Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam Aleykum. ( Nәrd Vә Damino) Oynamağın Hökmü Nәdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər qumar aləti sayılmazsa, oynanılması haram deyildir.
Təşəkkürlər.
Sual: Namaz qilan anda uwaq mohuru goturub gedi namaz qilan ne etmeldir
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər namazı pozmadan səcdə edilməsi icazəli olan bir şey ələ gətirə bilərsə, onun üzərinə səcdə etməlidir. Əks halda namazı pozub yenidən qılmalıdır.
Əgər namazı pozub yenidən qılmaqla, namaz qəzaya gedərsə, hətta bir parça (amma xalça və bu kimi şeylərin üzərinə səcdə etmək olmaz) da ələ gətirə bilərsə ona səcdə etməlidi. Əgər parça da ələ gətirə bilməzsə əlin arxasına səcdə etməlidir.
Təşəkkürlər.
Sual: Salamun eleykum cenabet qusu aldiqdan sonra sidiy kanalindan qaln meni zerresi ifraz olarsa qusulu tezelemeliyikmi?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:
Əgər ifraz olan maye məni (sperma) olarsa, qusl yenidən alınmalıdır.
Təşəkkürlər.
Sual: Salamun aleykum eyer bir insan mohtelim olsa seher durub gedib qusul verse ayagyoluna getmeden qusul verib qutardiqdan sonra kanalda qalan sperma axib tokulse bu necis hokmundedi yoxsa tezeden qusulun yenilemelidi?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:
Bu halda axan sperma nəcisdir və qüslu yenidən almalıdır.
Təşəkkürlər.
Sual: salam aqa uzur isdeyirem kisi qadininin da raziliqi ile arxadan cinsi elaqede ola bilerlermi tesekkur edirem xais edirem cavab yazin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qadının razılığı ilə bu iş baş verərsə haram deyildir.
Təşəkkürlər.
Sual: Salam aleykum.hicabli qadinin sacini kesib qadin salonuna satmasi halaldirmi ?salonda o saci kiminse sacina qaynaq edecekler?onceden tesekkur edirem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir, bu iş haram deyildir.
Təşəkkürlər.
Sual: Namazin salamini verdikden sonra ne etmeliyem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Namazın salamından sonra zatən namaz bitmiş hesab olunur və hər hansısa bir işi görməkdə ixtiyar sahibisiniz.
Təşəkkürlər.
Sual: Salam men bilmek isteyirdim ki bliyard oynamaq haramdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, haramdır.
Təşəkkürlər.
Sual: Salam.Ailədə domino oynaya bilərik heç bir şərt olmadan?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Hər bir halda haramdır.
Təşəkkürlər.
Sual: Salam bir qadin var o heyisli halda cinsi elaqeden hamile qalib ve yoldasi hemin an ickili olubdu ve ondan basqada qadina yaxini rehmete geden zaman cox qorxub ve ona cin musellet olub ama hamile oldugunu bilmirmis indi o qadin usagin exlaqina ve saglamligina gore narahat oldugu ucun usagi isdemir. O usagi saldirmagin hokmu nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu halda uşağı saldırmaq haramdır.
Təşəkkürlər.
Sual: Salam.Kebinli Er ve Arvad 1 ile yaxindiki (uzr isteyirem) cinsi elaqede olmayiblar.Onlarin Kebini dusmus sayilir yoxsa nece?Tesekkur eleyirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, kəbin batil deyildir.
Təşəkkürlər.
Sual: Salam. Bagisliyin bu suali verdiyime gore. Yoldasinla arxadan cinsi elaqe olmaq gunahdi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər bu iş xanımın razılığı ilə baş verərsə haram deyildir.
Təşəkkürlər.
Sual: Salam Aleykum Novruz bayramini qeyd etmək olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: Zinadan əmələ gəlmiş qızla evlənməyin hökmü nədi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Haram deyildir.
Təşəkkürlər.
Sual: Salam aleykum.
Nişanlı daimi əqd oxunmuş şəxs öz nişanlısı ilə mazaqlaşa bilərmi?
Oncədən təşəkkürlər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: Salam men bilmek isterdim ki qadin aile heyati quranan sora heyat yoldasi onun uzunen yaxuda dodaqinan ve ya elinen tutarken yada qucaqlayanda qusul pozulur ya yox???.önceden tesekurler.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir. Əgər cinsi əlaqədə olmazlarsa və ya məni xaric olmazsa insanın boynuna qusl gəlməz.
Təşəkkürlər.
Sual: Salam Aleykum ...evde Quran Olarsa hemen evde icki icmek olar..men ne qeder deyiremki getirmeyin ama bawa duwmurler
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Spirtli içki içmək hər halda haramdır. İstər otaqda quran olsun, istərsə də otaqda quran olmasın.
Təşəkkürlər.
Sual: Salam aleykum.hekimin teyin etdiyi derman jelatinli kapsulun içindedi.dermanda fransanin istehsalidi.hekimimden dermanin evezin soruşanda,dedi ki en yaxşisi ve təmizi sene yazdiğimdi.yəni başgalari belə təsir etmeyecey.onlarin içi təmiz deyil.men o dermani gəbul ede bilerem?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu dərmanı qəbul etmək haram deyildir.
Təşəkkürlər.
Sual: Salam, xristiyanlarin ve yehudilerin ( kitab ehlinin) kesdiyi et halaldirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, haramdır.
Təşəkkürlər.
Sual: salam . mən oğlanam 22 yaşım var subayam heç evlənməmişəm bilmək isdəyirəm mən şəhvət hissimi özüm aradan qaldıra bilərəm kiminləsə əlaqədə olmadan bu iş günah sayılır günah sayılırsada necə etməliyəm
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, istimna böyük günahlardandır. Günahdan uzaq olmaqçün ailə qurmağınız məsləhətdir. Əgər ailə qurmağa imkanınız yoxdursa, müvəqqəti izdivacla bu günaha düşməkdən xilas ola bilərsiz.
Təşəkkürlər.