www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Qadın həkiminin qadının bədəninə baxmasının halal olduğu yerlərini epilyasiya etməsi günahdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cənabət qüsulu almamışdan öncə yaxşı yuyunub sonra qusul ala bilərəmmi yoxsa qusul alıb sonra yaxşı yuyunmaq lazımdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Fərdi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam dənizə gedib çimmək və ya oturmaq haramdır ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dənizə getmək özü-özlüyündə icazəlidir, lakin fəsad və günaha səbəb olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Hicab vacibdirmi?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Bəli.

Allahda uğurlar diləyirik!
Sual: Salam. Gecə namazını 2 rükət qılmaq olar? Məsələn sadəcə 2 rükət şəf namazı qılınsın?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gecə namazı müstəhəb əməldir. Dediyiniz formada qıla bilərsiniz, lakin gecə namazının savabını kamil formada əldə etmək üçün namazı kamil formada yerinə yetirməlisiz.

Allahda uğurlar diləyirik!
Sual: Salam. Mənim birinci evliliyim 5 il 4ay öncə bitib,amma təlaq geri oxunmadığına görə kəbin kəsdirmek üçün 3ay gözləmək vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təlaq oxunduqdan sonra iddəni gözləmək vacibdir.

Allahda uğurlar diləyirik!
Sual: Salam. Hansı qadınlar kişiyə məhərmdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ana (onun anası və daha yuxarı), qızı (nəvəsi və daha aşağı), bacı, bacı qızı (və nəvələri), qardaş qızı (və nəvələri), bibi (ata-anasının bibisi), xala (ata-anasının xalası).

Evlilik səbəbi ilə qaynana (və anası), ogəy qız (və nəvələr), ogəy ana, gəlin.

Həmçinin süd verməklə də məhrəmiyyət yaşanır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Kişinin ağ qızıl icazəlidir? Ağ qızılda haram sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ağ qızıldan məqsəd sadəcə rəngi dəyişilmiş sarı qızıldırsa icazəli deyil. Lakin əgər tərkibi dəyişibsə kişinin istifadəsi icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Çarəsizlik üzundən cinsiyyəti dəyismək alarmı? Cinsyyətin dəyisdirilməsi hansı sərtlər əsasında olmalıdır? Cinsiyyətin dəyismis səxs istər kisi olsun istərsə qadın evlənə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər cinsiyyəti dəyişmək dedikdə cərrahiyyə əməliyyatı ilə kişinin cinsiyyət orqanını kəsib onun yerinə (qadına aid) süni sidik kanalı və cinsiyyət orqanı qoymaq və hormon vurmaqla onda qadınlıq əlamətlərini (məsələn, bədənin tüklərinin tökülməsi və sinələrin böyüməsi) yaratmağı nəzərdə tutursunuzsa və yaxud cinsiyyətini dəyişmək istəyən qadına süni kişi cinsi orqanı qoymaq və hormon vurmaqla onda kişilik əlamətlərini (məsələn, sinələrin kiçikləşməsi və üzdə tüklərin çıxması) yaratmağı nəzərdə tutursunuzsa, bu iş həqiqətən cinsiyyəti dəyişmir və həmin insanın şəriət hökmləri dəyişmir. Digər tərəfdən bu əməliyyat cinsi orqanın başqası tərəfindən görünməsi və ləms edilməsi ilə müşayiət olunduğundan icazəli deyil.

Amma kişi və qadını fərqləndirən daxili və xarici cinsi orqanlarının (tamamilə) dəyişməsini nəzərdə tutursunuzsa, bu əməliyyatın öz-özlüyündə (haram olması mümkün olan işlərə göz yumsaq) eybi yoxdur. Lakin indiyə qədər belə bir iş xaricdə öz əksini tapmamışdır. İndiyə qədər həyata keçirilən əməliyyatların hamısı zahiri dəyişmədir ki, hökmlərin dəyişməsində heç bir təsiri yoxdur.

Söz yox ki, cinsiyyət orqanlarının (sisteminin) fəaliyyəti anormal olan insanlarda misal üçün, zahiri görünüşü qadın olan, amma daxili qadın cinsiyyət orqanına (sisteminə) malik olmayan kişidə gizlənmiş kişi cinsiyyət orqanını cərrahiyyə əməliyyatı ilə üzə çıxarmaq və ya əksinə, zahiri kişi cinsiyyət orqanını, daxili qadın cinsiyyət sisteminə malik olan qadından götürmək haqqında bunu demək mümkündür ki, bu əməliyyatın öz-özlüyündə eybi yoxdur və onun cinsiyyətin dəyişdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Təbii ki, haram baxış və ləmslə müşayiət olunsa, yalnız zərurətin bunu tələb etdiyi təqdirdə, həmçinin onu etməməyin kəskin məşəqqətə və çətinliyə səbəb olacağı halda halaldır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dəstamaz alarkən 3 dəfə üzü yumaq dəstamazı batil etmirki?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmazı batil etmir, lakin haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Torpağa təyammüm edərkən torpaqdakı toz qatınınn əldə qalması şərtdir? 2.Üzərində toz olmayan mərmərə ve ya daşa təyəmmüm etmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 1.Xeyr şərt deyil.

2.Bəli olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam,dırnaq uzatmaq xanıma olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur, lakin zinət hesab olunmamlı və diqqəti cəlb etməməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənim dişimi həkim blomlayıb və üstünə titan blom qoyur. Titan qızıla oxşayır yəni parıltılıdı belə titan qapaq qoymaq halaldı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Başqa dildə yaılan Allah, Peyğəmbərlərin, məsum imamların adlarına və azəri dilinə tərcümə olunan Quran ayələrinə dəstamazsız toxunmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Allahın ad və sifətlərini istər ərəb, istərsə də başqa dillərdə yazılı formasına əl vurmaq olmaz. Ehtiyat müstəhəb budur ki, Peyğəmbər və məsum imamların da adına dəstəmazsız olaraq toxunulmasın. Tərcümə olunmuş Quran ayələrinə isə toxunmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəza Namazlarını qılanda hamını səssiz qılıram. Qunutda 1 dəfə salavat deyirəm. Təsbiati ərbəəni 1 dəfə deyirəm..və Namazın salamlarında da yalnız axırıncı salamı deyirəm. Namazım sehihdir yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bugündək qıldığınız namazlar səhihdir, lakin sübh, məğrib və işa namazlarının qəzalarını uca, zöhr və əsr namazlarının qəzalarını isə asta səslə qılmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Mən evliyəm ama bir neçə il əvvəldən bu günə qeder başqa bir qadınlada ünsiyyətim var. Namaz qılandan sonra siğə elədik. Qadın namaz qılmır və bilmək istərdim bu gündən etibarən mən kəbin və ya siğə eləsəm o qadın mənə halaldı yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Hər iki tərəf tövbə edib, kəbin kəsdirə bilərsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namazın qəza olmasına az qalmış bir vaxtda boynuma qüsul gəlsə vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qüsul alıb, namaz qılmaq qədər vaxtınız yoxdursa təyəmmüm etməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Zina nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Zina etmək, bir şəxslə nikahsız və ya evlənməyə icazə verilməyən şəxslərlə cinsi təmasda olmaq.

Allahdan uğurlar diləyirik!
Sual: Siqaret çəkmək haramdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gözə çarpacaq həddə ziyanı yoxdursa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Bizdə evədəkilər suya levi qoşub bunu da suda işdəyənlə danışıb ediblər. Mən günah olduğunu desəmdə dinləmilər. O sudan ibadət üçün işdətmək ibadətimi batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər su qeyri qanuni yolla əldə olunursa onunla alınan dəstəmaz və qüsullarla ibadət etmək problemlidir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı