Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam.Allah sizdən razı olsun..Nişanlı olan vaxt kəbində kəsilibsə bu halda qadın evdən çıxanda nişanlısından icazə almağı vacibdir? Yoxsa evli olanda icazə almağı vacib olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nişanlı halda kəbin kəsdirildiyi zaman hələ də qadının nəfəqəsi atası tərəfindən ödənildiyi üçün ərindən icazə alması vacib deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Panbıq paltar geymək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qeza orucun qurtaran amma kəffarə orucu olan müstəhəb oruc tuta bilər?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Problemlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Siğə duasını oxuyanda qarşı tərəf namaz əhli olmasa qüsl vacibdimi həmən şəxsə?Əvvəlcədən Təşəkkürlər
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qüsullu olub-olmamağın siğə əqdi ilə əlaqəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Əleykə Allahin Rəhmət nəzəri uzərinizə olsun. Camat namazı qılarkən niyətdə deməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ümumiyyətlə niyyətin dilə gətirilməsi zəruri deyil. İnsanın nə etdiyini bilməsi niyyət hesab olunur.
Allahdan uğurlar diləyirik!
Sual: salam mən keçmiş həyat yoldaşımdan ayrılmışam dövlət nigahı ilə mənim kəbinimi dala oxutmur. Mən də ailə qurmaq istəyirəm. Mən necə edə bilərəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müctehid və ya nümayəndəsinə müraciət edin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam , dul olan xristian qadınla mütə (siyğə)etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Pepsi koka kola tərkibində yağ göstərir var, amma bilmirik nə yağdı içmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haramlığına əminliyiniz yoxdursa içə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Kvas içməkolar ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kvasın iki cür hazırlanma texnologiyası var. Bəzən buğdanı qıcqırdıb, ona spirt qatılır. Bəzən isə sadəcə olaraq buğda isladılıb dadı alınır. Birinci halda içmək haram, ikinci halda halaldır.
Allahdan uğurlar diləyirik!
Sual: salam. Süd vasitəsi ilə məhrəm olan şəxs, süt qardaşının yanında hicabsız gəzə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bilmək istərdim ki əgər hər hansı bir əmələ görə and içdikdən sonra öyrənəndə ki şəriet də həmən əməl barədə heç bir qadağa ümumiyyətlə yoxdur həmən andın və ya tövbəni vacibati və qüvvəsi necedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər tərk olunması bəyənilən bir işi tərk etməyə, və ya əməl olunması bəyənilən bir işi yerinə yetirməyə and içərsə andı düzgündür və əməl olunmalıdır. Əks halda andı pozduğunuza görə kəffarə vacib olur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam süni saç istifadə edirəm uzanmır yapışqanla başa yapışır yapışqanları 15 gündən bir dəyişirəm qüsul alanda çıxardıram amma hər dəfə namaz qılanda başa məsh çəkmədə narahatlıq yaşayıram bu halda nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər saçlar dəriyə əkilibsə, yaxud onu götürmək zərərli və məşəqqətli olsa və əldəki rütubəti (dəstəmaz suyunu) başın dərisinə çatdırmaq mümkün deyilsə, onda bu saçların üzərinə məsh çəkmək kifayətdir və qüsl də həmin hökmdədir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Krivetka yemək olar ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Erotik filmlərə baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər qadın adət günlərindədirsə kişi özündən onunla mazaqlaşma yolu ilə məni xaric edərsə bu iş haramdır ?yəni aləti daxil etmədən?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haram deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum.Mən 2 il bundan qabaq evlənib ayrılmışam.Amma çox heyf bilməmişəki kəbini geri oxutmaluyam.Indi o yük boynumdadır. Keçmiş yoldaşım indi ailə qurub .Bu yük mənim çiynimdədi O ailə ilə düsmən kimiyik.Mümkün deyil ki mən ona xəbər göndərəm.Necə edim kəbin üstümdən götürülsün?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Müctehid və ya nümayəndəsinə müraciət edin.
Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs namazda səcdədən qalxarkən şək edir ki, bu onun birinci səcdəsidi yoxsa ikinci bu alda nə etməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Çox şəkk edən biri deyilsə və hələ qiyam və ya təşəhhüdü yerinə yetirməyibsə azı götürüb, bir səcdə də yerimə yetirməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Haram musiqli toya getməyin hökmü nədi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəli deyil.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişinin xanımından icazəsiz və xəbərsiz halda müsəlman biri ilə siğə etməsi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun üçün xanımın icazəsinə və xəbərdar olmasına ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Cənabət qüslunan sora dəstəmaz haramdır bəs ayaq yoluna gedilibsə dəstəmaza gərək varsa nə etməli?dəstəmaz almağım lazımdırsa haram sayılır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qüsuldan sonra dəstəmazı batil edən işlərdən biri baş veribsə ibadətləri üçün dəstəmaz almalıdır.
Allahdan uğurlar diləyirik!