www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. Niyyet etmiwdim ki oqlan uwaqim olsa adini imam Huseyn aqanin adini qoyacam. Dunyaya gelenden sonra ovlada Mehemmedhuseyn adini qoymaq olarmi? Yenin aqa imam Huseyne hormetsizlik kimi olmaz? Zehmet olmasa cavablandirardiz.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu işin bir haramlığı yoxdur və niyyət etdiyiniz addan başqa ad qoya bilərsiniz.

Bu işiniz də İmam Hüseynə(ə) hörmətsizlik sayılmaz.

Təşəkkürlər.

Sual: Salam. Sual 1. Bilmək isdərdim kişinin arvadı kişinin qardaşlarının yəni arvad ərinin qardaşlarının yanında başı açıq hicabsız gəzə bilər ya yox ? Sual 2. Bəs qadın öz ərinin qardaşlarının oğullarının yanında necə başı açıq hicabsız gəzə bilər ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir, gəzə bilməz.

2-Xeyir, gəzə bilməz.

Təşəkkürlər.
Sual: Salam.Niyə biz şiələr türbədə və ya ziyarətgahda qəbrin başına bir neçə dəfə fırlanırıq?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bağışlayın, biz yalnız şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salamun Aleykum Vacib Namazlarin qunutunda Azerbaycanca dua oxumag olar? Bunun hokmu nedir?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Ehtiyat vacibə əsasən qunutdakı dua ərəb dilində oxunmalıdır.

Təşəkkürlər.
Sual: Salam aleykum. Sud veren qadinin boynuna cenabet qusulu geldikde o halda sud vere bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, verə bilər.

Təşəkkürlər.
Sual: Qadınla arxadan yaxınlıq barədə nə deyə bilərsiniz ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu iş qadının razılığı ilə baş verərsə məkruhdur.

Əgər qadının razılığı olmadan bu iş baş verərsə haramdır.

Təşəkkürlər.
Sual: Salam it saxlamaq olar? Ve sertleri nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Çoban iti, ov üçün istifadə olunan it və həyət-bacanı qorumaqdan başqa məqsədlər üçün it saxlamaq yaxşı deyildir.

Əgər bu iş (it saxlamaq) qeyri müsəlmanlara bənzəməyə və onların mədəniyyətinin yayılmağına səbəb olarsa və ya bu iş qonşuların əziyyətinə səbəb olarsa, haramdır.

Təşəkkürlər.
Sual: Dukandan alinan toyuqlar ve toyuq donerler halaldirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər ölkə müsəlman ölkəsi, satıcı da müsəlmandırsa, ondan aldığınız toyuq və toyuq məmulatlarının haram olmağına yəqininiz yoxdursa, bu məmulatlardan istifadə etmək haram deyildir.

Təşəkkürlər.
Sual: Salam.Mərc olmadan şaşki ya şahmat oynamaq olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şahmat mütləq şəkildə (yəni istər mərc ola ya da mərc olmaya) haramdır.

Şaşkiyə gəldikdə isə, əgər qumar aləti sayılmazsa mərc olmadan oynamaq olar. Amma əgər qumar aləti sayılarsa hətta mərc olmasa da oynanılması haramdır.

Təşəkkürlər.
Sual: salam men bir sual vermek isdeyirem nerd oynamaq haramdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər qumar aləti sayılmırsa oynanılması haram deyildir.

Təşəkkürlər.
Sual: Salam .men 7 gunluk heyz goren qadinam ve heyzimin 3 cu gununde, muveqqeti eqdimin muddeti menim ucun bagislanildi. Sualim budurki men bu heyizimi birincii paklanma hesab edib novbeti heyizden paklandiqdan sonra iddeden azad olurammi ve basqa sexsle muveqeti eqd ede bileremi? tesekkurler!
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, bu heyz sizin birinci heyziniz sayılmır. Gərək bundan başqa iki heyz də gözləyəsiz.

Təşəkkürlər.
Sual: Salam Xamneyi aga defterxanasinadi sualim qadin namaz qilarken ayagi aciq olmasi caizdir yeni corab geyinmelidir mi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər naməhrəm görmürsə, namaz qılarkən xanımın ayağının topuqdan aşağı hissəsinin görünməyi caizdir (icazəlidir).

Təşəkkürlər.
Sual: Salam men im Adım Aybeniz men 8 yaşımda n namaz qılıram oruc tuturam amma hicab bağlamıram indi 29yaşım var yenş açıq saçıq geyinmirem örtülü normal paltar geyinirem başımı bağla ya bilmirem bu düzgün mü »?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, şəriətdə buyurulan formada örtünmək və baş bağlamaq hər bir xanıma vacibdir.

Təşəkkürlər.
Sual: Salam. Üzür isdəyirəm Boşalmadan yəni məni xaric olmadan isdimna etmək olar ya yox.?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir, bu iş haramdır.

Təşəkkürlər.
Sual: Salam əleykum. 1) Namazın salamında sonra üç dəfə təkbir demək vacibdirmi? 2) Qadının heyz günü 5-6 gün çəkir sora 1-2 gün ara verdikdən sora yenidə qan görür bu halda qadının hökmü nədir və bu ara günlərin namazını qılmalıdırmı? 3) Qadının heyz günü 10 gündər artıq ola bilərmi əgər olmazsa qadının hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir, vacib deyildir.

2-Ehtiyat vacibə görə birinci qan dayanandan sonra (yəni pak olduğu 1-2 gün) qusl alıb ibadətlərini yerinə yetirməli və heyzli qadına haram olan işlərdən çəkinməlidir. Və 1-2 gündən sonra gördüyü qan dayanandan sonra yenidən qusl almalıdır.

3-Xeyir, heyz qanı 10-gündən artıq gələ bilməz.

Əgər bu qadının heyz günlərinin vaxtı və sayı müəyyəndirsə (məsələn hər ayın əvvəli 7-gün heyz olursa) belə halda qadın 10-gündən çox qan görərsə, heyz günlərindən sonra (məsələn 7-ci gündən sonra) gələn qan istihazə hökmündədir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Xala qızı naməhrəmdirmi? Namehremdirse dünyavi mövzulu söhbətlər etmək günahdırmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, naməhrəmdir.

Əgər harama düşmək qorxusu olmazsa danışmaq haram deyil.

Təşəkkürlər.
Sual: Salam. Əgər bir nəfər gəlib məndən borca bir üzük götürüb (qaytarmaq şərti ilə) və onu aparıb lonbard adlanan yer var orda faizlə pul verilir qoyub özü üçün pul götürübsə mən də üzüyü verəndən sonra fikirləşmişəm ki ortada faiz söhbəti var kaş ki verməzdim amma gecdi ala bilmirəm.amma o puldan bizjm evə daxil olmur sadəcə üzük mənimkidi bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Üzüyünüzü geri almaq mümkündürsə onu geri almalısız.

Təşəkkürlər.
Sual: salam şəri nigah ne demekdir. Sheri soznun menasi nedir. menim kebin kagizimda yazilib ve menasini bilmek isdeyirem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Şər'i yəni dini.

Şər'i əqd (kəbin) yəni dini qayda-qanunlara uyğun olan əqd (kəbin).

Təşəkkürlər.
Sual: Hicab kimlerin qabaginda ortulmelidi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Aşağıda adlarını sadalayacağımız insanlar istisna olmaqla digər insanların yanında hicab bsğlanılmalıdır:

Xanımın əri, atası, əmisi, dayısı, öz oğlu, ərinin başqa qadından olan oğlu, doğma və süd qardaşı, nəvəsi, qardaşının və bacısının oğlu, ana və atanın dayısı və əmisi, qayınatası, kürə­kəni, babaları və ümumiyyətlə qadın cinsi. 

Təşəkkürlər.
Sual: Salam necesiz.Ağa men 10 il qabaq kerbubeladan anamcun kefen almisam amma neciye aldiqim yadimda deyil helede evde saxlayiram 10 il aldigim mudedte ona xums gelir yoxsa yox saqolun allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, xumsunu çıxarmalısız və xumsunu çıxardığınız zaman bu günkü qiymətlərə əsasən xumsu hesablamalısınız.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı