www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam qüsul əsnasında ğaitin məxrəcindən yel xaric olsa qüsul batildirmi?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Qüsul batil deyil, lakin həmin qüsuldan sonra ibadətlərinizi yerinə yetirmək üçün dəstəmaz almalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər xəstələnmək vaxtı qurtarandan sonra azacıq qan və ya qan ləkəsi görünərsə oruc batil olur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər xəstələnməyiniz 10 gün və ya daha az davam edibsə gördüyünüz ləkə heyz hesab olunur və orucu da batil edir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məninin ixtiyarsız yuxuda xaric olması orucu pozurmu?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnsan yuxuda olduğu vaxt ixtyrasız şəkildə sidik gəlsə və yuxudan duranda həmin yerin sidik olduğunu görsə həmin yerin hökmü nədir? Bir müddət keçəndən sonra ora pak olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Həmin yer nəcis hesab olunur və paklamasaz, öz-özlüyündə pak ola bilməz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnternet vastəsilə müsəlman və qeyri müsəlman azğın qadınlara baxmaq haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəhvət və fəsada səbəb olan görüntülərə baxmaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İnsanın bədənində olan artıq tükləri təmizləməsinə icazə varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli. Bu iş islamda bəyənilən işlərdəndir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam mən imsak vaxtı niyyətmi dilə gəitirmirəm misalcun( ramazan ayın orucun tuturam vacib qurbətdən IlAllah) sadece olaraq yeməymi yedikdən sonra qəlbimdən kecirki bu gün oruc olacam bu düzdü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Niyyəti dilə gətirməyə ehtiyac yoxdur. Nə etdiyinizi bilmək kifayət edir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum.Oruclu halda saça maska və üzə maska vurmaq olarmı?
Cavab: Salam. Ayətullah Məkarim-dəftərxana: Bu işlərin oruca bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən səhhətimlə əlaqədar oruc tuta bilmirəm. Vəzifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər gələn ilin mübarək ramazan ayınadək qəzalarını tuta biləcəksinizsə yalnız qəza vacibdir. Yox əgər növbəti ramazana qədər tuta bilməsəniz hər gün üçün 750 qram arpa, buğda və ya digər gündəlik qida məhsullarından fəqirə verməlisiniz və qəza da vacib deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İt gəzdirmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur, lakin it və ya bədən ya paltarınız yaş olar və bir-birinə dəyərsə bədən və paltarınız nəcis olmuş olur.

Allahdan uğurlar diləyirik!
Sual: Bir nəfər ramazanda günorta azanından əvvəl (zöhr azanı yolda olacağını ) səfər edəcəyini bilir, həmən gün oruc niyyət etmir və həmişəki kimi yeyir içir, səfərə çıxır.bu insana kəffarə vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, kəffarə vacibdir. Gərək oruc tutsun və tərəxxüs həddini keçdikdən sonra orucunu açsın.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ramazan ayının orucunu tutub sora yatdığın halda yuxuda cinsi əlaqədə olduğunu görsən orucun batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər insan oruclu ikən yatdığı halda özündən maye axdığını bilsə, ya ayıq halda maye gəlsə bilməyərəkdən olsa ,o zaman oruc batildi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, batil deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, boynumda cənabət qüsulu varsa və su ilə də qüsul ala bilmirəmsə, Ramazan ayında təyəmümlə oruc tuta bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər sübh azanına qədər üzür aradan getməsə və su ilə qüsul ala bilməsəniz, təyəmmüm edib, orucunuzu tutmalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hamiləlik dövrü cinsi əlaqədə olmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər bir qızın ata-anasınnan xəbərsiz bakirəliyi pozulsa bu qız sonradan biriylə atasından icazə almadan siğə bağlaya bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bakirəliyi halal yoll aradan gedibsə icazəyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Uşaqlar evininden götürülmüş uşaq qız və ya oglan həddi buluğa çatandan sonra qız atasına oglan da anasına naməhrəm hesab olunur?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər ərlə arvad bir neçə ay işlə əlaqədar ayrı qalarsa, bu zaman günaha girməmək üçün istimna etmək günahdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, günahdır.

Allahdan uğurlar diləyirik!
Sual: Vərəm xəstəliyi olan adam oruc tuta bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər oruc tutmaq xəstəliyinin şiddətlənməsinə səbəb olmursa tuta bilər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 2 və ya 3 həftəlik uşağı abort elətdirmək olarmı? Qeyd: bəs ana üçün təhlükə olsa necə abort icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər hamiləliyin davam etməsi mütəxəssis və güvənli həkim tərəfindən ananın həyatına təhlükə kimi dəyərləndirilsə ruh daxil olmamış uşağı aldırmaq icazəlidir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı