www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. ramazan ayın gecesində boynuma cənabət qusuli gəldi,özüm istəmədən yuxuya getmişəm və sübh azan vaxtı oyanmışam. Mənim vəzifəm nədir? Orucun qəzası varmı və kəfarə düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Orucunuz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ramazan ayında orucun niyyətini tutub sonra yemək yeməliyik yoxsa, yemək yeyib sonra orucun niyyətini etməliyik?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bunun fərqi yoxdur, əsas odur ki, oruc tutmaqla bağlı qərar qəbul edəsiniz.

Allahdan uğurlar diləyirik!
Sual: Oruc tuturam, məndən bəzən məzi gəlir bu tutdugum orucu pozarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Zərurət halında, siğə etmək mümkün olmadığı təqdirdə istimnanın hökmü nədir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu halda istimna haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Oruc tutanda iftar etməkçün azan oxunub qurtarmasını gözləməliyik yoxsa azan oxunmağa başlayanda yemək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Azanın vaxtı daxil oldusa orucunuzu aça bilərsiniz və azanın bitməsini gözləməyə ehtiyac yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Şam və Xiftən namazlarına nə vaxta qədər qəza düşmür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Məğribvə işa namazının vaxtı gecə yarısına qədərdir. Əgər bu vaxtdan gec qılınarsa "ma fi zimmə" (boynumda olan) niyyəti ilə qılınmalıdır. Sübh namazında isə artıq qəza olur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 94 cü ildə biz ailə qurmuşuq və qaynananmla anam bizsiz gedib bizə kəbin kəsdiribler. Bilmək istərdim kəbin düzdürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər kəbinin digər şərtləri olubsa bu kəbin düzgün hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Asma xestelerinin istifade etdiyi sprey orucu batil edir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nafilə namazları necə qılınır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Gündəlik nafilələr cümə günü istisna olmaqla digər günlərdə 34 rükətdir və aşağıdakılardan ibarətdir.

Səkkiz rükət zöhr nafiləsi (namazdan sonra), səkkiz rükət əsr namazının nafiləsi (namazdan sonra), dörd rükət məğrib nafiləsi (namazdan sonra), iki rükət işa nafiləsi (namazdan sonra), on bir rükət gecə nafiləsi (bu on bir rükətin səkkizi gecə nafiləsi niyyəti ilə, iki rükəti şəf namazı niyyəti ilə, bir rükəti isə vitr namazı niyyəti ilə qılınır) və iki rükət sübh nafiləsi (namazdan sonra).

İkirəkətlik işa nafiləsi, vacib ehtiyata əsasən, oturaq vəziyyətdə qılınmalı olduğuna görə bir rükət hesab edilir. Beləliklə, bu nafilələr cəmi 34 rükətdir.

Cümə günü on altı rükət zöhr və əsr nafilələrinin üzərinə dörd rükət də əlavə edilir və cəmi iyirmi rükət olur.



Allahdan uğurlar diləyirik!
Sual: Ramazan ayında oruc tuta bilməyənlərin xəstəlik ucbatından vəzifəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Növbəti orucluq ayınadək qəzalarını yerinə yetirməlidirlər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Orucu pozan amillər hansilardir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana:

1. Yemək və içmək.

2. Cima.

3. İstimna. İstimna, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir. Onun qadında gerçəkləşməsi isə 345-ci məsələdə qeyd olundu.

4. Ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isnad vermək (onların adından yalandan bir söz demək).

5. Ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək.

6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.

7. Axıcı şeylərlə imalə etmək.

8. Qəsdən qusmaq.

9.Başı bütünlüklə suya salmaq.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qaş almağın və ya tatu etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Maneəsi yoxdur, lakin zinət olacaq həddə olarsa naməhrəmin önünə çıxmqdan çəkinməlidirlər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cüme qüsulu ilə cənabət qusulu bir yerdə necə verilir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İkisi üçün bir niyyət edib, almaq olar.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Domino oynamaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər qumar aləti kimi tanınırsa icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bir nəfər deyir 5 dəfə dərman atıram, amma oruc qutmaq istirəm susuz atıb oruc tuta bilərəm? Dərmanları atmasa da veziyyəti pisləşir.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər dərman atmağa məcburdursa oruc tutmamalı və növbəri orucluğa qədər qəzasını yerinə yetirməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Məzi nəcisdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, nəcis deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Düzgündürmü ki, hamiləlik 40 gun içində sonlandırıla bilər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Uşağı aldırmaq icazəli deyil. Lakin əgər ananın sağlamlığına ziyanlıdırsa və ya saxlamağın ciddi çətinlikləri varsa ruh bətnə daxil olandək uşağı aldırmağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam aleykum. Mən oruc olduğum halda yatmişam. Yuxuda olarken məndən məni xaric olmuşdur. Bunun hökmü nədir orucum pozulubmu?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, orucunuz düzgündür ibadətləriniz üçün qüsul almalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Siqaret çəkmək olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Gözə çarpacaq həddə ziyanı yoxdursa eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qoyun və Malın dalağını yemək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, haramdır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı