www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: SALAM ALEYKUM.SUALIM BELƏDİR NƏYƏ GÖRƏ XANIM ZEYNƏBLƏ ƏBƏLFƏZL AĞA 14 MƏSUMDAN HESAB OLUNMURLAR?BİRDƏ AZANDA ƏLİYYƏN VƏLİYULLAH DEMƏK VACİBDİRMİ?YƏNİ İMAM ƏLİ UŞAQ OLANDA YARANMIŞDI İSLAM DİNİ,YƏNİ O UŞAQ OLARKƏNDƏ ƏLİYYƏN VƏLİYULLAH DEYİRDİLƏR?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əzanda "Əliyyən vəliyullah" demək vacib deyil.

Üzürlü sayın, biz əhkamla bağlı sualları cavablandırırıq.

Təşəkkürlər.
Sual: Allahın salamı və bərəkəti üzərinizə olsun. Sualım belədir. Məşhəd ziyarəti zamanı qadın heyz halına başlasa nə etməlidir? Nəzərə alaq ki, bu ziyarətə Azərbaycandan qoşulur və çox arzu edilir. Təşəkkür edirəm. Allah hamınızdan razı olsun, inşallah. Amin.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Ehtiyat vacibə əsasən heyz halında olan xanım İmamın mübarək zərihinin olduğu yerdə dayana və ya əyləşə bilməz. Amma bir qapıdan girib başqa bir qapıdan çıxa bilər.

Lakin hərəmin digər yerlərində dayanıb (və ya əyləşib) duayla məşğul ola bilər.

Təşəkkürlər.

Sual: Men oğlanam.men xeyal quraraq sehvetimi bosaltsam Gunahdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər öz xanımını düşünərək xəyal qurarsa, bu iş sperma xaric olmamaq şərti ilə haram deyil.

Amma öz xanımından başqa birini xəyalında canlandırarsa, bu iş hər halda (istər sperma xaric ola ya olmaya) haramdır.

Təşəkkürlər.

Sual: Salam aleykum. 1.qadin dirnaq uzada bilermi? 2.qadin dirnagi hansi hedde qeder uzada biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Bu iş öz-özlüyündə haram deyildir.

2-Naməhrəmin diqqətini çəkməyəcək və zinət sayılmayacağ həddə uzada bilər.

Əgər öz məhrəmi üçün zinət olaraq uzadıbsa və diqqət çəkirsə gərək naməhrəmdən gizlədilə.

Təşəkkürlər.
Sual: Salam,insana xosh sozler deyende terif oldugda insan sevinse gunah qazanir ya bunun eybi var?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş günah deyil.

Təşəkkürlər.
Sual: Salam,sionistlerin mallarin almaq caizdi?mes:ariel parashoku ya sinikers shokolati yaxud dish mecunlari..?yazilana gore butun muctehidler sionislerin mallarin alqisin satqisin haram edib bu duzdu?ve mallarin shekillerinde gonderilmishdi yuxarda yazdigim eshyalarda hemen shekilde var idi.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Sionist rejiminin istehalı olan malları almaq haramdır.

Təşəkkürlər.

Sual: Salam.Heyzli qadinla fecrinden ve arxadan olmamaq serti ile bosalmaq olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Heyzli qadınla fərcdən yaxınlıq etmək haramdır. Arxadan yaxınlıq həm heyz halında, həm də heyz olmayan halda məkruhdur. Sualda qeyd olunan halda məninin (sperma) xaric olması haram deyildir.

Təşəkkürlər.
Sual: Salam aleykum. cox uzr isteyirem ama sizden bir movzu barede meslehet isteyirem eyer bu haqqda mene bir meslehet versez cox komey etmiw olarsiz. Evvelce uzr istiyirem ama men niwanli idim niwanlimin ailesi mene qarwi yaxwi deyildi aramizi vurmaq ucun ellerinden geleni edirdiler niwanlimda hecne demirdi ve belece bizim aramizi vurdular ama cox cox uzr istiyirem bizim sevgimiz qarwiliqli idi sadece oqlanin ailesi sanki paxilliq edirdi bize. Ayirdilar bizi Kebinde var idi onuda pozdurduq aylar kecdi oqlan pewman oldu yene mene zeng etmeye bawladi cox pewman olduqunu soyledi ama anasina qarwida cixa bilmir bariwmaq isteyir sadece anasindan cekinir anasi cox sert insandi cunki . Etrafimizdakilar deyirki cadu edibler oqlana bariwmaq isteyir ama nese mane olur ona men ise bele weylere inanmiram Allaha siqiniram. Indi ise sizden bir meslehet isteyirem cox xaiw edirem bir yol gosterin
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Üzürlü sayın biz yalnız əhkamla bağlı suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam əleykum. 4 və ya 3 rükətli namazın ikinci rükətində təşəhüddən sonra təkbir deyib üçüncü rükətə qalxmağın işğalı varmı? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir, işkalı yoxdur.

Amma bu təkbir namazın bir hissəsi kimi yox, zikr niyyəti ilə deyilməlidir.

Təşəkkürlər.

Sual: Salam. Men bilmek isteyirem ki xums miqdari ne qeddr olmalidir. Yeni butun geyim mal varliginin nece faizini teskil etmelidir,yaxud da illik gelirin nece hissesini teskil etmelidir
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xums illik gəlirdən artıq qalan pul və digər əşyalara vacib olur.

Miqdarı isə artıq qalan pul və ya əşyaların beşdə biri qədərdir.

Yəni 20 faiz.

Xums haqqında daha ətraflı məlumat almaq üçün risaləyə müraciət edin.

Təşəkkürlər.

Sual: SALAM ALEYKUM. 1. ŞUKA BALIĞINI YEMƏK OLAR ? 2.XƏRÇƏNG YEMƏK OLAR ? 3.. KVAS İÇMƏK OLAR ? 4.... SUŞİ YEMƏK OLAR?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Əgər pulcuğu varsa yemək olar, əks halda yeyilməsi haramdır.

2-Xərçəngin yeyilməsi haramdır.

3-Tərkibində spirt varsa haramdır.

4-Əgər pulcuqlu balığdan hazırlanarsa yemək olar. Əks halda yeyilməsi haramdır.

Təşəkkürlər.
Sual: salam Aleykum bagisdiyin narahat edirem bir sualim var xais edirem cvab verin menim bir oglum var 1 yas 2 ayliqdi xanimim temizlik baximindan usagi yuyanda necasetin hokumlerine riyayet elemir .usagi cimizdirende ve s her defe usaq meni opende agzinin nemliyi deyir uzume mede mecburam uzumu suyun altinda yuyum.ama bir defe usagi cimizdirenden sora yeqinin yoxduki sonrada yene usaq necasete batib yoxsa yox sekime etina etmiye bilerem?mene bir cixis yolu gorsedin .
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Şəkkinizə etina etməyin. Pak hökmündədir.

Təşəkkürlər.
Sual: Salam.Bilmek isterdim qadin heyzli vaxti oral sexsle mesgul ola bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər



Sual: Salam.eleykum birde men yeni hicaba kecmisem evvel geyinmemisem.indi men kimlerise hicaba devet ede bilerem?men isterdim ki etrafimdakilar da hicabin gozelliyin anlasin.ama men evveler hicabsiz olmusam deye meni ciddi qebul etmirler.menim vezifem nedir?birde men basqasinin malindan icazesiz gotursem ondan halalliq almaliyam?sag olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əvvəllər hicabsız olmağınız insanları hicaba dəvət etməyinizin qarşısını almamalıdır.

İmkan daxilində hicabın gözəlliyindən danışıb, insanları hicab geyməyə həvəsləndirməlisiniz.

İcazəsiz götürdüyünüz malların sahibindən də halallıq almalısız.

Təşəkkürlər.



Sual: Salam eleykum size bir sualim var menim atamin anasinin anasi seyidi bizde seyid sayiliriq men esitmisemki sayiliriq amma xumus dusmur
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Peyğəmbərin(s) nəslindən sayılırsız. Amma ata tərəfdən seyyid olanlara aid olan bir sıra hökmlər (xums, seyyid olmayanların sədəqəsinin seyyidlərə haram olması və.s.) sizə aid deyildir.

Təşəkkürlər.

Sual: Salam mən vasvasıyam Su məsələlərinə qarşı çox həssasam. Sistani ağaya təqlid edirəm. Sual1. Mən Çin istehsallı remen almışam tam dəri deyil bir qədər dəri remenlə qatışığı var. Mən ayaqyolunda hər dəfə çıxanda bilməməzlikdən əlim yaş yaş remenimi həm də paltarımı düzəldirdim .Dəstəmaz aldıqdan sonra məsciddə əlim yaş yaş remenimi çıxarıb xalçanın üstünə qoyurdum ki ,namazım batil olmasın(bununla bağlı narahatam ki, görəsən məscid nəcis olmuyub?).Artıq telefonada, bədənimin toqqayla əlaqəsi olan yerlərədə (belimə)şəkk edirəm bəlkə olara da əlim yaş yaş dəyib? Sual 2 Dəri olmayan dermantin ayaqqabılar üzərinə sidik damcısı kimi nəcis düşdükdə ayaqqabıya hopursa onun coraba keçib keçmədiyin bilmirəm bu zaman corabı nəcis etmiş olur? Sual 3 Əgər Şəriət qaydası ilə kəsildiyin bilmədiyim dəridən hazırlanan ayaqqabıların: satıcı müsəlmandırsa və deyirsə ki müsəlman ölkəsində hazırlanıb bu kifayət edirmi ki, həmən ayaqqabıya ikinci bir rütubət dəyərsə (məsələn ayaq tərləyərsə ) corab yaxud ayaq nəcis olmasın?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Yaş əl kəmərə (şəriət qaydalarına uyğun olmadan kəsilən heyvanın dərisindən olan) dəydikdən sonra, (yaş halda) nəyə toxunubsa ora da nəcis sayılır. Amma hər hansı bir yerə toxunub və ya toxunmamağında şəkk edirsizsə şəkkinizə etina etməyin. Yəni şəkk etdiyiniz əşyalar pak hökmündədir.

2-Xeyir, pakdır.

3-Bəli, kifayətdir və pak hökmündədir.

Təşəkkürlər.
Sual: Salam.Men nisanliyam .Bu nisan menim ve ata,anamin raziliqi ile olub.Biz nisanlimla harama dusmemek ucun dini kebin kesdirmisik.Nisanlimin ata ve anasinin xeberi var.Amma menim ata ve anamin xeberi yoxdu.Atam menim ohdeliyimi boyuk bacima verib.Bu zaman bizim kesdirdiyimiz dini kebin sehihdirmi?.Onceden tesekkurker.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər atanız sizin öhdəliyinizi böyük bacınıza veribsə, kəbin kəsəndə böyük bacınızın razılığı şərtdir və bu iş bacınızın razılığı olmadan caiz deyil.

Təşəkkürlər.
Sual: Salam Əleykum! Peyğəmbərlərə yaxud İmamlara Allah rəhmət eləsin demək olarmı? Əgər olmazsa hansı səbəbdən olmaz? Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli, olar.

Təşəkkürlər.
Sual: Toyuğun başı və ayaqları,qoyun və inəyin beyni halaldırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Adını sadaladığınız üzvlər arasında boyunun içindəki ilik və beyinin içindəki noxudu beyinin (noxuda bənzəyir) yeyilməsi haramdır.

Adlarını sadaladığınız digər üzvlərin yeyilməsi halaldır.

Təşəkkürlər.

Sual: Salamun aleykum.Heyat yoldaşim yorgunlugunu ve yaşini(55) bəhane edib bir aydan bir yaxinlıga icaze verir. Men elimle özümü boşaldiram, bunun günahi kime yazilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər xanım əsaslı səbəb olmadan yaxınlığa icazə vermirsə haram iş görür. Amma hər halda istimna etməyin günahı bu işlə məşğul olana yazılır, başqasına yox.

Təşəkkürlər.

Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı