www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Bir nefer Restoranda iwleyir iwciler mudurden icazesiz yemek yeyirler ve bu adam ozude yeyib ama sora pewman olub indi halalliq almaq isteryir nece etmelidir ve digerlerininde yediyini demelidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Digərlərinin yediyini demək ona vəzifə deyildir.

Təşəkkürlər.
Sual: Salam, mən universitet tələbəsiyəm. Bizdə teatrlar təşkil olunur. Hicaba və şəriətə riayət edərək iştirak etməyə çalışıram. Sualım budur ki, Vətənpərvər mahnıları Ğina olmadan amma yenə də musiqi şəklində oxumaq bir qıza haramdır? xorda səsi itmək və içlırinə qarışmaq şərtilə bir oğlan eşitsə öyrəndiyim qədərilə haram deyil. amma bu məsələni öyrənmək bizə çox lazımdır. qeyd edim ki mahnılar qətiyyən eyş işrət formasında olmur əksinə vətən haqqındadır və çox kiçik hissəni ifa etmək lazımdır.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər naməhrəmin təhrikinə səbəb olmazsa haram deyil.

Təşəkkürlər.
Sual: mastubrasiya günah sayılırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salameleykum. Pornoqrafik filmlərə pornoqrafik şəkillərə baxmaq günahdır yoxsa məkruh?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Günahdır.

Təşəkkürlər.
Sual: Hicaba kecmeycun erin icazesi vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Esr namazi zohur namazindan ne qeder evvel qilinmalidir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əsr namazı zöhr namazından əvvəl yox, sonra qılınmalıdır.

Təşəkkürlər.
Sual: Salam. Mən Bakida, içkilərdə satilan bir avropa restoraninda aşbaz işləyirəm amma ickilərnən hec bir əlaqəm yoxdur ( yəni onlarin daşinmasinda, catdirilmasinda, satilmasinda). Orada satilan qida məhsullarinin 80 faizi avropadan gətirilir o qidalarin hazirlanmasinda mənimdə əməyim kecir. O yeməklərdən bəziləri halal bəziləri isə haram olan yeməklərdir. Orada işçilərin maaşi ayin sonunda Restoranin ayliq qazancindan hesablanib verilir. Yəni o qazanca Resdoranda satilan butun məsullarin gəliri daxildir. (İckilərin, qida məhsullarinin v.s). Mənim bu Restoranda işləməyim haramdirmi ? Oradan aldiqim əmək haqqi haram hesab olunurmu? Allah Şahiddir mən orada könul xoşluqu ilə işləmirəm. Məcbur qalib işləyirəm iş tapa bilmirəm tapsamda maaşi az olur oda ailəmizin ehdiyacini ödəmir xahiş edirəm mənə deyin mən nə edim oradan işdən ciximmi yoxsa nə edim?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Həm orda işləmək haramdır, həm də alınan əmək haqqı haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum Qunut tutmadan namaz qılmaq olar? Əvvəlcədən təşəkkür edirəm
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Namazda qunut müstəhəbdir və qunut tutmadan da namaz qılmaq olar.

Təşəkkürlər.
Sual: Musiqiyə qulaq asmaq günahmıdır? Məsələn: üzeyirin mahnılarına
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər musiqi eyş-işrət məclislərində ifa edilən musiqidirsə və ya o musiqidə ğina varsa haramdır.

Təşəkkürlər.
Sual: Salam. Namaza bawlayandan sora niyyet edib etmemeyim yadima duwse ne ermeliyem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şəkkinizə etina etməməlisiz.

Təşəkkürlər.

Sual: Salam disi qoyunu qurban kesmek olarmi
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Salam. Krevetka halaldirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, halaldır.

Təşəkkürlər.
Sual: Salam suni dirnaq istifadə etsəm hər dəsnəmaz zamani dirnağimdan kleyini özünü təmizləmək şərtdirki?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Əgər yapışqan(kley) dəstəmaz suyunun dırnağa yetişməsinə maneçilik yaradarsa bəli, hər dəstəmaz alanda onu təmizləməlisiz.

Təşəkkürlər.

Sual: Kebin kesdirmekçün ananın raziliği vacibdir?onnan icazesiz kesdirende eqd sayılır yoxsa sayılmır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, ananın razılığı şərt deyil.

Təşəkkürlər.
Sual: Salam aleykum. Qadin yuxuda olarken istemsiz cunub olursa qusul almalidirmi.
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: Salam aleyküm ağam Siqaret barədə sualin vermek istiyorum Siqaret çəkməsi günahdırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər insan orqanizminə gözə çarpacaq dərəcədə zərəri varsa haramdır. Əks halda haram deyildir.

Təşəkkürlər.
Sual: Salam. Bir kişi bir qadınla bir neçə dəfə müvəqqəti kəbin kəsdirə bilərmi burada say məhdudiyyəti varmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, say məhdudiyyəti yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Sual 1. Müvəqqəti evliliyin müddəti başa çatdıqdan sonra xanımın iddə müddəti başa çatmamış əvəlki əri ilə yenidən müvəqqəti kəbin kəsdirə bilərmi ? Sual 2. Bir kişi eyni xanımla neçədəfə müvəqqəti kəbin kəsdirə bilər bu barədə say məhdudiyyəti varmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Bəli, bu halda iddəyə ehtiyac yoxdur.

2-Xeyir, heç bir məhdudiyyət yoxdur.

Təşəkkürlər.

Sual: Salam.bir sexsin illerdir usaqi olmur.basqa bir qohumdan yeni dunyaya gelmis usaqini ovladliga isteyir.buna seriyyet ne deyir.?????
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu işi görmək icazəlidir.

Təşəkkürlər.
Sual: kecmisde gunahlarim cox olub indi tovbe etmisem namaz qiliram bagislanaram
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İnşaallah, Allah tövbə edənləri bağışlayandır.

Təşəkkürlər.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı