www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mənim üçün musiqili toy edirlər. İçki verilməsədə özləri ilə gətirəcək çoxu. Mənim vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu cür məclisdə iştirak etmək haramdır. Valideyninizi razı salmağa və ya bir bəhanə ilə məclisdə iştirak etməməyə çalışın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Holland pendiri yemek olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Türkiyədə yaşayıram. Bayramı Bakı vaxtı ilə etməliyəm ya Türkiyə vaxtı ilə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Öz bölgənizdə yeni ayın çıxmağı təsdiqlənsə öz bölgənizə uyğun formada bayram etməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Oruc halda bilyard oynamaq orucu pazarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılanın xarici azğın kinolara baxması günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhvət, reybə və fəsada səbəb olan kinolara baxmaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ramazan ayaında iftardan qabaq ehsan vermək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vacib orucu bilərəkdən heç bir səbəb olmadan tutmayan şəxslərə yemək vermək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.İstibradan sonra gələn mayenin sidik olub olmamasını müəyyən edə bilmirəm.Mənim vəzifəm nədir nə edə bilərəm onun sidik olub olmamasını müəyyən etmək üçün?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Belə olan halda xaric olan maye pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Oruclu saç kəsdirə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir xanım iddə vaxtında başqa biri ilə görüşüb, lakin yaxınlıq etməyibsə əbədi haram olmağına səbəb olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Ər-arvadın yaxınlıq olmadan və məni çıxmadan şəhvətə səbəb olan işləri görməsi orucu batil edərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nişanlıların kəbin kəsdirməsi üçün ata razılıq veribsə, oğlan və qız özləri gedib kəbin kəsdirə bilərlər? şahidsiz kəbin düzgün sayılır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, dediyiniz qaydada kəbin kəsdirmək düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən 4 il Sünni dəsdəması alıb Sünni namazıqılmışam. İndi şiə namazına keçmişəm. İndi o namazları yenidən qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, namazlarınız düzgündür və qəzaya ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. 1.Lotereyya oynamaq haramdır? 2.Mən oruclu halda ayaq dırnağımı cərrahi yolla çıxartdırmışam bu orucu batil etmir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: 1.Müsəlmana mükafat məbləğini əldə etmək niyyətilə lotoreya biletlərini almaq olmaz. Lakin İslamda məqbul hesab edilən hansısa xeyriyyə layihəsi, məsələn xəstəxana, kimsəsizlər evi kimi müəssisələrin tikilişində iştirak etmək niyyəti ilə olduğu halda isə lotoreya biletlərini almaq (lotoreya oyunlarında iştirak etmək) olar.

2.Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Oruc halında yatmış şəxsdən şəhvet hissi ilə məni gəlirsə yuxuda. Həmin adam qüsul almalıdır ve orucu batil olur ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İbadətləri üçün qüsul almalıdır, lakin orucu batil olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dostum oruc tutur deyə bilə biəe gecələri oyaq qalır və günduzləri iftara kimi yatır. Tutduğu oruc düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam destemaz alanda üzümə su vurarkən saçımın on hissəsindəki jele və yaxud saç kremi azda olsa suyla qarışıb üzümə yayılırsa aldığım destemaz düzdü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər muzaf olacaq həddə deyilsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Belğəmi udmaq orucu batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəlğəmi udmaq orucu batil etməz, lakin ehtiyat-müstəhəb budur ki, ağız boşluğuna gələn bəlğəm çıxarılsın.

Allahdan uğurlar diləyirik!
Sual: Nakolka döydurmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haram deyil, lakin dəstəmaz və qüsula mane olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Bayram namazı necə qılınlr və tək qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bayram namazını tək qılmaq olar. Fitr bаyrаmı nаmаzı iki rәkәtdir. Birinci rәkәtdә Hәmd-Surәdәn (Fatihə və hər hansı surə, məsələn İxlas surəsi) sоnrа bеş tәkbir deyilir(Allahu əkbər) və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və iki səcdə yerinə yetirilir.



İkinci rükətdə isə "Həmd" və surədən sonra dörd təkbir(Allahu əkbər) deyilir və hər təkbirdən sonra qunut tutulur. Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi ruku və iki səcdə yerinə yetirilərək təşəhhüd və salamlar deyilərək namaz bitirilir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. 1. Namaz qılarkən kiməsə nəsə başa salmağ üçün təkbir deyilən yerdən başqa Allahu əkbəri ucadan deməy olarmı. 2. Qadın oruc halda heyz qanı görərsə orucunu açmalıdı yoxsa iftarı gözləməlidi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:

1.Namazın haləti pozulmursa maneəsi yoxdur.

2.Həmin günün orucu batil hesab olunur və iftarı gözləməsinə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı