www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Evli qadın öz istəyi ilə həyat yoldaşı ilə adi qaydada yox (yəni cinsiyyət orqanından yox), arxa tərəfdən (yəni anal dəliyindən) cinsi əlaqəyə girmək istəsə,bu iş haramdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir bu iş haram deyil. Amma məkruhdur.

Təşəkkürlər.
Sual: Ailə həyatı qurmaq istəyən 2 nəfərin yolunu ömürlük kəsmək, oğlanı başqasıyla evləndirib, sevdiyiylə ailə sahibi olmasına maneə olmağın günahı nədir? Oğlana sevdiyini deyil də, sırf başqası ilə evləndirmək nə dərəcədə doğrudur?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Əgər onların evlənməsi heç bir fəsada səbəb olmazsa, bir-birilərinə münasibdirlərsə və evlənmələri məsləhətə uyğundursa, onların evlənməyinə mane olmaq haramdır.

Təşəkkürlər.
Sual: Nazik paltarda namaz qilmaq icazelidirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Namazda kişiyə övrətini örtmək, xanıma isə üz, əllər biləydən aşağı və naməhrəm görmədiyi təqdirdə ayaqlar topuqdan aşağı istisna olmaqla bütün bədəni örtmək vacibdir. Əgər paltar örtülməsi vacib olan yerləri göstərəcək dərəcədə nazik olarsa bu paltarla namaz qılmaq olmaz.

Təşəkkürlər.
Sual: Salam aleykum Kiwinin bedenin aciq wekili sosiyal webekerlde paylawmasi haramdi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər digər insanların harama düşməyinə səbəb olarsa yaxud bu iş şəkil sahibinin şəninə uyğun deyilsə və ya başqalarlna ehtiamsızlıq və təhqir hesab olunarsa haramdır.

Təşəkkürlər
Sual: Men bir qadinla sige etmisdim, o mene bakire olmadigini demisdi, bir muddet bele yasadiq. Lakin yaxinlig edende aydin oldu ki, bakireymis ve yaxinlig esasinda pozulub bakireliyi. Bu isin hokmu nedir, cezasi nedir? Yeni men bilmemisem onun bakire oldugunu, bu is zina homundedirmi? Her ikimiz namaz qilan, Allahi taniyan adamlariq. Ama her nece de olsa bu isi elemisiy, indi biz zina etmis kimiyikmi? Indi hemin qadinla daimi nikaha gire bileremmi, ya artiq bir birimize haram olmusuq?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bakirə bir xanımla istər daimi istərsə də müvəqqəti əqd ə girmək üçün ata ya da ata babasından (atasının atası) icazə almaq lazımdır.

Əgər xanım bakirə olduğu halda sizi aldadıb əvvəllər evli olduğunu deyibsə haram iş görüb və atasının və ya ata babasının icazəsi olmadan bağlanan əqd də batildir. Əgər yaxınlıq olubsa xanıma nisbətdə bu iş zinadır. Sizə bir günah gəlməz və onun bakirəliyini bilən kimi dərhal ayrılmalısız.

Amma istəsəz daimi nikaha girə bilərsiz və bu iş üçün ayrıca daimi əqd oxunmalıdır.

Təşəkkürlər.

Sual: Salam Aleykum. 1-Eger kisi oz qadinini cinsi hezzin artmasi meqsedile istimna edirse bu qadina gunah olar? 2- eger cinsi elaqe zamani kisi hezz almaq ucun qadinina arxadan elaqeye girerse lakin kisinin cinsiyyeti qadinin gait mexrecine deyil cinsiyyetine (yeni usaqliq yoluna) girerse bu haram sayilirmi? 3- eger kisi seferde ise qadin onu yeni halal erini xeyal edib tehrik olarsa gunah sayilarmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

1-Xeyir həyat yoldaşının bədəni vasitəsiylə istimna haram deyil.

2- Xeyir.

3- Xeyir günah sayılmaz. Amma bu işi bilərəkdən məni(sperma) xaric olana qədər davam edərsə haramdır.

Təşəkkürlər.
Sual: Salamu aleykum damino oyunu ve Okey (turk daminosu) ne homkmundedir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Domino oynamaq haramdır.

Təşəkkürlər.
Sual: Salam. Men bir dindar oglan Ile ciddi munasibetdeyem haram is etmeden daniwmadan. Bir birimizi taniyiriq ve aramizda mubahise duwdu bilmeyerekden esebden aqzindan soyus cixdi. Ve evdekiler bildi evvel razi olsalarda indi o soyuwe gore razi olmurlar. Ama men o oglani Allaha xatir sevirem hemcinin oda. Haram iw de gormuruk . Bunun hokmu nedir? Ailem isdemir ama men isdeyirem. Men indi ne edim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Həddi buluğa çatan və bakirə olan xanım kiminsə əqdinə girmək üçün ata ya da ata babasından (atasının atası) icazə almalıdır.

Təşəkkürlər.
Sual: Salam: Bir yoldaş var deyir cinsi orqanına təzuqli su vurduqda məni ifraz olur. Bu haramdır?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Bəli bu iş istimna sayılır və haramdır.

Təşəkkürlər.
Sual: Salam men herili oldugum muddetde sige etmiwdik ve vaxti daimi kebin kesdirene qeder qoymuwdug indide daimi eqd etmek isteyirik avtomatik olarag muveqqeti daimiye kecir ya nece?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Xeyir öz-özlüyündə daimiyə çevrilməz. Gərək daimi əqd oxuna.

Təşəkkürlər.
Sual: Salam sige etdikde bir kelme "zevvectu ve "qebiltu demekle sigeni kifayetlemek olar?bu zaman.halal sayilirmi
Cavab: Salam. Ayətullah Sistani- dəftərxana:

Xeyir kifayət etməz və tərəflər bir-birinə halal olmaz.

Təşəkkürlər.
Sual: Salam Aleykum.cox xahiw edirem menim sualimi cavablandirasiniz. Bir qadin var ailesi onu bakire bilir. Lakin bakire deyil. Bu qadinlar sige elemek olarmi? Bele veziyyetde atasinnan icaze almasi vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli gərək ya atasından ya da ata babasından (atasının atası)

İcazə alına.
Sual: Salam aleykum. Mene demiwdiler vehwet namazi qilarsan, yadimdan cixib men neylemeliyem qilmaliyammi hemin namazi, birde hemin sexs ozunu asmisdi belesine namaz dusermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Əgər yaddan çıxıbsa və qılmaq vaxtı da keçibsə qılmağa ehtiyac yoxdur. Çün vəhşət namazının qəzası yoxdur.

İntihar edən şəxsə vəhşət namazı qılmaq olar.

Təşəkkürlər.
Sual: Salam.Bir xanim aileli ola ola zina edib,lakin kimse bilmir,gunah oldugun bilib edib,lakin din ehli deyil,sonra pesman olub tovbe edib,ve tekrar etmiyib,lakin hamile qalib usaqi dunyaya gelib,deqiq bilmir usaq erinden ya zina etdiyindendi,hemin xanimin aqibeti nece olacaq? hemin usaq zinazadedimi? Usaqin gelecek taleyine,xasiyetine tesir edermi bu hadise,
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Qadın tövbə etməlidir. Uşaq da zinazadə sayılmaz və ərinə məxsusdur.

Təşəkkürlər.
Sual: Salam Aleykum. Meni 1 qiz evladim var ve onun dunyaya gelmesi ucun cox sevindim ve cox sukur etdim Allaha. İndi ise 3 ayliq hamileyem ve 1 de oglan evladi isteyirem. Betnimdeki usagin oglan olmasi ucun hansisa bir namaz, dua ve ya basqa bir ibadet varmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxsna:

Hədislərdə gəlibdir əgər övladınızın oğlan olmasını istəyirsinizdə, xanım hamilə olduğu vaxtda bətndəki övladın adını Muhəmməd ya Əli qoysun.

İşlər Allahın əlindədir.

Təşəkkürlər.
Sual: Salam 8 mart muslman qadinlar bayramidirmı, ve bu bayram munasibetiyle hediye vermek caizdirmi?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

8-mart bayramı müsəlmanların bayramı olmadığı üçün və hədiyyə vermək bu bayramın yaşamağına səbəb olduğu üçün haramdır.

Təşəkkürlər.
Sual: Salam teqlid etdiyin muctehide eleyhissalam veya hezret demek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bəli demək olar.

Təşəkkürlər.
Sual: Namazi uca ya alcaq sesle qilmagin ferqi varmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Gündəlik namazlardan Sübh, Şam və İşa namazlarının birinci və ikinci rəkətlərinin həmd və surəsi ucadan oxunmalıdır.

Amma Zöhr və Əsr namazlarının birinci və ikinci rəkətlərində həmd və surə astadan oxunmalıdır.

Üçüncü və dördüncü rəkətlər isə bütün gündəlik namazlarda astadan oxunmalıdır.

Müstəhəb namazların isə astadan və ya uca səslə qılımmağının fərqi yoxdur.

Təşəkkürlər.
Sual: Salam. Daimi kebin zamanı qadın mehriyesin erine sülh edir ve şert edirki, izdivaca o şertle razıyamki erim menden başqa bir qadınla izdivaca girmesin. Kişi şerte razlıq vermesine baxmayaraq evli ola ola başqa bir qadınla öz Xanımının razılığın almadan siğe edirse, bu iş kişiye haramdırmı?..Allah razı olsun.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

Bu halda kişi verdiyi sözə əməl etmədiyinə görə haram iş görmüş olur. Amma ikinci xanımla bağladığı əqd düzgündür.

Təşəkkürlər.
Sual: Salam əgər namazdan öncə dişimdə azca qanama olubsa dəstəmaz almalıyam yenidən?
Cavab: Salam. Ayətullah Xamnei-dəftərxana:

Xeyir. Dişin dibindən və yaradan gələn qan dəstəmazı batil etməz.

Təşəkkürlər.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı