Şəri sual göndər
Ümumi sual göndər
Sual: Geylər istimina edə bilər ?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Muvveqqeti nigahda eqdi hem qadin hem kişi başqa dilde oxuya biler? Meselem azerbaycan dilinde?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli oxuya bilər. Amma bu şərtlə ki, tərcümə dəqiq olmalı və ərəb dilindəki mənanı tam ifadə etməlidir.
Təşəkkürlər.
Sual: Salam aleykum ve Rehmetullahi ve bereketu. Men kecen sefer Azerbaycanda domino oynuyub oynamamqi haqda sual verdim, sizden cavab qelmedi. Allahin komekli ile Inwallah cavab verersiz.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Domino oynamaq haramdır.
Təşəkkürlər.
Sual: Gelinle beyin Quranın altından keçməsi duzgundu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli.
Təşəkkürlər.
Sual: Salam Aleykum..
Sige muddetini 50 il qoyublarsa,ve indi qadin ayrilmaq isteyir,amma kiwi qalan muddeti bagiwlamir,qadin ne etmelidirki serbest qalsin?Azad olsun qalan muddetden..
Evvelceden tewekkurler..
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qadın bir vasitəylə kişini razı salmalıdır ki, kişi qalan vaxtı bağışlasın.
Başqa bir məsələ müvəqqəti əqdin 50-il olmasıdır. Əgər müvəqqəti əqddə təyin olunan müddətlə əqd bağlayan şəxslərdən birinin yaşını topladıqda alınan yaş normalda bir insan ömründən çox olarsa, bu əqdin özü batildir.
Təşəkkürlər.
Sual: Salam Aleykum.
Bir qadinin Allaha olan ehdini yoldasi zor gucune, hedeleyerek pozdurursa, Allah qadini bagiwlayarmi? Ne etsinki Allah onu bagiwlasin?
Evvelceden tewekkurler.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bu halda xanıma bir günah gəlməz.
Təşəkkürlər.
Sual: Salam. Subay qizla oglanin aralarinda Ciddi yaxinlawmaq olmasa yanliz opuwmek meqsedi ile mute ede bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Qızın atasının yaxud da ata babasının (atasının atası) əqdə razılığı yoxdursa olmaz.
Təşəkkürlər.
Sual: Salam aleykum ailem yanimda yoxdu men sperma xaric olmadan mastubatsia ede bilerem ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bu iş ehtiyat vacibə əsasən haramdır.
Təşəkkürlər.
Sual: Salam. Evlənməmiş bir gəncin şəhvət hissini yatırması üçün mansturbasya olması (əllə boşalması) günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Bəli günahdır.
Təşəkkürlər.
Sual: Meyidin sacina toxunduqda meyid qusulu almaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam aleykum. Men bankdan ipoteka ile ev almisam. banka 21 il borcum var. Mene xums vacibdirmi? Allah razi olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər təyin etdiyiniz xums günü illik gəlirinizdən artıq nəsə qalıbsa ona xums düşür.
Borclu olmaq xumsu insanın boynundan götürməz.
Təşəkkürlər.
Sual: Salam. Yutubdan hər hansı videonu köçürüb öz ictimayi kanalına yukləsə bu vidyo başqa kanalın yaxud başqasının yukləməsi olsa bunu etmək haqqa girir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir. Əgər bir video yutubda varsa kimsə ona sahiblik iddiası edə bilməz.
Təşəkkürlər.
Sual: Erotik goruntulere baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salamun Aleykum. Mən 3 il əvvəl hicaba keçmişəm Şükürlər olsun. Amma islam haqqında çox az məlumatım var idi, məsum İmamlarımıza aşiq oldum deyə bu qərarı verdim. Ailəm də dindar deyil. Hətta çox vaxt mənə haram məclislərə getməyə, haram şəkildə geyinməyə və s. haram işlərə məcbur edirlər. Düzgün yolu getməyim üçün bir kəsin köməyinə ehtiyacım vardı. Həmin ili dindar bir oğlan mənlə ailə həyatı qurmaq üçün tanışmaq isdədi. Sadəcə Allaha xatir razı oldum.
Bu 3 il ərzində danışdıq, tanış olduq. Allah qəlbimizi birləşdirdi nəfsani istəklərdən uzaq olduğumuz halda. Nə qədər desəmdə birinci məhrəm olaq, sonra danışaq, razı olmadı. Çünki bəzi xüsusiyyətlərimiz üst üstə düşmür deyə fikirləşir. Əks halda bu il izdivac etmək qərarımız var idi. İslami baxımdan hər şey uyğundu bizdə. Xasiyyət baxımından onun fikrincə problemimiz var. İstixarə etdik. Çox yaxşı çıxdı nəticəsi. Amma yenə tərəddüddədi. Mən artıq elə bir yaşdayamki artıq ailəm mənim evlənməyim üçün məcbur edir. Amma Allah adamı ilə yox. Anamın bu məsələdən xəbəri var və narazıdı həmin insanla ailə qurmağıma. Dindar biriylə ailə qurmaq isdədiyim üçün anam mənə çox əziyyət verib. Evimizdə daim çox problemlər yaşayıram. Həm qohumlar həm qonşular həm ailəm içində çox sıxışdırırlar məni, hər kəs məndən uzaqlaşıb islamçı olmaq isdədiyim üçün. Və mənim tək çarəm həmin insan ilə ailə qurmaqdı. Şükür onun ailəsidə özü kimi İslamçıdı. Bilmirəm nə edim. Neçə illərin əziyyətindən qurtulacağımı düşündüyüm zaman daha böyük problemlərə qapı açmaq isdəmirəm və Allaha üsyan etməkdən çox qorxuram problemlərə görə. Mənə yol göstərin. Bu izdivac xeyirlidi sizcə ya yox? Bir haldaki istixarənin nəticəsi çox yaxşı çıxmışdı.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Əgər bir-birinizə uyğunsunuzsa bir yolla valideynlərinizi razı salıb evlənin.
Valideyn də heç bir tutarlı əsas olmadan bu işə maneçilik yaratmamalıdır.
Üzürlü bilin, biz ancaq şəri suallara cavab veririk.
Təşəkkürlər.
Sual: Salam. Gunlerin bir gunu xeste agir veziyyetde olur tecili yardim hekimi cagirirlar. Hekim evin xanimindan soruwur ki, xestenin sekeri varmi? O da deyir da deyir ki, hemiwe yoxlatmiwiq cixmiyib, hekim analiz etmeden ona iyne vurur ki, veziyyetden cixarsin. 2 deqiqe kecmir xeste rehmete gedir. Rehmete gedenden sonra xanim xestenin oglundan soruwur ki, sekeri var idi? O da deyir ki, yox. Bu halda hekim gunahkardimi?Diye odemelidirmi? 1-ci defe xesteye melumat veren xanim gunahkardimi? Diye odemelidirmi? Xanim vaxtile sekeri yoxladiblar ona esasen deyib.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Bu halda nə həkim nə də ona məlumat verən xanım günahkar deyildir. Və heç kəsə də diyə vacib deyildir.
Təşəkkürlər.
Sual: Salam eleykum. Əgər qadın adət halında olarsa və 5 ci və ya 6 ci günündə qurtardığını hiss edib( yani qanın gəlməsi bir gündü kəsilib) cinsi əlaqədə olarsa və sonra səhəri gün yenə adət halının davam etdiyini görsə elədiyi bu əlaqədə kişi yə və ya qadına günah və ya kəffarə düşürmü? Əvvəlcədən çox çox təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Əgər qadın heyzin kəsilməsinə yəqin etdikdən sonra cinsi əlaqədə olublarsa, sonra bu hal baş veribsə, onlara bir günah gəlməz və kəffarə də lazım deyil.
Təşəkkürlər.
Sual: Kicik bayira cixdiqdan sonra aleti yumayib, basqa temiz alt paltari geyinib namaz qilmaq olarmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Xeyir.
Təşəkkürlər.
Sual: Salam. Almaniyada yasiyan muselmanlara xristiyanlar terefinden verilen yimey ucun pul halaldi yoxsa haram?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Halaldır.
Təşəkkürlər.
Sual: Salam hekim qadinin hicab bağlamasinin onun sehetine ciddi ziyan olmasi hakinda qerer verib . Deyir tehlükelidir. Bir xestelik var ona göre. İndi qadin ne etsin, hicabi acsin? Hekim deyr mutleq hava deymelidi saclarina, basina.
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:
Xeyir. Xanım öz hicabını naməhrəmin yanında açmamalıdır.
Təşəkkürlər.
Sual: Salam əleykum. Kitab əhli olan qadınlarla evlənmək haramdır? Ağanın risaləsində hökm vacib ehtiyatə əsasən olmaz qeyd olunur. Ümumən vacib ehtiyat hökmünü açığlayardız. Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
Kitab əhli ilə daimi evlənmək haramdır.
Evli olan kişinin kitab əhli ilə müvəqqəti evlənməsi vacib ehtiyata görə haramdır.
Amma subay kişinin kitab əhli ilə müvəqqəti evlənməyinin bir iradı yoxdur.
Vacib ehtiyat yəni müctehid həmin məsələdə qəti olaraq nəzər sahibi deyil. Müqəllid müctehidin vacib ehtiyat dediyi məsələdə həmin ehtiyata əməl etməkdə və ya o məsələdə qəti nəzər sahibi olan başqa bir müctehidin buyurduğuna əməl etməkdə ixtiyar sahibidir.
Təşəkkürlər.