Şəri sual göndər
Ümumi sual göndər
Sual: Namaz əsnasında möhürü uşaq götürüb aparsa, alını dırnağa qoyub səcdə etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir.
Əgər üzərinə səcdənin səhih olduğu bir şey tapıb səcdə edə bilməzsə, xalçanın üzərinə səcdə etməlidir.
Təşəkkürlər.
Sual: Allahın salamı olsun sizə. Bir qadın və ya kişi müharibə zamanı əsir düşərsə və bilərsə ki, ona təcavüz, şiddət göstəriləcək onun özünü öldürməsi caizdir mi ? Təbii ki bu istisnavi bir haldır. Allah razı olsun!
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam.1- islamda qaw aldirmag olar? 2-sevmeden aile qurmag gunah sayilir? 3-sosial sebekerde kecirilen yariwlarda,kim qalib olsa ziyarete gonderirler.Ele yariwlara qowulmag olar ya olmaz?Allah razi olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1-Bəli (amma naməhrəmin diqqətini çəkəcək dərəcədə bəzdilməməlidir).
2-Xeyir
3-Olar.
Təşəkkürlər.
Sual: Salam.Allah razı olsun.sizden bir xaişim var.qadınam.bu ara yoldaşımı çox qısqanıram.olmayan şübheler yaranır aglımda.ne ede bilerem?
Cavab: Bağışlayın, biz yalnız şəri sualları cavablandırırıq.
Təşəkkürlər.
Sual: Salam Aleykum.. Men sistani Agaya teqlid edirem. Sualim budu ki men 1 ay icinde kebinli olmusam ama sora oglanin bezi edebsiz herketlerini davraniwlarink gorub ayrilmisam icki siqaret yalan xeyanet...oglan mene kebini pozdurdugunu deyib..ama ureyim narahatdi hec cur inanmiram ki kebini pzodura cunki bu islere inanci yoxdu ferqi ypxdu ggunah etdi ya etmedi.. defelerle kebinin pozuldugunu soruwmuwam oda cavabinda he pozdurmusam deyib... sualim buduki eger mene yalan deyirse kebini pozdurmayibsa men ne ede bilerem?. Xais edirem ki tez cavablandirasiz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər onun sözünə inanmırsınızsa və onun təlaqı oxutdurmadığını bilirsinizsə, onun razılığını alıb özünüz təlaq oxumağı bacaran bir şəxsə təlaqınızı oxutdura bilərsiniz.
Təşəkkürlər.
Sual: Salam .hicabli qadin hicabin altindan sacin topuz,ederse gunahdirmi?.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər bu iş zinət sayılarsa və naməhrəmlərçün cəzbedici olarsa haramdır.
Təşəkkürlər.
Sual: salameleykum supermarketlerde bircur bassiz baliq satilir skumbiriyadi adi ustunde pullari yoxdu ama bel sumuyu var bilmey isteyirem bu balig halaldir ya yox? isdiden tesekkurler
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Araşdırmaq lazımdır. Əgər pulcuqlu balıqdırsa yemək olar. Əks halda yeyilməsi haramdır.
Təşəkkürlər.
Sual: Sualima gorə üzür isteyirəm, Əgər yataqda sperma olsa o yataqda yatmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli, olar.
Təşəkkürlər.
Sual: Men kalbusa yeye bilerem ustunde halal bele yazilsa sizi bu suallima gore narahat edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Üstünə halal yazılmağı onun halal olmasına dəlalət etmir.
Halal ya haram olmağını araşdırmaq lazımdır.
Təşəkkürlər.
Sual: Salamun aleykum. Ağanin ölüm ayağinda olan bir şəxsin orqanlarinin başqasina köçürülməsi haqda fətvasini öyrənmək istərdim. Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Olmaz. Bu iş haramdır.
Təşəkkürlər.
Sual: Salam .hicabli qadin hicabin altindan sacini topuz,ede bilermi ? Hundurden bezek esyalariyla yiga bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər bu iş zinət sayılarsa və naməhrəmlərçün cəzbedici olarsa haramdır.
Təşəkkürlər.
Sual: Salam hamile qadin oruc tuta biler qeza orucun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər anaya və ya bətndəki körpəyə zərəri yoxdursa tuta bilər. Əks halda tutmamalıdır.
Təşəkkürlər.
Sual: Salam men Sistani Agaya teqlid edirem xumusumu nece catdira bilerem agaya Azerbaycanda yasayiram
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xumsu müctehidin özünə çatdırmaq vacib deyil. Səlahiyyətli nümayəndəsinə versəz kifayət edir.
Hətta xumsu dəftərə çatdıracaq bir şəxsə də versəz kifayət edir.
Təşəkkürlər.
Sual: Salam. Bizim yerlərdə ələm düzəldirlər. Əl işarəsinə taxta bağlayıblar və üstünə də kəlağayı, şal bağlayıblar. Aşura vaxtı onu məsciddən çıxardırlar. Camaat mərsiyə oxuyub onun ətrafında fırlanır, kəlağayıya pul bağlayırlar. Başqa vaxtlarda camaat bir müşkülü olduqda ələmə "nəzir" bağlamağa niyyət edir. Qadınlar onun yanına nəzir bağlmağa getdikdə məsciddə dizi dizi yeriyib gedirlər. Bundan əlavə ələmin yanındq teşnə deyilən su qabı qoyulub. içinə su doldurulur və insana xeyri olduğuna inanılır. Xahiş edirəm bu məsələ ilə əlaqəli öz mövqeyinizi bildirərdiniz
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bu işdə xurafat olmadığı təqdirdə halal, yox əgər xurafat varsa haramdır.
Təşəkkürlər.
Sual: Salam aleykum...nişanlı olub, kəbini olan qız və oğlan hər hansı cinsi əlaqəyə girə bilər? Bakirəlik qalmaqla.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: Salam aleykum.Men Omer Xettabla Omer Seidin eyni adam olub olmadigin oyrenmek isteyirem.Ve birde Omerin yaxsi yoxsa pis insan oldugunu.Xahis edirem cavablandirasiniz.Evvelceden tesekkur edirem.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Ayrı-ayrı adamlardırlar.
Üzürlü sayın biz şəri suallara cavab veririk.
Təşəkkürlər.
Sual: Salam Aleykum məhərrəm ayında başı xəncərlə yarmaq qan çıxarmaq olar? ya haramdır bunla bağlı risalədə hansı səhvədə ətraflı yazılıb
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Ağa bu haqda hər hansı bir nəzər vermir.
Təşəkkürlər.
Sual: Cenabet qusulu nece verilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Cənabət quslunun alınma qaydası:
1-ci Niyyət: “Cənabət quslu alıram qurbətən iləllah”-ı niyyət etmək.
2-ci Bədənin baş və boyun hissəsini yumaq.
3-cü Bədənin sağ tərəfini yumaq. (Sağ çiyindən sağ ayağın barmaqlarına qədər.)
4-cü Bədənin sol tərəfini yumaq. (Sol çiyindən sol ayağın barmaqlarına qədər).
Təşəkkürlər.
Sual: Salam.Ata oz rehmete getmish qizini yuya bilermi?cox saq olun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər yumağa xanım tapılmazsa və çıxılmaz vəziyyətdə qalarsa, bəli, ata bu işi görə bilər.
Təşəkkürlər.
Sual: Salam size sualim budurki mcdonalds sirketinde hazirlanan et mehsullari yeyile biler? Hercentki onun halalliqina qaranti verilmir amma xalis mal etinden hazirlandiginj tam eminlikle deyirler bir meselede varki mcdonalds sirketinde hazirlanan butun etler ukraniyadan gelir ve orda demey olarki ehalinin 95 faizi xiristiandi tesekkur edirem
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər ətilərin müsəlman olmayan bir ölkədən gəldiyi məlumdursa və onun halal ya haram olmağında şəkk edirsinizsə, bu ətdən istifadə etmək haramdır.
Təşəkkürlər.