www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Qusl aldıqdan həmən sonra sabun və şampundan istifadə edərək duş almaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Qadının internetdə naməhrəm kişiyə şəklini göndərməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər şəri cəhətdən məntiqli bir səbəbi yoxdursa (məsələn ciddi evlilik qəsdi yoxdursa) fəsada səbəb olduğu üçün icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Tərkibinde sipirt olan qidaları yemək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nəcis hesab olan spirtli içkilərin (əslində maye və məst edici olan) qidalarda olması problemlidir və istifadəsinə də icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Ramazan ayının iki gününü oruc tuta bilməmişdim. Bu gün qəza orucu tutmuşam, amma hansı vaxtın qəzasını tutmaq niyyətini etmək yadımdan çıxıb. O iki orucdan hansının qəzasını tutmaq niyyətini etməmişəm. Sadəcə məqsədim bu olub ki, o oruclardan birinin qəzasını tutmuşam. Mənim hökmüm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynuna qusul düşmədən çiməndə cənabət qusulu versəm namaz qılanda dəstəmaz almamaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, almaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.bizim bugun xumsumuzun vaxdidi elimde olan 20manatin 4manatini verdim xums ucun evde elave bangin kreditinin pulunu odemey ucun pul ayirmisam 10guneden sonra banga odenmelidi o pulada xums dusur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, xums düşür. Lakin əgər ehtiyacınız varsa müctehidin ofisi ilə əlaqə saxlayaraq, xumsu ertəliyə bilərsiz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam heyz görmeyen qiz uşaqinin 9 yaşi var ramazanda tutmadiglari orucun keffaresi var?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilərəkdən və üzürsüz yerə tutmayıbsa kəffarə vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Oruclu halda bilerek cenabetli olunub. Hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Qəzadan əlavə kəffarə də verməlidir. Ehtiyat-müstəhəb budur ki, hər 2 növ kəffarəni də icra etsin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cinsi əlaqə olmadan ixtiyari halda məni xaric olmasının hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qelyan ve siqarete tovbe eleyen biri tovbesi sayilirmi?mekruh emellere tovbe duwurmur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məkruh işin tövbəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: salam bir qadin eriyle dord aydi birge qalmirsa ve dovlet qayda qanunlarina uyqun evlilikden ayrilirsa bu qadin ona kebinden ayrilmasi ucun erine demeden telaq oxumaq ucun bir kes tuta bilermi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, əri təlaq verməlidir. Vermirsə müctehid və ya nümayəndəsinə müraciət etmək lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: evdə təkəmsə süfrəyə köynəysiz əyləşə bbilərəm, yəni günahdı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Oruclu halda touq kəsmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Sirniyyat ve sokoladlarin terkibinde nece % spirt ve ya konyak oldugunda yeyilmesi dogrudu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Spirt əgər sırf texniki spirtdirsə və məhsulun uzun müddət qalması üçün vurulursa və məst edici deyilsə istifadə etmək olar. Lakin konyak və digər məst edici maddələr olarsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: salam eleykume. bir kishi orcu ola-ola zina ederse onun keffaresi nedir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəzadan əlavə kəffarə də vacibdir. Ehtiyat-müstəhəb budur ki, cəm kəffarə versin (bütün növ kəffarələri birlikdə icra etsin).

Allahdan uğurlar diləyirik!
Sual: Qeza namazlarlnl oturan yerde qllmaq olar?ayaq uste cox qala bilmirem dizlerim aqrayir
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ciddi çətinliyə səbəb olursa qılmaq olar.

Allahdan uğurlar diləyirik!
Sual: Saclari kimyəvi boyayla boyamag halal sayilirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: salam eger bir wexs oruc niyyeti edib imsakdan once boynuna (bilerekden ve ya bilmeyerekden) qusl gelib ve qusl almadan yatib qalib gun cixannan sora oyanib. hemin wexs hemin gun oruc tuta bilermi?yoxsa orucu batildi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub, bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam cox uzur isdeyirem sualima gore.men oruclu idim ama boynuma cenabet qusulu geldi yeni yuxuda yox.isdeyerek geldi.indi orucum pozulub yayox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəzadan əlavə kəffarə də vacib olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Men. 15 gun oruc tutmadim. Sonra qalan quneri tutum. Menin hokumun nedir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bilərəkdən və üzürsüz olaraq oruc tutmamısınızsa qəzadan əlavə kəffarə də ödəməlisiniz.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı