www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Bir ailənin başçıları qaz, işıq və su pulunu ribadan əldə etdiklərini pulla ödəyirlər. Belə olan halda ailə üzvlərinin bu komunal xidmətlərdən istifadə etməsinin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oğlum 12 yaşındadır. Oruc tutur. Yaşadığımız şəhərdə iftar vaxtı 22:40 dadır. Sualım odur ki, o iftar vaxtına qədər gözləməlidir ya daha erkən orucunu aça bilər. Məsələn onun dostları sünni məzhəbindəndirlər və 18:00 ə qədər oruc tuturlar. Bəs bizdə belə bir qanun varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oğlunuz buluğ həddinə çatıbsa şam azanınadək orucu batil edən şeylərdən çəkinməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən ailəliyəm, ikinci qadınla daimi ailə qura bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qaranlıq otaqda və iş paltarında namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: bankda işləmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bankın şəri cəhətdən maneəsi olmadığı müamilə bölmələrində işləməyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən əslən astaralıyam və Bakıda boyuyub başa çatmışam. Astaradada öz evimiz yoxdu. Mən Astaraya gedəndə səfərdə oluram yoxsa vətənimdi ora mənim?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər ordan uzun müddət ayrılmanız oralı olaraq tanınmamağınıza səbəb olubsa vətəniniz hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Qadının bir namehrem kişi ilə, baş-başa, amma camaatın arasında hardasa bir yerdə iftar etmələri günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işdə şəhvət, reybə və günah qorxusu olduğundan və həmçinin fəsad ehtimalı olduğundan icazəli deyil. Lakin əgər evlilik üçün tanışlıq məqsədi daşıyarsa qeyd olunan şərtlərin olmaması surətdə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İşim çətin olduğuna görə Mübarək Ramazan ayının oruclarını tuta bilmirəm. Bir həftə tutdum işləyə işləyə təzyiqim aşağı düşürdü. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İşin ağır olması oruc tutmamaq üçün səbəb deyil. Belə olan halda hər gün tərəxxüs həddini keçməyiniz və bununla da orucdan yayınmağınız məsləhət olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. İnsan Nemerhem qız şəklinə baxsa orucu pozularmı? Məzi orucu pozarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, hər 2 halda oruc pozulmaz, lakin naməhrəm şəxsin şəklinə baxmaq şəhvət və reybə qəsdi ilə olarsa haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Möhürün üstünə başqa bir möhür qoyub namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli olar, lakin digər səcdə üzvlərinizdən 4 bağlı barmaq qədər hündür olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam heç bir prablemi olmayan bir insan oruc tutmursa oruc tutmadığı üçün ramazan ayı sonunda onun əvəzini kiməsə verməlimidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu cür şəxs qəzadan əlavə kəffarə də verməlidir. Hər günə görə ya 30-günü dalbadal olmaqla 60 gün oruc tutmalı, ya da 60 kasıbı doyuzdurmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Basi suya salmaq orucu batil edirmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nişanlım əsgərlikdə namazlarını qıla bilmir imkanı heç olmur. Bu halda mən onun namazlarını qıla bilərəm? Əgər bilərəmsə niyyət necə etməliyəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, siz onun namazlarını qıla bilməzsiniz. Onun özü namazlarını bacardığı formada qılmalıdır. Məsələn müstəhəblərini etmədən, qısa zaman ərzində qılmağa çalışmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Qadın 4 gün adət halı olur və 1 gün təmizdənir. 1 gündən sonra namaz qılır axşam və sübh namazlarını qılır, zöhürdə yenidən adət olur bu halda qılınan namazlar səhihdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Mən iki aydır ailəmdən aralıyam. Siğə mümkün deyil, mən istimna edə bilərlərmmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ramazan ayında bilərəkdən oruc tutmamağın kəffarəsi nədir??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: 30 günü dalbadal olmaqla 60 gün oruc tutmaq və ya 60 fəqiri doyuzdurmaq.

Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Ramazan ayında axşamdan sabah səfər etməy niyyətim olarsa və səhəri gün zöhrdən sonra səfərə çıxacamsa bu halda oruc tutmalıyammı əgər tutmalıyamsa həddi tərəxxüsü keçdikdən sonra orucu açmalıyam? Bu zaman orucum qəzası olur? Allah razı olsun
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər zöhr azanından sonra səfərə çıxsanız həmin günü orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. məni və məzi bunların fərqin necə bilməy olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məni sıçrayışla, şəhvətlə birlikdə olur və xaric olduqdan sonra bədən süst olur. Məzi isə şəhətmiz düşüncələr və ya hərəkətlər zamanı xaric olur və qeyd olunan şərtlərə malik olmur. Məni nəcisdir və qüsula səbəb olur, məzi isə pakdır və qüsula səbəb olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam cənabət quslundan sonra dəstamaz almaq vacibdir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Canabət qüsulundan sonra dəstəmaz almaq haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Hilalın göründüyünə hökm verməkdə üfüqün eyni olması şərtdirmi, yoxsa şərt deyildir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli, şərtdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı