www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əgər qonaq öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə əgər o, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür.

Allahdan uğurlr diləyirik!
Sual: Əgər mükəlləf fitrəni kənara qoysa, onu istifadə edib sonra onun yerinə başqa mal qoya bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, kənara qoyduğu malı fitrə olaraq verməlidir.

Allahdan uğurlr diləyirik!
Sual: Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.

Allahdan uğurlr diləyirik!
Sual: Namazda gözləri yummağa icazə verilirmi, bu əsasla ki, gözlərin açıq olması insanın fikrini namazdan yayındırır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazda rükudan qeyri halda gözləri yummaq məkruhdur.

Allahdan uğurlr diləyirik!
Sual: Mən müəyyən məbləğ pulu girov ünvanında verib bir ev kirayələmişəm. Bir il keçdikdən sonra bu pula xüms düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İcarə verənə borc verdiyiniz pul əgər ilin gəlirindən olarsa, xümsü vardır.

Allahdan uğurlr diləyirik!
Sual: Qeyri-qumar alətləri ilə oyun oynayanda pul və ya başqa bir şeylə mərcləşmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oyunda mərcləşməyə icazə verilmir, baxmayaraq ki, oyun qeyri-qumar alətləri ilə oynanılır.

Allahdan uğurlr diləyirik!
Sual: Qeyri-islami ölkələrdən idxal edilən ətləri yemək halaldırmı? Təharət və nəcasət baxımından belə ətlərin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Belə ətlərin şəri qaydada kəsildiyi dəqiqləşməzsə, onları yemək haramdır. Amma təharət baxımından, əgər belə ətlərin şəri qaydada kəsilmədiyinə yəqinlik olmazsa, pakdır.

Allahdan uğurlr diləyirik!
Sual: İşa namazı qılmaq istəyən şəxs məğrib namazı qılan şəxsə iqtida edə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlr diləyirik!
Sual: Təyəmmümün qaydası necədir? Dəstəmaz əvəzinə təyəmmüm ilə qüsl əvəzinə təyəmmüm arasında fərq varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Təyəmmümün qaydası belədir: Əvvəlcə niyyət etmək lazımdır. Sonra hər iki əlin içini üzərinə təyəmmüm etməyin düzgün olduğu şeyə vurursan və hər iki əlin içini bütün alına və alnın hər iki tərəfinə – saçların çıxdığı yerdən – qaşlara və burnun üstünə qədər çəkirsən. Daha sonra sol əlin içini sağ əlin üstünə və sağ əlin içini sol əlin üstünə tamamilə çəkirsən. Ehtiyat-vacibə görə, yenidən əllərin içini yerə vurursan və sol əlin içini sağ əlin üstünə və sağ əlin içini sol əlin üstünə çəkirsən. Bu tərtib, dəstəmaz əvəzinə təyəmmüm və qüsl əvəzinə təyəmmümdə eynidir.

Allahdan uğurlr diləyirik!
Sual: Uşaq saldırmağın hökmü nədir? Hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olarsa, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Uşaq saldırmaq şəri baxımdan haramdır və buna əsla icazə verilmir. Yalnız hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olduğu halda buna icazə verilir. Bu halda da, ruh verilməmişdən qabaq uşağı saldırmağın maneəsi yoxdur. Amma ruh veriləndən sonra - hətta hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olsa belə - uşağı saldırmağa icazə verilmir. Amma əgər hamiləliyin davam etməsinin həm ananın, həm də uşağın həyatı üçün təhlükəsi olarsa və uşağın həyatını xilas etmək heç bir vəchlə mümkün olmazsa, amma uşağı salmaqla təkcə ananın həyatını xilas etmək mümkün olarsa, bu halda uşağı saldırmağa icazə verilir.

Allahdan uğurlr diləyirik!
Sual: Malı nisyə şəklində, onun nağd qiymətindən baha almaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Malı nisyə şəklində, onun nağd qiymətindən baha qiymətə satıb-almağın maneəsi yoxdur. Nağd və nisyə qiymətlər arasındakı fərq riba hesab olunmur.

Allahdan uğurlr diləyirik!
Sual: Məscidin suyundan şəxsi ehtiyac üçün az miqdarda istifadə etmək olarmı? Məsələn, dükançılar bu sudan içmək və çay hazırlamaq, yaxud maşına tökmək üçün istifadə edə bilərlərmi? Nəzərə almalıyıq ki, məscidin bu işlərə qadağa qoyan xüsusi bir vəqf edəni yoxdur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər suyun yalnız namaz qılanların dəstəmaz almaları üçün vəqf olunduğu məlum olmazsa və məscidin məhəlləsində qayda belə olsa ki, qonşular və məhəllədən keçib gedənlər də onun suyundan istifadə edirlər, onda maneəsi yoxdur. Baxmayaraq ki, bu xüsusda ehtiyat etmək bəyənilir.

Allahdan uğurlr diləyirik!
Sual: Əgər bir şəxsin dəstəmaz üzvlərində yara və ya sınıq olarsa, onun vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Dəstəmaz üzvlərində yara və ya sınıq olduqda əgər yara və ya sınığın üstü açıq olarsa və suyun ona zərəri olmazsa, həmin yer yuyulmalıdır. Əgər yara və ya sınığın üstünü yumağın zərəri olarsa, onun ətrafı yuyulmalıdır. Ehtiyata görə, əgər yaş əli onun üstünə çəkməyin zərəri olmazsa, yaş əli onun üstünə çəkməlidir.

Allahdan uğurlr diləyirik!
Sual: Salam. Uşağa 2 yaşdan sonra süd vermək haram sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Hansı halda atanın namazları böyük oğula vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məsələ 1663. Əgər ata namazını qılmazsa, qeyd ediləcək şərtlər daxilində ehtiyata əsasən, böyük oğula vacibdir ki, onun vəfatından sonra həmin namazı qılsın, yaxud onun üçün əcir (muzdlu) tutsun.



Atanın qəza namazının böyük oğula vacib olmasının şərtləri



Birinci şərt: Atanın namazı üzürlü səbəbdən qılmaması



Məsələ 1664. Atanın qəza namazı böyük oğula o halda ehtiyata əsasən vacib olur ki, ata onu üzürlü səbəbdən, məsələn, unutduğuna, yaxud yatıb qaldığına görə qılmamışdır və ya qıldığı namazlar hər hansı bir məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə şəriətə görə batil sayılır. Bu, onun həmin məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi (qasir cahil olduğu) hala aiddir. Ancaq bəzi namazlarını qəsdən qılmadığı, yaxud öyrənməkdə səhlənkarlığa yol verdiyi bir məsələni bilmədiyinə görə namazı batil olduğu təqdirdə onun qəzası böyük oğula vacib deyil.



İkinci şərt: Atanın sağlığında namazın qəzasını qılmağa qadir olması



Məsələ 1665. Əgər ata namazın qəzasını (hərçənd, ayaq üstə namaz qıla bilməyən şəxsin oturaq, yaxud uzanmış vəziyyətdə namaz qılması kimi zərurət halları üçün nəzərdə tutulmuş qaydada qılmaq surəti ilə olsa belə) qılmağa qadir deyildisə və elə həmin halda vəfat etmişdirsə, onun qəzası böyük oğula vacib deyil.[193]



Üçüncü şərt: Atanın onun üçün əcir tutmağı vəsiyyət etməməsi



Məsələ 1666. Əgər dünyasını dəyişən şəxs namazının (qəzasının) qılınması üçün əcir tutulmasını vəsiyyət edərsə, vəsiyyəti doğru sayıldığı, məsələn, bunun üçün əmlakının üçdə birindən istifadə etməyi vəsiyyət etdiyi təqdirdə böyük oğula qəza namazını qılmaq vacib deyil, onun vəsiyyətinə uyğun olaraq qəza namazlarını qılmaq üçün əcir tutmaq vacibdir.



Dördüncü şərt: Böyük oğulun atanın vəfatı zamanı dəli, yaxud həddi-buluğa çatmamış şəxs olmaması



Məsələ 1667. Əgər böyük oğul atasının vəfatı zamanı həddi-büluğa çatmamış şəxs, yaxud dəli olarsa, həddi-büluğa çatdıqda, yaxud əqli sağlamlığı bərpa olduqda atasının namazının qəzasını qılması vacib deyil.



Beşinci şərt: Böyük oğulun şəriətə görə varislik hüququndan məhrum olmaması



Məsələ 1668. Əgər böyük oğul atasını qətlə yetirmək kimi mirasdan məhrum olma səbəblərindən biri ilə əlaqədar olaraq şəriətə görə miras payı əldə etmirsə, onun atasının qəza namazlarını qılması vacib deyil.



Altıncı şərt: Böyük oğulun məlum olması



Məsələ 1669. Əgər böyük oğulun hansı şəxs olduğu məlum deyilsə, atanın namazının qəzası oğullardan heç birinə vacib deyil. Lakin müstəhəb ehtiyat onun namazları öz aralarında bölüşdürmələrini, yaxud onların qılınması üçün püşk atmalarını tələb edir.



Məsələ 1670. Böyük oğul deyərkən atanın vəfatı zamanı sağ olan ən böyük oğul nəzərdə tutulur. Buna əsasən, misal üçün iki oğlu olan, ancaq böyük oğlunu sağlığında itirən bir ata vəfat edərkən sağ olan digər oğlu böyük oğul hesab edilir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam .Cənabət qusulundan sonra destəmazım pozulursa dətəmaz almalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Dəstəmazın şərt olduğu ibadətlər üçün dəstəmaz alınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qadın əks cinsin numayəndəsi ilə yazışarsa onun hökmu nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər fəsad və günaha düşmək qorxusu varsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Müctəhidə təqlid etmək vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Kirvə olan tərəflərin övladları evlənə bilərlərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qüsl alarkən üzü qibləyə durmaq lazımdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, vacib deyil.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı