Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Spirtli ətirlərdən istifadə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: Saçın hicabın altından bilinmesi haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: BIR xanimin basinda damarlarinda quruma gedir hekim deyibki senin beyninde quruma gedir hava almir hemde basi kecel olmalidirki inkisaf olsun.amma bir terefdende qolari dirseyden quruyur.yoldasi da deyirki basini ac.indi xcanim ne etsin,basin acmalidirsa onun kafaresi varmi/...?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Naməhrəm görmədiyi təqdirdə başını aça bilər. Amma naməhrəm görəcəyi təqdirdə, başını açmamalıdır.
Təşəkkürlər.
Sual: Salam Eleykum sualim Ayetullah Xameneyi agayadi ilan baligini yemek haramdi
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər pulcuğu varsa halal, əks halda yeyilməsi haramdır.
Təşəkkürlər.
Sual: Salam eleykum.Bilmek isteyirem ki qadini gunah isletmeye mecbur eden eks cinsi kunahkar sayilir yoxsa qadin sayilir.Amma qadin o gunahi isletmek itemediyi halda mecbur edildiyi zaman .
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər qadın bu günahı görməzsə həyatını əldən vermək təhlükəsiylə qarşılaşarsa, bu işi görməkdən ona (qadın) bir günah gəlməz. Əks halda qadın da günaha batmış hesab olunur. Kişi isə hər iki halda qarşı tərəfi günaha vadar etdiyinə görə günahkar sayılır.
Təşəkkürlər.
Sual: Salam aleyküm...1.Nişanlı olan,kəbinləri olan qızla oğlan cinsi əlaqədə ola bilər?bakirəlik qalmaqla.
2.Kəbinli qadın toy olana qədər oğlandan icazə almalıdı?
3. Qadının öz evində şalvar geyməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1- Bu iş haram deyildir.
2- Xeyir, atasından icazə almalıdır.
3- Bu iş öz-özlüyündə haram deyildir.
Təşəkkürlər.
Sual: Salam.
Eyninde geyim olan insanin boynuna qusul düşdü.
Geyime rütubet toxunmur.
Hemen o geyim ile, namaz qilmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: salam aleykum!men dukanimi berbere icareye vermiwem,berber sacla yanawi orada uzde qirxir,menim ondan aldigim icare haqqi halal sayilirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli, halal sayılır.
Təşəkkürlər.
Sual: salam aleyku kisi oz kebini xaniminin agiz nahyesi ila cinsi alaqede olmagi haramdi
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:
Şəriətdə bu iş haram buyurulmayıb.
Təşəkkürlər.
Sual: Salam Eleykim menim sualim beledir zeruret hal olduqda namazi yarimciq qoymaq olar? Meselucun men yangindan muhafizede surucu iwleyrem FHN de namaz qildigim zaman zvanok vurulsa ki yangin var namazi yarimciq qoya bilerem? Zvanokdan sonra 45 saniyeye cxmalisan
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: Salamun əleykum.Əgər 24 yaşlı ailəli və övladı olan müsəlman qadın başına hicab bağlayırsa və müsəlman ata təkidlə buna qarşı çıxırsa qadın nə etməlidir.Əgər hicabı açmazsa ata onu övladlıqdan çıxaracağını deyir.Həyet yoldaşının isə onun hicab bağlamasına etirazı yoxdur.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xanım hicabını açmamalıdır.
Təşəkkürlər.
Sual: kisi oz xaniminin agziynan cinsi eleqede ola bilemi
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:
Şəriətdə bu iş haram buyurulmayıb.
Təşəkkürlər.
Sual: Salamunaleykum.Allah sizden razi olsun. Bir meseleni aydinlasdirin xahis edirem.Muaviyye (lenet olsun) zamaninda cume namazindan evvel xutbe edib sonra cume namazi qilmagi emr edib. Eslinde ise evvel namaz qilinmali sonra xutbe oxunmalidir.?!Beledirse bes niye xutbe oxunur sonra namaz qilinir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Cümə namazında xütbələr namazdan qabaq oxunmalı və sonra namaz qılınmalıdır.
Təşəkkürlər.
Sual: Salam əleykə. Qardaşimin cox borcu var mən xumsu (qardaşima kömək məqsədi ilə) qardaşimin borcuna verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir. Xums müctehidin nümayəndəsinə çatdırılmalıdır. Əgər o icazə verərsə, siz bu işi görə bilərsiz.
Təşəkkürlər.
Sual: Quslde tertib pozulduqda onu duzeltmek lazimdir yoxsa, evvelden başlamaq, meselen başi yuduqdan sonra sol terefi yusa, sonra qayidib, sağı yusa sonra quslun tamamlanması üçün solu yusa, qusl sehihdir, yoxsa batil.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əvvəldən başlamağa ehtiyac yoxdur. Tərtibi düzəltmək kifayət edir.
Təşəkkürlər.
Sual: salam men bilmek isteyirem momun olan insan ve momun olmayan muselman evde ve heyetde it saxlaya biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Hədislərə əsasən it olan həyətə mələklər daxil olmaz.
Amma saxlanılmasına ehtiyac duyulduğu halda, nəcasət və paklığa riayət etmək şərtiylə saxlamaq olar.
Təşəkkürlər.
Sual: Xumsu verilməmiş paltarla namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xumsu verilməyən paltarla qılınan namaz batildir.
Təşəkkürlər.
Sual: Salam, əyər ər 6 ay başqa ölkədə işləyir evə gələ bilmirsə, qadın şəhvət hissini aradan qaldırmaq üçün istimna edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam Aleykum.
Pulcuqsuz balıq yemək haramdır yoxsa yox və mümkünsə açıqlamasını izah edərdiniz. Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Pulcuqsuz balığı yemək haramdır.
Təşəkkürlər.
Sual: Salam aleykum..sualim: Heyzli olan halda Quran oxumaq yaxud Qurani Kerimi ele goturmek olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Oxunarkən səcdə edilməsi vacib olan ayələr istisna olmaqla, digər ayələri heyzli halda oxumaq olar.
Amma ümumilikdə heyz olan xanımın quran oxuması və ya qurana toxunması məkruhdur.
Təşəkkürlər