www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam aleykum. Pişnamazın ədalətsiz olduğunu bilib, camaat namazına qoşulamayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Fərdi qılınan namaz düzgündür.

Təşəkkürlər.
Sual: Salam aleykum. Pişnamazın ədalətsiz olduğunu bilib, camaat namazına qoşulamayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Fazil Lənkərani-dəftərxana:

Fərdi qılınan namaz səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Pişnamazın ədalətsiz olduğunu bilib, camaat namazına qoşulamayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Vəhid Xorasani-dəftərxana:

Fərdi qılınan namaz səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Pişnamazın ədalətsiz olduğunu bilib, camaat namazına qoşulamayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana:

Fərdi qılınan namaz səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Pişnamazın ədalətsiz olduğunu bilib, camaat namazına qoşulamayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana:

Fərdi qılınan namaz səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Pişnamazın ədalətsiz olduğunu bilib, camaat namazına qoşulamayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Fərdi qılınan namaz səhihdir.

Təşəkkürlər.
Sual: Salam aleykum. Əgər pişnamazın ədalətsiz olduğunu bilirsənsə camaat namazina qoşulmayıb məscidin bir küncündə fərdi namaz qılmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Fərdi qılınan namaz səhihdir.

Təşəkkürlər.
Sual: Salam hansi qohum qadinlarla gorusmek olar ve olmaz meselen emi qizi xala qizi emi arvadi dayi arvadi ve sayr bunlarla gorusmek olar
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Müxtəsər olaraq sadalasaq, məhrəm qadınlar aşağıdakılardır və onlarla görüşmək olar:

Ana, Nənə, Bacı, Qız, Nəvə, Bibi, Xala, Qardaş qızı, Bacı qızı, Qayınana, Gəlin (qayınataya), Atanın arvadı, Arvadın qızı (əgər ata arvadla (qızın anasıyla) yaxınlıq edibsə), Süd qohumluğu səbəbi məhrəm olan qadınlar (süd anası, süd bacısı və s.)

Qeyd etmək lazımdır ki, əmi qızı, bibi qızı, dayı qızı, xala qızı, həmçinin, qardaş arvadı, əmi arvadı və dayı arvadı naməhrəmdirlər və onlarla görüşmək olmaz.

Təşəkkürlər.

Sual: Salam Məsələn içki içmişəm üstündən iki üç gün kecib tövbə eliyib Namaz qila bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.

Sual: Salam. Heddi-bulugun elametleri hansilardir? Nece yasda heddi-buluga catirlar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qız və oğlanlarda həddi büluğun olması aşağıdakı əlamətlərdən biri ilə bilinir:

1-Qarın altında iri və kobud tüklərin əmələ gəlməsi. (cinsi övrətlərin üstündə)

2-Spermanın gəlməsi istər yuxuda olsun istərsə də oyaq olan halda.

(Öncəki, əlamətlər müşahidə edilmədiyi təqdirdə)

3-Oğlanlarda qəməri tarixi ilə 15 yaşın tamam olması. Qızlarda isə qəməri tarixi ilə doqquz yaşın tamam olmasıdır.

Təşəkkürlər.
Sual: Salam. Mugennilik seneti haramdirmi? Bezen hicablilar toyda ,meclisde reqs edirler , bu haramdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Muğənnilik öz-özlüyündə haram deyil. Amma haram məclislərə uyğun mahnıların oxunması haramdır.

Xanımın öz həyat yoldaşından başqası üçün rəqs etməsi haramdır. Hətta öz həyat yoldaşı üçün etdiyi rəqs də musiqisiz olmalıdır. Musiqiylə rəqs etmək mütləq şəkildə haramdır.

Təşəkkürlər.
Sual: Salam. Qız və oglan uşaqlara namaz və oruc necə yaşda vacibdir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Namaz və orucun vacib olmağı həddi büluğa çatandan sonradır.

Qız və oğlanlarda həddi büluğun olması aşağıdakı əlamətlərdən biri ilə bilinir:

1-Qarın altında iri və kobud tüklərin əmələ gəlməsi. (cinsi övrətlərin üstündə)

2-Spermanın gəlməsi istər yuxuda olsun istərsə də oyaq olan halda. (Öncəki, əlamətlər müşahidə edilmədiyi təqdirdə)

3-Oğlanlarda qəməri tarixi ilə 15 yaşın tamam olması. Qızlarda isə qəməri tarixi ilə doqquz yaşın tamam olmasıdır.

Təşəkkürlər. 
Sual: Salam. Qohumlarimiz olen qohumlarin qebrin ziyarete gedende qebrin ustune torpaga su tokurler. Bilmek isterdim bele bir sey dinde var? Duzgundurmu? Tesekkur edirem
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli.

Təşəkkürlər.
Sual: salam aleykum. Toya getmek caizdir yoxsa caiz deyil?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər bu toyda içki verilərsə və eyş işrət məclislərinə aid musiqi olarsa orda iştirak etmək haramdır. Əks halda eybi yoxdur.

Təşəkkürlər.
Sual: Salam mən bilmey isterdim ki, pişnamaz camaat namzini qildiranda nece niyyet etmelidir? Məsələn zohr və ya əsr namazini pişnamaz nece niyyet etməlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Həm fərdi həm də camaat namazı niyyəti edə bilər. Amma fərdi namaz niyyəti edərsə camaat namazının savabından bəhrələnməz. Amma camaat namazı niyyəti edərsə camaat namazının savabından da bəhrələnər.

Zöhr və ya Əsr namazı qılıram camaatla qurbətən iləllah.

Təşəkkürlər.

Sual: Salam Eger toyda spirtli icki verirlirse. Ve icki olmayan masada eylewmek olar? Yani hemin masada icki yoxdusa..
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam aleykum bir insan cahil olub 2-3-ildir namaza gelib, wehvetine qalib qele bilmir ve zina da elemir amma istimna eliyib, hokumu nedir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İstimna etmək haramdır.

Təşəkkürlər.

Sual: Salamun əleykum. Xahiş edirəm Xamnei ağanın qərarını deyərdiz. Sual budurki əgər bir şəxs dolana bilmirsə və öz evini kirayə verib özü isə qohumları gildə qalarsa ona xums necə düşür. Evin dəyərinə görə yoxsa kirayeye gore aldığı pulun artıq qalan hissəsinə görə. Əvvəlcədən təşəkkürlər
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bu şəxsin xums günü çatdıqda kirayədən aldığı pulun artıq qalanının xumsunu verməlidir. Həmçinin başqa bir işdən də qazanc əldə edirsə, xums günü çatdıqda bu işdən qazandığı pulun artıq qalan miqdarının xumsunu verməlidir.

Təşəkkürlər.
Sual: Salam menim 15 yasim mence istimna gunahdir bu duzdu? Birde men eger meni yeni sperma gelmesi ucun Xeyal etsem ve o gelse yada o haqda dusunsem o gelse gunahmidir?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli, istimna etmək haramdır.

Əgər kimsə məninin xaric olması üçün xəyal edər və ya düşünərsə, haram iş görmüş olar.

Təşəkkürlər.
Sual: Salam. Mən yoldaşımdan ayrılmışam. 2 ildən çoxdur ki, ayrı yaşayırıq. Cehizlərimi də ata evinə qaytarmışam. 1 qızım var. Uşağa görə aliment də ödəmir. Mən talağımı istəyirəm, qaytarmır. Özüm dini quruma getdim, orda dedilər ki, kişinin razılığı olmasa oxuda bilmərik. İndi mən nə etməliyəm. Barışmaq şansı və ümidi də yoxdur. Müctəhid fətva versə, talağımı oxutdura bilərəm?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Təlaq vermək üçün kişinin razılığı olmalıdır. Əgər kişi razılıq vermirsə, siz müctehidin nümayəndəsinə müraciət etməlisiz və o, məsələyə aydınlıq gətirməlidir.

Təşəkkürlər.



Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı