Şəri sual göndər
Ümumi sual göndər
Sual: vehabiyle alis veris olar
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Öz-özlüyündə bu iş haram deyildir.
Təşəkkürlər.
Sual: Salam Aleykum islediyum yerden lazimsiz materallar satmaq haramdir? (Sirket sahibinin xeberi yoxdur)
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bu iş haramdır.
Təşəkkürlər.
Sual: Salam. Qonşunun xəbəri olmadan onun "wifi" parolunu sindirib internetdən isdifadə etmək haram hesab olunurmu? Öncədən təşəkkurlər.!
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu iş haramdır.
Təşəkkürlər.
Sual: Balıq ikrası yemək halaldirmı
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Pulcuqlu balığların ikrasını yemək olar.
Təşəkkürlər.
Sual: Salam sualim bundan ibaretdiki mcdonalds restaranlarinda halalliq haqqinda sorusulduqda olar deyillerki halaliq qarantiyasi yoxdu amma etlerimiz temiz mal etindendi bele olduqda o eti yemey olar mc donalds da bunu da deyimki ora gelen etler ukraniyadan gelir onu yemey olar ya yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər ətilərin müsəlman olmayan bir ölkədən gəldiyi məlumdursa və onun halal ya haram olmağında şəkk edirsinizsə, bu ətdən istifadə etmək haramdır.
Təşəkkürlər.
Sual: Salam aleykum bilmek isterdim qeza olan namazlar vacibdirmi qilinmayan illerde ..Birde bilmek isterdim evde və ya heyetde it saxlamaq ne derecede duzgundur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qəzaya vediyiniz namazların qəzasını qılmaq vacibdir.
Zərurət olmayınca it saxlamaq bəyənilən iş deyildir. Hədislərə əsasən it olan həyətə mələklər daxil olmaz. Amma əgər zərurət varsa, nəcasət və paklığa riayət etmək şərtiylə saxlamaq olar.
Təşəkkürlər.
Sual: Salam size sualim budurki men coca cola icmeye tovbe etmisem ve doslarimada icmeyi meslehet gormurem sebeb ise coca cola sirketi gelen geliri izrailin silah senayesine verir ve izrailin silah senayesini destekliyir ve izrail bu sebebdeb muselmanlari qirir sizce menim bu isim dogrudur coca cola icmey serietnen duzgundur haramdir yoxsa halaldi bumu mene deyerdiz zehmet olmasa
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər Coca Cola şirkətinin öz gəlirlərini bir başa İsrail silah sənayesinə verməsi isbatlanmayıbsa, şəri baxımdan bu şirkətin məhsullarından istifadə etmək haram deyildir.
Təşəkkürlər.
Sual: salam qalmis qeza namazlarini qilmaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: salam men bilmek isteyirem momun olan insan ve momun olmayan muselman evde ve heyetde it saxlaya biler?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Zərurət olmayınca it saxlamaq bəyənilən iş deyildir. Hədislərə əsasən it olan həyətə mələklər daxil olmaz.
Amma əgər zərurət varsa, nəcasət və paklığa riayət etmək şərtiylə saxlamaq olar.
Təşəkkürlər.
Sual: Skrumbiya baligi ve krivetka halaldi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər balığın pulcuğu varsa yeyilməsi halal, yoxdursa haramdır.
Krivetkanın yeyilməsi halaldır.
Təşəkkürlər.
Sual: Zina etmeyin keffaresi nedir ? Men sevdiyim oglanin elini tutub qucaqlamiwam bu zinadirmi ? Keffaresini deyerdiz zehmet olmasa.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Zinanın kəffarəsi yoxdur. Naməhrəmin əlindən tutub qucaqlaşmaq haram olmasına baxmayaraq, zina deyildir.
Ümumiyyətlə insan etdiyi hər bir günaha görə Allahdan bağışlanmaq diləməlidir.
Təşəkkürlər.
Sual: Salam. Heyz qusulu verirken destemaz almaq vacibdirmi? Qaydasi necedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Heyz quslundan sonra dəstəmaz almağ vacib deyildir.
Quslun alınma qaydası:
1-ci Niyyət: “Filan quslu alıram qurbətən iləllah” sözlərini qəlbdən keçirtmək.
2-ci Bədənin baş və boyun hissəsini yumaq.
3-cü Bədənin sağ tərəfini yumaq. (Sağ çiyindən sağ ayağın barmaqlarına qədər.)
4-cü Bədənin sol tərəfini yumaq. (Sol çiyindən sol ayağın barmaqlarına qədər).
Alınma qaydasına görə qusullar aradında heç bir fərq yoxdur. Fərq yalnız niyyətdədir.
Təşəkkürlər.
Sual: Salam eleykum.men 4 ildi evliyem.yoldasimin pis verdisleri var, toydan qabaq menden gizledirdiler evlendikden sonra oyrendim.bundan basqa eve gec gelir ve islemir,islemediyi halda islediyini deyir.Ne etsemde yola getire bilmirem,indi ise munasibetimiz pozulub. bosanmamisiq,o barismaq istiyir amma evvelki verdislerini terk etmir.sualim budurki men yoldasimin sozuyle qayitmaliyam?yoxsa qayitmamagimin menimcun 1 gunahi yoxdur?yoldasim bosanmasa bele men onu istemediyim halda bosana bilerem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Boşanmaq və ya təlaqı verməkdə ixtiyar kişinin əlindədir. Onun razılığı olmadan oxunan təlaq batildir. Əgər onun razılığı olmadan boşanmısınızsa, şəri baxımdan onun həyat yoldaşı sayılırsız və ona itaət etməlisiz. Yox əgər ərin razılığı ilə təlaq oxunubsa, ona itaət edib və ya etməməkdə ixtiyar sahibisiniz.
Təşəkkürlər.
Sual: salam aleykum. namaz qılınan vaxt möhür bir kimsə tərəfindən götürülmüş olsa insan xalça üzərinə səcdə edə bilərmi? Və sonra həmin namazı yenidən qılması vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər üzərinə səcdənin səhih olduğu bir şey tapıb səcdə edə bilməzsə, xalçanın üzərinə səcdə edə bilər. Namazı təzələməyə də ehtiyac yoxdur.
Təşəkkürlər.
Sual: Salam eleykum.men texmini 1 il bundam qabaq siqarete tovbe etmisem ve hec vaxt cekmyeceyime soz vermisem. İndi siqaret ceksem gubah etmis olacam?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir, çünki haram olmayan bir işə edilən tövbə, tövbə sayılmaz.
Təşəkkürlər.
Sual: Salam.men yoldashimdan hem qanunla hem serietle boshanmisham bir qizimda var ve boshandiqdan sonra aile qurmusham hemenbirinci erim ise mehbusdu ve indi iddia edir ki men ona telaqi vermemishem seren ve men zina elemishem.bizim kebinimiz kesilende kaqizolmayib ve haside olmayib sadece telfonla zeng edilib ve kebin kesilib...boshandiqdada ele men ondan istedim boshanmaqi ve telaq oxundu oda cevabinda ne isen ele. Ne qelet istiyirsen ele dedi ve telaqimiz dala oxundu indi ise o sozu men dememishem ve boshamamisham onu deyir. mende indi ikinci aile qurmushamve hamileyem.men nece subut edim hara muraciet edim bu meslede islam qadini haqqini qorumur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər təlaq oxunan zaman ərin razılığı olubsa, təlaqdan sonra kişi öz razılığını inkar etsə də belə təlaq qüvvədə qalır.
Təşəkkürlər.
Sual: Salamu eleykum ağa. Heyz qusulundan sonra destemaz almaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Nəcis sudan və ya nəcis əşyanın üzərinə tökülən isti sudan çıxan buxar nəcisdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir, pakdır.
Amma bu buxar yenidən su halına qayıdarsa nəcisdir.
Təşəkkürlər.
Sual: Evde icaze yoxdur ki, cadra geyib cole cixam. Men cadra geymeyi cox isdeyirem, ne etmeliyem?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Hətta icazə verməsələr belə yenə də çadra geyinə bilərsiniz.
Amma əgər valideyn və ya həyat yoldaşı bu işə mane olursa və siz onların razılığını ələ gətirə bilmirsinizsə (hicaba riayət etmək şərtiylə) yaxşı olar ki, ailədə narahatçılıq yaranmasın deyə çadra geyinməyəsiz.
Təşəkkürlər.
Sual: Salam aleykum.Möhurden savayi nelere secde etmek olar?El baw barmaqlardaki dirnaqlara alin qoymaq olarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Səcdə yerə, habelə yerdən göyərib yeyilməli olmayan şeylərə (çubuq, ağacın yarpağı və s.) edilməlidir. Yeyilən və geyilən şeylərə səcdə etmək səhih deyildir. Həmçinin, mədəndən çıxarılan faydalı qazıntılara (məsələn, filizlərə, qızıla, gümüşə, əqiqə, firuzəyə və s.) səcdə etmək batildir. Amma mədəndən çıxarılan daşlara (mərmər daşı, qara daşlar kimi) səcdə etməyin eybi yoxdur.
Dırnağın üzərinə səcdə etmək olmaz.
Təşəkkürlər.