Şəri sual göndər
Ümumi sual göndər
Sual: Vacib orucların niyyətinin vaxtı, adətən, nə vaxtdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ramazan ayının orucunun və vaxtı müəyyən olan nəzir orucunun niyyətinin vaxtı gecənin əvvəlindən sübh azanına qədərdir. Vaxtı müəyyən olmayan orucların (qəza orucu, vaxtı müəyyən olmayan nəzir orucu kimi) niyyətinin vaxtı gecənin əvvəlindən sabahkı günün zöhr azanına qədərdir.
Allahdan uğurlar diləyirik!
Sual: Ramazan ayında hər gün üçün oruc niyyəti etmək lazımdır, yoxsa ayın əvvəlində bir dəfə oruc niyyəti etmək kifayət edir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər mükəlləf Ramazan ayının birinci gecəsi bir ay oruc tutacağını niyyət etsə, kifayətdir. Amma yaxşı olar ki (müstəhəb ehtiyata görə), Ramazan ayının hər gecəsində sabahkı günün orucu üçün də niyyət etsin.
Allahdan uğurlar diləyirik!
Sual: Ramazan ayında səfərdə olan şəxs nəzir edib oruc tuta bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazə verilmir.
Allahdan uğurlar diləyirik!
Sual: Ramazan ayında sistem köçürməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Vacib ehtiyata görə istər qidalandırıcı və qüvvətləndirici, istərsə də müalicəvi və bu kimi başqa təsirləri olan sistemlərdən istifadə etməməlidir.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs tutarlı bir səbəbə görə əlli faiz ehtimal versə ki, oruc ona vacib deyildir və buna görə oruc tutmasa, lakin sonradan orucun ona vacib olduğu məlum olsa, orucun qəzası və kəffarəsi xüsusunda hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər zərər qorxusuna görə iftar etsəniz və bu qorxunun da məntiqi əsası olsa, orucun kəffarəsi vacib olmur, təkcə qəzası vacib olur.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər oruc tutmuş şəxs bilməsə ki, zöhr azanından qabaq səfərə çıxdıqda tərəxxüs həddinə çatmamış orucunu aça bilməzdir və o, müsafir olduğuna əsaslanaraq tərəxxüs həddinə çatmamış orucunu açsa, bu şəxsin orucunun hökmü nədir? Orucun qəzası ona vacibdir, yoxsa başqa bir hökmü vardır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunanları nəzərə alaraq, onun orucu batildir və qəzasını tutmalıdır. Amma əgər məsələnin hökmünü bilməyibdirsə, orucun kəffarəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Əvvəla salam. Mübarək Ramazan ayındayıq. Şəhərlərin genişləndiyini və fəcrin doğduğu anı dəqiqliklə müəyyən etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq, xahiş edirəm ki, oruc üçün imsak etmək və sübh namazını qılmaq vaxtı barəsində öz nəzərinizi bildirərdiniz.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məqsədəuyğundur ki, hörmətli möminlər – Allah onlara kömək olsun – oruc üçün imsak etmək və sübh namazını qılmaq vaxtı xüsusunda ehtiyata riayət etmək baxımından kütləvi informasiya vasitələrində azanın verilməyə başlaması ilə eyni vaxtda oruc üçün imsak etsinlər. Azandan təxminən beş-altı dəqiqə sonra isə sübh namazını qılmağa başlasınlar.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər büluğ yaşına yeni çatan bir şəxs bədəninin zəifliyinə və qüvvəsinin çatmadığına görə oruc tuta bilməyibsə, ona təkcə orucun qəzası vacib olur, yoxsa orucun qəzası ilə yanaşı kəffarəsi də vacib olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər oruc tutmağın ona böyük əziyyət və çətinliyi olmayıbsa və o, bilərəkdən iftar edibsə, qəzadan əlavə kəffarə də ona vacib olur. Amma əgər oruc tutub xəstələnəcəyindən qorxubsa, təkcə orucun qəzasını tutmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər oruc tutmuş şəxs susuzluğunu aradan aparmaqdan ötrü ağzını su ilə yaxalayıb, sonra suyu çölə töksə, belə ki, suyun bir damlası belə boğazından keçməsə, bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sualda qeyd olunanlara əsasən, bunun maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Oruc halında diş məcunu ilə dişləri fırçalamağın maneəsi varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur. Amma diş məcunu və su ilə qarışmış ağız suyunun boğaza getməsinin qarşısı alınmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu batil olurmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oruc bu səbəbə görə batil olmur. Amma qanın boğaza çatmasının qarşısını almaq vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Şəri məsələni bilməmək səbəbilə orucunu bilərəkdən iftar edən şəxs barəsində sizin nəzəriniz nədir? Ona təkcə orucun qəzası vacibdir, yoxsa kəffarə də verməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər mükəlləf şəri məsələni bilmədiyinə görə orucu batil edən bir iş görsə – məsələn, dərman içməyin orucu batil etdiyini bilməsə və Ramazan ayının gündüzündə dərman içsə – orucu batil olur və onun qəzasını tutmalıdır. Amma kəffarə ona vacib deyildir.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs xəstədirsə və həkimin göstərişi əsasında gün ərzində üç dəfə həb udmalıdırsa, oruc tuta bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Oruc tuta biməz.
Allahdan uğurlar diləyirik!
Sual: Əgər bədəninin zəifliyinə görə şəri vəzifə yaşına çatan bir qızın oruc tutmağa qüvvəsi çatmırsa və Ramazan ayından sonra da gələn ilin Ramazan ayına qədər orucun qəzasını tuta bilmirsə, onun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ancaq bədənin zəifliyi və qüvvənin çatmaması səbəbilə orucu və onun qəzasını tuta bilməmək, orucun qəzasının mükəlləfin boynundan götürülməsinə səbəb olmur. Ramazan ayında tutmadığı orucların qəzası ona vacibdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruclu halda ətir vurmaq və ya iyləmək orucu batil edir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, batil etmir. Lakin ətiri iyləmək bəyənilmir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Üzüm mürəbbəsini bişirib yemək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Eybi yoxdur, lakin əgər üzüm özü tək formada qaynanılsa 2/3-ü qaynayıb, buxar olamlıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xums vermək ucun illik xərclərimdən artıq qalan pulun xumsunu verməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, xums ili olaraq təyin etdiyiniz gündə artıq qalan mallarınızın xumsunu ödəməlisiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Bakıda yaşayıram.10-15 günlük rayona getməliyəm. Orda olduğum müddətdə oruc tuta bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamnenei-dəftərxana: Əgər vətəniniz hesab olunursa 10 gündən az da qalsanz oruc tuta bilərsiniz. Əgər vətəniniz hesab olunmursunuzsa 10 gündən az qalsanız oruc tuta bilməzsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Azan verilən kimi orucu açmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məğrib azanı olduğu zaman iftar etmək olar. Lakin əmin olmaq üçün ehtiyata bir neçə dəqiqə də gözləməyiniz məsləhətdir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam oruclu olarkən kimisə öpmək orucu batil edirmi?
Cavab: Salam. Ayətullah Behcət-dəftərxana: Xeyr.
Allahdan uğurlar diləyirik!