Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salamun Aleykum.Mənim bir neçə sualım var idi:
Kriptovalyutalar ilə ticarət etmək,onların alqı-satqısı ilə məşğul olmaq,ondan pul qazanmaq haramdır mı? Əgər haram deyilsə və biz bu valyuta ilə pul qazansaq sonradan isə haram olduğu dəqiqləşsə o vaxta kimi kriptovalyutadan qazandığımız pullar haramdır mı? Qazandığımız pulları savab işə xərcləsək yenə mi haram etmiş oluruq? (Haram pulu savab işə xərcləməyin bizə savabı yoxdur elə deyil?)
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu məsələ barədə həzrəti Ayətullah Xameneinin fətvası yoxdur və mükəlləf şəxs bu məsələdə növbəti ə'ləm müctehidin fətvasına əməl edə bilər.
Təşəkkürlər.
Sual: Gözəllik salonunda saç və dırnağ qaynağı edən ustanın qazancı Haram sayılırmı?
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Xeyir, haram deyil.
Təşəkkürlər.
Sual: Salam. Bir nəfər Ramazan bayramının səhəri günü qəza orucunu niyyət edib imsaka durub və səhər saat 11ə kimi oruclu olub. Ancaq sonra eşidib ki, bayramdan 3 gün ərzində oruc tutmaq yaxşı deyil, ona görə də orucunu zöhr azanına qədər açıb. İndi həmin şəxs kəffarə verməlidir ya ancaq qəzanı tutacaq? Ümumiyyətlə istənilən səbəbdən qəza orucunu zöhr azanına kimi açmaq olar yoxsa xüsusi şərtlər var?
Minnətdaram.
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Qəza orucunu zöhrdən əvvəl pozmaq icazəlidir. Hətta heç bir səbəb olmasa belə. Buna əsasən sualda zikr olunan şəxs yalnız qəzanı tutacaq və əlavə kəffarə vermək lazım deyil.
Təşəkkürlər.
Sual: Salam.Sualim Ayətullah Xameneiyədir.Şam və Xiftən namazları nə zaman qəza olur?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Şam və Xiftən namazları gecə yarısına qədər qılınmalıdır. Gecə yarısından sonra qəza olur.
Təşəkkürlər.
Sual: Salam.Üzərrik yandırmaq haramdır.Yəni ruzu bol olsun deyə ,göz dəyməsin deyə üzərrik yandırırlar.Bu nə dərəcədə düzgündür?.Ruzini verən Allahdırsa bu Allaha şərik qoşmaq deyilmi? Ümumiyyətlə goz dəymədən qorunmaq üçün və ruzi bol olsun deyə nə kimi şeylərdən istifadə etmək olar?
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Üzərrik yandırmaq öz-özlüyündə haram deyil. Lakin ruzinin artması, göz dəyməməsi və s. üçün yandırmaq icazəli deyil. Sadəcə havada olan mikrobların öldürülməsi üçün yandırmaq olar.
Təşəkkürlər.
Sual: SalamAleykum. Öncədən sizlərə təşəkkürümü bildirieəm. Sualım belədir. Onlayn iş haramdırmı və bir də haramdırsa şirkətin məhsullarını satıb pul qazanmaq da haramdırmı? . İş bundan ibarətdir ki, biraz adam dəvət edirsən, yavaş yavaş hesabına pul köçüe. Ama onlardan faiz gəlmir. Müəyyən qədər əziyyət çəkib biraz adam yığırsan və azdan başlayaraq maaş almağa başlayırsan. Adamı artırdıqca maaşın da qalxır, ama dayanıb işləməsən maaş almırsan. Nə qədər adamın olur olsun işləmədinsə maaşın da olmur. Ancaq işləyənlərə maaş verir şirkət. Yəni bu haram sayılırmı? Piramida deyil ki, ancaq başda oturan rahat oturub aşağıdakılardan qazansın heç nə etmədən.
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Bu da şəbəkə sistemli bir işdir və vacib ehtiyata əsasən icazəli deyil.
Təşəkkürlər.
Sual: Oğlan və qız heç bir insan əlaməti olmayan yerə düsərsə və ordan heç yana gedə bilməzlərsə, onlar özləri üçün birgə kəbin kəsə bilərlərmi?
Cavab: Salam.
Ayətullah Sistani-dəftərxana:
Qızın atasının icazəsi olarsa öz kəbnlərini özləri oxuya bilərlər. Hətta başqasına oxutdurmaq mümkün olsa belə.
Təşəkkürlər.
Sual: Salam eleykum.Bir qadın niyyət edib ki,nəvəm olsa hicaba girəcəm.
1.Belə niyyət etmək düzgündür?
2.Həmin qadın niyyətini poza bilər?Yəni başqa bir şeylə əvəz edə bilərmi?
Təşəkkür edirəm.
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Hicab qadına vacibdir, istər niyyət etsin istər etməsin.
Təşəkkürlər.
Sual: Salam Xamneyi aganin fetvasina gore şəf namazinda yazmisiz qunut tutulur eləsə qunutda ne deyilir? Birde gece namazinda Sistani agaya teqlid etmek olar?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
1. Qunutda hər hansı dua edilsə kifayətdir.
2. Vacib ehtiyata əsaslanan hökmlərdə növbəti ə'ləm müctehidin fətvasına əməl etmək icazəlidir.
Təşəkkürlər.
Sual: Salam.Şam və Xiftən namazları nə zaman qəza olur?
Cavab: Əleykum salam.
Ayetullah Sistani-dəftərxana:
Məğrib və işa namazının vaxtı ixtiyar halında olan şəxs üçün məğribdən gecə yarısına qədərdir. Əgər bilərəkdən gecikdirərsə sübh azanına qədər "ma fiz-zimmə" niyyətilə (yəni, əda yaxud qəza olmasını müəyyən etmədən) qılmalıdır. Lakin yuxu, unutqanlıq, heyz və bu kimi üzrlü səbəblərə görə gecikən şəxs məğrib və işa namazlarını sübh azanına qədər əda qəsdi ilə qıla bilər.
Təşəkkürlər.
Sual: Salam Əleykum sualım Ayətullah Xamenei ağayadır.Ayətullah Xamenei ağanın risaləsində istibranın sol əllə edilməsi yazılıb.Mən sağ əllə edirəm.Bunu etmək düzgün sayılır?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Şəri cəhətdən maneəsi yoxdur.
Təşəkkürlər.
Sual: Salam, evli qadının zina etdiyi kişiyə əbədi haram OLMAMASI haqqında fətva vernən fəqihlərimiz var?
Cavab: Əleykum salam.
Bu barədə hansı müctehidin nəzərini öyrənmək istəyirsizsə sual göndərərkən müctehidi seçin və sualını ünvanlayın.
Təşəkkürlər.
Sual: Salam.
1. Bir ərli qadın (kəbni olan) digər kişi ilə zina məqsədi olmadan (dailolma) yaxınlıq edərsə (mazaqlaşma) istəmədən dəllək kəsən yerə qədər daxilolma baş verib verməməsində şübhəli qalarlarsa şəri zina hökmü şamil olur? Daxilolmanın baş verdiyinə əmin deyillər, sadəcə şübhələnirlər. Yəni əbədi haram olurlar bir-birlərinə?
2. Yuxarıdakı hal şübhə yaxınlığı sayılır? Yoxsa ayrı haldır.
Təşəkkürlər
Cavab: Əleykum salam.
Ayətullah Sistani-dəftərxana:
Əgər sadəcə alətin başı daxil olsa belə zina sayılır və vacib ehtiyata əsasən bir-birinə əbədi haram olurlar. Əks halda günah etmiş sayılırlar amma əbədi haramlığa səbəb olmur. Həmçinin şəkk halında da əbədi haramlığa səbəb olmur.
2. Xeyir, şübhə yaxınlığı deyil.
Təşəkkürlər.
Sual: Salam sualim beledir qeza namazlarinda gece namazinda ve diger mustehebbi namazlarda essalah esselah esselah demek lazimdirmi ? Ve ya qeza namazi qiliram qurbeten ilellah deyib namaza baslamaq lazimdir? Onceden tesekkurler
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Üç dəfə "əs-səlah" demək yalnız bayram namazında müstəhəbdir. Digər müstəhəb namazlarda niyyət edib birbaşa başlamaq lazımdır.
Təşəkkürlər.
Sual: Salam eleykum.Sualım domino oyunu haqqındadır.Bilmək istərdim domino oynamaq haramdır?Olduğum məntəqədə bəzi yerlərdə dominonun uduzanın çayın pulunu vermək məqsədi ilə oynadığının şahidi olmuşam.Amma çoxu qəsd olmadan oynayır.Bu halda heç bir qəsd olmadan domino oynamaq olar?Öncədən təşəkkür edirəm.
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əgər ürfün nəzərində qumar aləti sayılmırsa haram deyil.
Təşəkkürlər.
Sual: Salam ağa bir nəfər var bizi çox bezdirib çox nahaq insandı həmişə özünü haqq bilir artıq onun haqsızlıqlarına dözə bilməyib onunçün ölüm arzuladım mən belə etməklə günah etmişəm?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Öz-özlüyündə haram deyil. Lakin başqaları üçün ölüm arzulamaq yaxşı deyil.
Təşəkkürlər.
Sual: İstiharə nanazı necə qılınır
Cavab: Salam.
Ayətullah Sistani-dəftərxana:
Bu namazın qılınma qaydasını öyrənmək üçün dua kitablarına (məsələn, Məfatihul-Cinan kitabına) müraciət etmək məsləhətdir.
Təşəkkürlər.
Sual: Salam ağa
Bilmek isteyiremki bir neçe defe Alahla ehd bağlayıb ehdi pozmağın gunahı ne derecede böyükdür? Və kəffarəsi varmı? Varsa eyer necedir?
Allah razi olsun
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Əhdin şərtlərinə uyğun olaraq əhd edən şəxs onu pozarsa kəffarə verməlidir. Kəffarəsi isə Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi kimidir. Yəni, ya 60 gün oruc tutmalı ya da 60 fəqirin hərəsinə bir müdd (təxminən 750 qr.) yemək verməlidir.
Təşəkkürlər.
Sual: Dində oral əlaqə (ağız yoluyla seksual münasibət) barədə nə deyilir?
Cavab: Salam.
Ayətullah Xamenei-dəftərxana:
Şəri baxımdan haram deyil. Lakin spermanın udulması kimi başqa bir haram işə səbəb olarsa icazəli deyil.
Təşəkkürlər.
Sual: Salam sualim Ayetulla Xameneyi agayadir.Qadinin dirnaqi da suni dirnaq varsa(el aradinda gel lak deyirler)Destemaz alib namaz qila bilermi?
Cavab: Əleykum salam.
Ayətullah Xamenei-dəftərxana:
Süni dırnaq və bu kimi suyun insanın öz dırnağına yaxud dərisinə çatmasına mane olan hər bir şey dəstəmaza mane sayılır və dəstəmazdan əvvəl onu aradan aparmaq lazımdır.
Təşəkkürlər.