www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Mən bir xanımla tanış olmuşam. Bu xanımın ailəsi onu bakirə bilir. Ama əslində bakirəliyi pozulub başqa biri tərəfindən. Mən bu xanımla atasından icazə almadan siğə edə bilərəm yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bakirəliyi halal yolla aradan getməyibsə atasının icazəsi lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Heyizli qadın Quran oxuya bilər ?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib səcdəsi olan surələrdən (Nəcm, Fussilət, Ələq, Səcdə) başqa surələri oxuması icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Siğə olunan qadının talağı var?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müvəqqəti kəbinin təlağı yoxdur. Ayrılıq ya müddət bitdiyi zaman, ya da kişi vaxtı bağışladığı zaman baş verir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qoyunu kəsərkən ayaqlarını bağlamaq vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam..oruclu halda damardanqan analizi vermək orucu pozurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişi özü əgər qadına talaq verirsə burda şahid lazımdırmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Fitrə zekatını bayramdan əvvəl vermək olarmı? Pulu bank kartı vasitesilə göndərmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Fitrə zəkatı Fitr bayramı günü günəş çıхаndаn sоnrа vеrilir, əgər axşam məlum olsa ki, səhər bayramdır, fitrə zəkatı axşam azanından(gün batdıqdan sonra) sonra ayrılmalıdır. Bank vasitəsiylə də maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Özü özünü təmin edən, atasından asılı olmayan və bakirə olmayan xanımla əqd bağlamaq üçün atasının icazəsi şərtdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda verilənə əsasən atanın icazəsi lazm deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Qadın heyz halında qusul alıb məcsidə gedə bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, heyz halı bitməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Dişim bir qədər şişib.Onu müalicə etdirsəm orucu pozurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, orucu pozmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İmsak vaxtları üçün internetdəki məlumatlardan istifadə edirəm amma bir birindən fərqli vaxtlar var hansına istinad edəcəyimi bilmirəm, necə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Çalışın ehtiyata əməl edin. Ən tez azan saatı ilə imsak edin, ən geci ilə namaz qılın.

Allahdan uğurlar diləyirik!
Sual: Mən sidik kanalımı yaxşıca təmizləyirəm lakin hər dəfə maye gəlir.Lakin bu maye məni çox vaxt şübhəyə salır.Mənim vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İstibaradan sonra xaric olan maye pak hökmündədir. Lakin əgər mayenin bövl olduğuna əmin olsanız nəcisdir.

Allahdan uğurlar diləyirik!
Sual: Ağcaqanad və milçəyi öldürmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Ziyan verici həşəratları öldürməyin eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər qadın qüsul aldıqdan sonra kişinin onda qalan mənisi xaric olsa qüsul batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər kişinin mənisi olduğuna əmin olsa maye nəcisdir. lakin qüsula səbəb olmaz və aldığı qüsulu düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Menim burnum qanadı ve o qan boğazıma getdi orucum batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ağız boşluğunuza gəlmədən boğazınıza gedibsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam oruclu olarkən diş fırçalamaq orucu batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Ramazan ayında oruc halında zöhr namazından kecmiş bir vaxtda yatıb yuxuda möhtəlim olmağ orucu batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yuxuda möhtəlim olmaq orucu batil etmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruc halda dişe keyidici iynə vurub müalicə etdirmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qədr gecəsində yaxınlıq etmək haramdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Nəmləndirici kremdən istifadə etmək orucu pozurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı