ve ya birjada pul qazanmaq icazelidir? Muselman olkesinde buraxilan ve terkibinde alkoqol olmadigini yazan ve hemcinin hec bir haram qatqi olmadigini qeyd eden enerji ickilerini icmek haramdir?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Fatihə surəsindən sonra istənilən bir surəni oxumaq icazəlidir.

2. Forex və onun kimi mahiyyəti dəqiq məlum olmayan yaxud şəri müamilələrlə uyğun olmayan bazarlarda işləmək icazəli deyil.

3. Haram deyil.

Təşəkkürlər.
Sual: Sual: Salam. utana utana caresiz bir sual vermek isteyirem. qinadiqim basima gelib. Evliyem - amma basqa bir qizla gunah etdim zina etdim ve bilmeden qizin bakireliyini pozdum. Qizin valideynleri bilmeden men o qizla muveqqeti kebin baqlaya bileremmi? yeni qizin atasina demeden qiz ozu razidirsa men onunla muveqqeti ya daimi kebin baqlaya bilerem? aramizda bu gunah olub bundan sonra ki munasibetler istemirem haram olsun. Nece edimki munasibetimiz zina gunah sayilmasin?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bu surətdə vacib ehtiyata əsasən qızın atasının yaxud ata tərəfdən babasının icazəsi şərtdir və icazəsiz bağlanan nikah istər daimi istər müvəqqəti vacib ehtiyata əsasən batildir.

Təşəkkürlər.
Sual: Salam...-Bir qadın 1-ci həyat yoldaşından şəri qaydada boşanıb..Qadın hökmü bilmədiyinə görə daimi kəbinin iddəsi müddətində bir nəfərlə müvəqqəti kəbin kəsdirib və cinsi münasibətdə olub..Sual budur..1-Bu cür halda qadın bu şəxsdən ayrıldıqdan sonra 1-ci şəxslə olan daimi evliliyin iddəsi bitməyinə baxmayaraq vəty be şübhə iddəsi saxlamalıdır?Yəni məsələn başqa bir şəxslə kəbin kəsdirmək istəyirsə....2-Bu cür halda vəty be şubhə yəni şübhəli yaxınlığın iddə müddəti nə qədər olmalıdır?..3-Bu cür halda əgər daimi kəbində olduğu 1-ci əri ilə kəbin kəsdirmək istəsə yenə də vəty be şübhə iddəsi saxlamalıdır?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

1. Şübhə yaxınlığı iddəsi saxlaması vacibdir. Əgər şübhə yaxınlığı kəbnlə olubsa vacib ehtiyata əsasən onun iddəsinin başlanğıcı hökmü bildiyi vaxtdan hesablanır.

2. Şübhə iddəsi təlaq iddəsi kimidir. Yəni, qadın üç dəfə heyz olmalıdır. Əgər heyz olan qadınlardan deyilsə 3 ay iddə gözləmələdir. Əgər hamilə olarsa iddəsi uşaq dünyaya gələnə qədərdir.

3. Bəli, yenə də iddəni gözləməlidir.

Təşəkkürlər.
Sual: Salam Eleykum.Sualim Ayetullah Xamenei agayadir.Qüsl əsnasında sağ qolu yuyanda əgər insan özündən nəsə çıxdığını hiss etsə ancaq tam əmin deyil çıxıb ya yox yenə də hər halda hiss etsə və cinsi orqanını paklayıb qüslə davam etsə qüslü düzgündür?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, qüsla davam edə bilər.

Təşəkkürlər.
Sual: Salam. Mende hemishe bogazda belgem olur yeni bu kecmir daima olur.Namazin sozderin deyende hemishe agizda hiss olunur ele olurki bir namazi 10 defe qiliram cox eziyyet cekirem.Mumkun deyilki soz dedikde agiza gelmesin cox az miqdarda.Bele Namaz qilmaq olar?
Cavab: Əleykum salam.

Ayətullah Sistani-dəftərxana:

Bəlğəmi udmaq icazəlidir, hətta ağız boşluğuna gəlsə belə. Buna əsasən o halda namaz qılmaq icazəlidir. Bəğəmi udmaq istəməyən şəxs namaz halında dəsmaldan istifadə edə bilər.

Təşəkkürlər.
Sual: Salam müstəhəb namazlarda və ya bayram namazında salamların sonuncu cümləsin deyərkən başı sağa və sola çevirmək olarmı?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Salamları deyərkən üzü qiblədən döndərmək icazəli deyil.

Təşəkkürlər.
Sual: Salam Aga.İnsan əgər hər hansi paltarda istimna etsə və cünüb olsa,paltarina məni dəyməsə,həmin o paltari geyinə bilər?
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Bəli, geyinə bilər.

Təşəkkürlər.
Sual: Salam sualım Rəhbərədir.Aga əgər barmağın hansısa hissesini dərisini əlimlə qoparsam bu napak hesab olunur? Ancaq qan çıxmazsa necə?Və mən əlimin həmin hissəsini başqa yerə vurarkən ora da napak olurmu?Məsələn dırnağın kənarındakı yeri qoparsam və bu başqa bir yerə dəyərsə həmin yerdə napak olur?Bir halda qan çıxmır.Yaxud da dodaqları əgər qoparsam ? Və maska taxdigim zaman maskaya dəyərsə
Cavab: Əleykum salam.

Ayətullah Xamenei-dəftərxana:

Dərinin nazik və öz-özünə qopan hissələri pak hökmündədir.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı