www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Qəlyan çəkməyin icazə var?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu iş haram deyil.

Təşəkkürlər.
Sual: Salam.Repə qulaq asmaq haramdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər eyş işrət məclisinə uyğundursa haram əks halda halaldır.

Təşəkkürlər.
Sual: Salam. bir qadınla kişi rəsmi şəkildə ayrılıblar. Neçə illərdir ayrı yaşayırlar. Amma təlaqın kişi tərəfindən oxunduğundan qadının xəbəri yoxdur. Kişi də qadına onunla əlaqə saxlamağı qadağan edibsə belə olan halda nə olar. qadın nə etməlidir. kişi din əhli deyil. Təaqın geri oxunması dəqiqləşdirmək qadının vəzifəsidirmi. kişi səni boşamışam deyirsə qadın araşdırmağa mükəlləfdirmi. Yoxsa ərinin sözünə etimad edə bilər
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Təlaqın oxunub və ya oxunmamasını dəqiqləşdirmək qadına vəzifədir. Xüsusən də ərin dini məsələlərə etiqadı yoxdursa.

Təşəkkürlər.
Sual: Salam aleykum.1.Kerbelaya vizasiz getmek haram ziyaret sayilir?2.Diw cekilenden 3-4 saat sonra agizda olan qani udmaq haramdir?Tewekkurler
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Bəli.

2- Əgər qan ağız suyu ilə qarışdıqda aradan gedərsə onu udmağın eybi yoxdur. Yox əgər ağız suyu ilə qarışdıqda aradan getməzsa udulması haramdır.

Təşəkkürlər.
Sual: Salam menim sualim Mekarim Sirazi agayadi aga men siqaret cekirem menim namazim qebuldumu ve siqaret ceken insanin cennete getme ehtimali varmi.
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Siqaret çəkmək haram olsa da, amma onun namazın qəbul olub-olmamağıyla bir əlaqəsi yoxdur.

İkinci suala gəldikdə isə üzürlü sayın, biz şəri suallara cavab veririk.

Təşəkkürlər.
Sual: Salam aleyke. 1. Men derziyem hicab geyimleri tikirem rengarengde olur bu halda men gunah etmiw oluram? 2. Diger aciq geyimler tikmekle qazanilan pulun hokmu nedir? Cahil geyimlerin. Bele geyimler tikmeyin gunahi varmi? Etrafli cavab yazsaz sevinerem. Cunki men by iwden pul qazaniram. Qazancim halaldi yoxsa Haram? By iwden cekinmeliyem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1-Xeyir.

2-Qazanılan pul halaldır.

Ümumiyyətlə rəngarəng hicab və açıq geyimlər tikiməsi və həmçinin ondan qazanılan pulun bir haramlığı yoxdur. Bucür paltarı alanlara vəzifədir ki, naməhrəm qabağına harama səbəb olan paltarla çıxmasın.

Təşəkkürlər.

Sual: Salam Alakum bilmek istersdim domino oynamagin hokmu nedir?ister qarsiliqli ister qarsiliqsiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Hər bir halda haramdır.

Təşəkkürlər.
Sual: Salamun Aleykum. Holand pendiri yemek olar?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər əti halal heyvanın südündən düzəldilirsə halaldır. Əks halda haramdır.

Təşəkkürlər.
Sual: Salam,hicab taxmaq vacibdirmi?Eger namaz qilib,amma eyni zamanda hicabsiz geziremse,ibadetim sayilirmi?Birdeki valdiyenler hicaba kecmeyden narazidirlarsa,nece hereket etmeliyem o zaman?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Bəli, hicab taxmaq vacibdir. Əgər namazı şəriət qaydalarına uyğun olaraq qılırsınızsa, namazdan sonra hicabsız gəzmək namazı batil etməz. Həmçinin əhər valideynlər hicab bağlamanıza etiraz edərsə, onların ehtiramını saxlamaqla yanaşı hicabınızı da bağlamalısız. Çünki bu məsələdə valideynə itaət etmək lazım deyil.

Təşəkkürlər.
Sual: Salam əleykə. Hər hansi bir musəlman ölkəsində cahil olan bir muslman "Bismillah" demədən heyvani kəsərsə onun ətindən yimək haram hesab olunurmu? Öncədən təşəkkurlər.!
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu əti yemək haramdır.

Təşəkkürlər.

Sual: Salam bilmək istəyirəm cəbirə dəstəmazi nədir və necə alinir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Yаrаnın, sınıqlığın üzәrinә qоyulаn dәrmаnlаr, оnlаrın bаğlаndığı pаrçа vә s. "cәbirә" аdlаnır.

Cəbirə dəstəmazının alınma qaydası cəbirənin hallarına uyğun olaraq dəyişir və onların hamısını burda qeyd etmək imkanlarımızdan xaricdir. Bu haqda ətraflı məlumat əldə etmək üçün risalədə "cəbirə dəstəmazı" bölməsinə müraciət edin.

Təşəkkürlər.
Sual: Salam aleykum Skumbriya balıqı halaldı yoxsa haram? Çox sagolun
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər pulcuğu varsa halal, əks halda haramdır.

Təşəkkürlər
Sual: 1. Bezi insanlara qarşi zülm edilirse buna etiraz etmesek Allahin ezabina duçar olacayiqmi? Bezi insanlar haqqi deyib şerlerenerek hepise dusurler. Bu dogrudurmu eger men ele bir sey etmiremse haksizliqa nece etiraz ede bilerem?
Cavab: Salam. Üzürlü sayın biz ancaq əhkamla bağlı olan suallara cavab veririk.
Sual: Salam cox xaiw edirem cavab yazin evelceden Allah razi olsun.sualim beledi.men telefonda oyun oynamaga tovbe elemiwem.bele tovbe sayilir?indi oyun oynasam tovbemi pozmuw oluram?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Halal bir işə edilən tövbə, tövbə sayılmaz.

Sizin yenidən oyun oynamağınızın haramlığı yoxdur.

Təşəkkürlər.
Sual: Salam akeykum.Men keçən il xumsu sentyabrın 15-i çıxartmışam.Bu il dekabrın 20-si çıxartmaq istəyirəm.Belə etmək olarmı?Pulu evimiz yoxdur.Ev almaga yığıram.Xums çıxartmaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xums gününüzü sentyabrın 15-dən dekabr ayının 20-nə dəyişmək istəyirsinizsə gərək sentyabrın 15-i çatdıqda xumsunuzu çıxarasız və dekarb ayının 20-i yenidən (sentyabrın 15-dən, dekabrın 20-nə qədər olan müddətin) xumsunuzu çıxarasız. Belə etdikdən sonra dekabr ayının 20-ni özünüzə yeni xums günü təyin edə bilərsiz.

Xums günü çatdıqda ev almaq üçün yığılan pulun xumsunu çıxartmaq vacib olur.

Təşəkkürlər

Sual: Salam. 1."Bismilləhsiz" kəsilən heyvanin ətindən yemək olarmi? 2.Bir şəxs bilərəkdən, qəsdən heyvani "bismilləhsiz" kəsərsə onun hökumu nədir? 3.Əgər Heyvani kəsən şəxs cahillik ucbatindan heyvani "bismillahsiz" kəsibsə bunun hökumu necədir? Bu ətdən yemək olarmi? 4. Hansi hallarda kəsilən heyvanin əti haram, murdar hesab olunur. Xahiş edirəm bu mövzuda ətirafli izah verərdiniz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1- Xeyir.

2- Heyvanın əti haram sayılar.

3- Bu ətin yeyilməsi haramdır.

4- Əgər heyvan Allahın adı olmadan kəsilərsə və ya üzü qiblədən başqa istiqamətə kəsilərsə murdar və əti haram sayılacaq.

Təşəkkürlər.
Sual: salam aleykum evli bir xanim. Zina ederse ve bunu erine deyerse onu bagislasin o da bagislayarsa, sonra birde yene o sehvi tekrarlarsa bunu er bilerse amma bosamassa daha zina etmerse. Her gun xanimi tehqir ederse onu alcaldarsa rusvay edeceyini soylerse en exlagsuz soyusleri soyurse onu her gun bosayacagina and icerse amma bosamassa, xanim tovbe etse ozu bosana biler? Çunki evlilikleri ancq fesaddir hec cur yola getmirler her defesinde soyub gargis edir bu xanim oz talagin vere biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Təlaqı vermək ixtiyarı kişinin əlindədir. Xanım kişinin razılığı olmadan təlaqı oxutdura bilməz.

Hətta əgər oxutdurarsa da bu təlaq batildir.

Təşəkkürlər.
Sual: Salamun aleykum. Donuzun orqanları insan orqanlarına uygun dəldiyi üçün onları insanlara köçürürlər. Məsələn dərisini ürəyinin klapanlrına. O orqanlar sonra nə hökmündədir? Pakdır yoxsa nəcis?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Pakdır.

Təşəkkürlər
Sual: Balın zəkatı necə ödəlinir
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bala zəkat düşmür.

Təşəkkürlər.
Sual: Salam əleykə. Hər hansi bir musəlman ölkəsində cahil olan bir muslman "Bismillah" demədən heyvani kəsərsə onun ətindən yimək haram hesab olunurmu? Öncədən təşəkkurlər.!
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Belə bir əti yemək haramdır.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı