www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: salam er arvad arasinda yaxinliq ederken harama dusen emeller hansilardir? sağ olun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xanımın icazəsi olmadan arxadan edilən yaxınlıq və xanım heyz olan halda edilən yaxınlıq.

Təşəkkürlər.
Sual: Salam qadin turba vasitesile yoxlandiqdan sonra ona hansi qusl vacib olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Heç bir qüsl.

Təşəkkürlər.
Sual: Yıxilib sivirilmis yerin icinde olan qanin hökmu nedir namaz qilmaq icazelidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qan üzə çıxıbsa nəcisdir və ölçüsü bir dirhəm (təqribən əlin baş barmağının dırnağının ölçüsü qədər) və ya ondan çox olarsa namazı batil edər. Amma dirhəmdən az olarsa və ya çox olsa belə onu paklamaq məşəqqətə səbəb olarsa nəcis olmasına baxmayaraq namaz qılmağın heç bir iradı yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Er arvad biryerde olursa ve qadin hamile qalirsa hamileliyi pazmag olarmi? İlk bildiyi anda o gunah sayilirmi? Tesekkur.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Nütfə bağlandıqdan sonra, hamiləliyin müddətindən aslı olmayaraq (əgər ananın sağlamlığı üçün təhlükəsi yoxdursa) istənilən vaxt uşağı saldırmaq haramdır.

Təşəkkürlər.

Sual: Salam menim el krantım ve kanalzasiya borum eyni yerə axır men o el krantında destamaz ala bilərəmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli ala bilərsiniz.

Təşəkkürlər.
Sual: Salam.Bir qadın orta yaşlarında tövbe edib hicab taxmağa qerar vererse, taxmadığı illerin günahı boynunda qalırmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Allah tövbə edənlərin günahlarını bağışlayar.

Amma əldən verdiyi vacib ibadətlərin qəzasını yerinə yetirməlidir.

Təşəkkürlər.
Sual: Krvetka yemek olar? Halaldı yoxsa haram?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Halaldır.

Təşəkkürlər.
Sual: Xristian ailəsində doğulan şəxs Islamı qəbul etdikdən sonra namaza başlayıbsa, həddi-buluğa çatdığı yaşdan bu günə kimi qəzalarını qılmalıdır, yoxsa islamı qəbul etdiyi gündən?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

İslamı qəbul etdiyi gündən namazlarını qılmalıdır. İslamda olmadığı vaxtların namazlarının qəzası ona vacib deyil.

Təşəkkürlər.

Sual: Salam Aleykum ve rehmetullahi ve bereketuh. Allaha ibadet eden wexs weytanin onu yoldan cixartmasi onun imaninin zeif olmasidir? Birde ki, hemin wexs Allahdan cox qorxur ve gunah elemek istemir ama weytan onu yoldan cixardir. Bunu da cavablandirin xahiw eliyirem.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

İnsanın günah etməsi və şeytanın ona hakim kəsilməsi onun imanının zəif olmasının göstəricisidir.

İnsan etdiyi günahlara görə Allahdan qorxursa, bu yaxşı haldır.

Amma bu qorxu insanı Allahın rəhmətindən ümüdsüz edəcək dərəcədə olmamalıdır.

Təşəkkürlər.
Sual: Salam. Men subh namazlarina cox vaxt dura bilmirem (budilnik qururam ama ele bil ozumnem xebersiz kimi yatiram, oyana bilmirem) gunahlarimin cox olmasinnan ireli gelir? Xahiw eliyirem cavab yazin.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Namaza dura bilməmək birbaşa günahın çoxluğu ilə izah etmək olmaz. Amma bu məsələdə günah da təsirsiz deyil. Çalışın namaza durmağı özünüzə vəzifə edin və tez yatın ki, namaza da dura biləsiz.

Təşəkkürlər.
Sual: Salam əleykum İslamda sürmə çəkməyə icazə var?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xanımlar üçün bu iş zinət sayılarsa və naməhrəmin diqqətini cəlb etməyə səbəb olarsa haramdır.

Təşəkkürlər.
Sual: Mənim atam xərcəng xəstəliyindən əziyyət çəkir. Morfin və digər narkotik vasitələrdən istifadə etməklə ağrılarını müvəqqəti olaraq saxlayırıq. Sualım budur ki, narkotik tərkibli dərmanların istifadəsi bu halda icazəlidir? Daha bir sualım da budur ki, ağrı və əziyyətlə dünyasını dəyişən insanların bu dünyada günahlarının bağışlanması və Allah (c.c) dərgahına təmiz (pak) getməsi barəsində eşitdiyim hədislər səhihdir ya yox? Mümkünsə ətraflı cavab yazarsınız. Allah sizləri qorusun!
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli belə dərmanların istifadəsi icazəlidir.

Bu hədislərin hamısının səhihliyini yoxlamaq üçün onları bir-bir araşdırmaq lazımdır. Amma qeyd edək ki, Allah öz mömün bəndələrinin günahlarının bağışlanması üçün bəzən onların can verməsini çətinləşdirir və bu məzmunda məsumlardan hədislərimiz vardır.

Təşəkkürlər.

Sual: Salam.Sualima gore uzr isteyirem bilmek istiyerdimki islam seriyetinde cinsi munasibetde oral munasibet caizdi ya caiz deyil?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Caizdir.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Mən əvvəllər siqaret çəkən idim və arada qəlyan da çəkirdim. Sonra mən qəlyana və siqaretə tövbə etdim. Sonradan isə bilmişəm ki, haram, günah olmayan şeylərə edilən tövbə qüvvədə olmur. Mən əgər yenidən qəlyan və ya siqaret çəkməyə başlasam tövbəni pozmuş sayılıram?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Halal bir işə görə edilən tövbə əhəmiyyətsizdir və bu tövbəni pozmaq günah deyildir.

Təşəkkürlər.

Sual: Bir qadinla nigah etsəm mütleq 4 ay müttədində nigah etməliyəm? Söhbət müvvəqqəti nigahdan gedir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam aleykum! Dənizə gedib,orda naməhrəm olaa belə çimmək icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir.

Təşəkkürlər.
Sual: Salam nakolka vurmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Öz-özlüyündə haram deyil.

Təşəkkürlər.

Sual: Salam anasi seyyidelerle baqlidir. Onlarda peyqemberin s.e.v.s neslindendirler amma seyyid deyirler. Onlarin adlarinin qabaqina mir kelmesi qoymaq olar ya yox?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli olar.

Təşəkkürlər.
Sual: Salam. Üzde tük çixaran lasyon ve sayre mayeler istifade etmek icazelidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Haram deyil.

Təşəkkürlər.
Sual: Salam. Bir oğlan qızla evlənmək istiyir. Amma qızın atası bu evliliyə razı deyl, oğlan tərəfin elçi gəlməyinə də icazə vermir. Bu halda qız oğlanla dini nigah bağlatdıra bilər? Bunların şəri vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Məkarim Şirazi-dəftərxana:

Xeyir əqd bağlaya bilməz. Gərək bir yolla xanımın atasından razılıq alsın.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı