www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam mən oruc tuturam amma burnumun çirki boğazıma gedir. Mənim orucum batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər çirk ağız boşluğuna gəlmədən boğazınıza gedirsə orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məsciddə yatmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məkruhdur.

Allahdan uğurlar diləyirik!
Sual: Müsəlman olub olmadığını dəqiq bilmədiyim insanən arxasinca danışmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu işdən çəkinin.

Allahdan uğurlar diləyirik!
Sual: Mən abort elətdirmişəm. Bundan sonra gələn qanın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Nifas hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəlyan haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gözə çarpacaq ziyanı yoxdursa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: süni mayalanma yolu ilə cins heyvan almaq olarmı ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İmsak edib namaz qıldıqdan təxmini 1 saat sonra yuxuda məni xaric olub. Orucumun hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucunuz düzgündür və zöhr namazı üçün qüsul almalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum cənabət qüslu aldiqdan sonra alt paltarına məzi dəyibsə qüsulu pozurmu və oruc tutmaq olmazmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məzi pakdır və qüsula da səbəb olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Oruclu halda uzə və ələ gundəlik qidalandırıcı krem çəkmək olarmı? Oruclu halda çimmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli (hər 2 sualın cavabı)

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Günəşin qızdırdıgı su ilə qüsl etmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İcazəlidir, lakin bəyənilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xanımlar başa məshi aşağıdan yuxarı çəkə bilərlərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bunu həm xanımlar, həm də kişilər edə bilər, lakin ehtiyat-müstəhəb budur ki, başa məsh yuxarıdan aşağıya çəkisin.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Sübh azanından əvvəl ixtiyarsız şəkildə boynuma qüsl gəlib.Əgər sübh azanına kimi qüsl almasam orucum düzgündür? Sübh azanından əvvəl boynuma qüsl gəlibsə iftara qədər qüsl almaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Sübh azanından öncə boynunuza cənabət qüsulu gəlibsə azana qədər qüsul almalısınız. Əgər bilərəkdən qüsul almasanız orucunuz batil və kəffarə də vacib olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Musiqiyə qulaq asmaq və ya oynamaq icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Haram məclislərə uyğun olan və Allahı insana unutduran musiqilərı dinləmək haramdır. Oynamaq isə ehtiyat vacibə əsasən icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bu gün orucluydum, üzür istəyirəm, heyz oldum. Orucum pozulur??
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, pozulur və növbəti orucluğa qədər qəzasını tutmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Xırda dəniz xərçəngi yemək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məqsədiniz krivetkadırsa, bəli icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Cənabət qüsulu varsa boynumda namaz da qılmıramsa sabahkı oruca niyyət edib tuta bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucun şərtlərindən biri budur ki, sübh azanına qədər cənabət halından qüsul almaqla, şərait olmadıqda isə təyəmmümlə çıxmaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam muasir paltaryuyan maşınlarda yuyulan nəcis paltarlar pak hökmündədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər nəcasətin eyni aradan gedirsə paltarla pak hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mömin kişilərə qısaqol köynək geymək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Qadından şəhvətamiz düşüncə sonrası xaric olan maye nəcisdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, bu mayenin məni olduğuna əmin deyilsinizsə məzi adlanır və pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qadın cinsi əlaqədən sonra qadında şəhvət yaranmasa və meni xaric olmasa belə qadına cənabət qüsulu vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər kişinin aləti dəllək kəsən yerdən artıq daxil olubsa qüsul vacibdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı