www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Əgər ərin nütfəsi (sperması) götürülsə və ər vəfat etdikdən sonra onun zövcəsinin yumurta hüceyrəsi ilə süni mayalanma əməliyyatı aparılaraq qadının uşaqlığında yerləşdirilsə: 1) Şəri baxımdan bu işə icazə verilirmi? 2) Dünyaya gələn uşaq həmin kişinin övladı hesab olunurmu və şəri baxımdan ona aid olurmu? 3) Dünyaya gələn uşağa nütfə sahibindən irs düşürmü?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Həmin əməlin öz-özlüyündə maneəsi yoxdur və dünyaya gələn uşaq yumurta hücəyrəsi və uşaqlığın sahibinə aid olur. Həmçinin nütfə sahibinə aid olması da uzaq ehtimal deyildir, amma nütfə sahibindən ona irs çatmır.

Allahdan uğurlar diləyirik!
Sual: Bir şəxs girov qoyduğu əmlakı girovdan çıxarmamış həmin əmlakı öz borcu qarşılığında başqa bir şəxsin yanında girov qoya bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər əmlakı birinci girovdan azad etməmiş ikinci girova qoyarsa, bu, yanında girov qoyulan birinci şəxsin icazəsi olmadan girov qoyan şəxs tərəfindən “icazəsiz müqavilə” hökmündədir və (bu işin düzgünlüyü) birinci şəxsin icazəsinə bağlıdır

Allahdan uğurlar diləyirik!
Sual: İrtimasi dəstəmazda üz və əlləri bir neçə dəfə suya daxil etmək olarmı? Yoxsa yalnız iki dəfə daxil etməyə icazə verilir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İrtimasi dəstəmazda üz və əlləri yalnız iki dəfə suya daxil etmək olar. Birinci dəfə daxil etmək vacibdir, ikinci dəfə daxil etməyə icazə verilir. Bundan artığına isə icazə verilmir. Amma irtimasi dəstəmazda əlləri dəstəmaz üçün yumaq niyyəti, əlləri sudan çıxararkən edilməlidir ki, bu yolla məsh, dəstəmaz suyu ilə yerinə yetirilmiş olsun.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər bir şəxs namazın üçüncü rəkətində şəkk etsə ki, görəsən qunutu yerinə yetiribdir, yoxsa yox, hökmü nədir? O, namazını tamamlamalıdırmı, yoxsa şəkk etdiyi vaxt namazı kəsməlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sözügedən şəkkə etina olunmur və namaz düzgündür. Bu xüsusda mükəlləfə heç nə vacib olmur.

Allahdan uğurlar diləyirik!
Sual: Öz haqqını alması üçün insanın rüşvət verməsinin hökmü nədir? Nəzərə almaq lazımdır ki, bu iş bəzən başqaları üçün çətinlik yaradır, məsələn, rüşvət verərək öz haqqını almaq isətəyən şəxs başqa haqq sahiblərindən irəlidə tutulur.
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rüşvət verib-almaq olmaz, hətta bu iş başqaları üçün çətinlik və maneəçilik yaratmasa belə. Haqq sahibi olmayan bir insanın (rüşvət verərək) başqalarına maneəçilik yaratmasına isə, heç şübhəsiz, icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Cümə namazının qılındığı məkanın yaxınlığında yerləşən bir məkanda cümə namazı ilə eyni vaxtda zöhr namazını camaatla qılmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin öz-özlüyündə bir maneəsi yoxdur və mükəlləfin boynundan cümə gününün vacib zöhr namazının götürülməsinə bais olar, çünki hazırkı dövrdə cümə namazı təxyiri-vacibdir. Amma cümə günü cümə namazının qılındığı məkanın yaxınlığında yerləşən bir məkanda zöhr namazını camaatla qılmaq möminlərin pərakəndəliyinə səbəb olduğunu, hətta camaatın nəzərində imam-cüməyə qarşı hörmətsizlik və cümə namazına qarşı etinazsızlıq kimi başa düşüldüyünü nəzərə alaraq, yaxşı olar ki, möminlər belə bir işi tutmasınlar. Hətta fəsada və harama yol açdığı təqdirdə bu namazı qılmaqdan çəkinmələri vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Toxum (sperma) və yumurta hüceyrəsi şəri nikahı olan ər və arvaddan olduğu təqdirdə, süni mayalanma əməliyyatına icazə verilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu işin öz-özlüyündə maneəsi yoxdur, amma haram müqəddimələrdən, məsələn, haram toxunuş və baxışdan çəkinmək vacibdir

Allahdan uğurlar diləyirik!
Sual: Bir qadının ,əri həbsxanada olduğu halda,dövlət nikahından boşanandan sonra,ərindən xəbərsiz və ya ərinin iştirakı olmadan təlaq oxutdura bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Təlaq ərin özü və ya vəkili tərəfindən oxunmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Dəri üçün krem hazırlayarkən ona spirt qata bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur. Əgər məst edici spirt deyilsə (sırf tibbi spirtdirsə) nəcis də hesab olunmur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ramazan ayının orucunu hec bir zərurət olmadan, pozduqda həmin günün qəzasından əlavə neçə gün kəfarəsi olur?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən 750 qram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma ehtiyat-vacibə əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir. Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Rusiyada yaşayıram. Mən olduğum şəhərdə daim hava işıqlı olur, gün batmir. Mən orucu necə tuta bilərəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Olduğunuz məkana ən yaxın bölgənin azan vaxtlarına uyğun olaraq orucunuzu tutun.

Allahdan uğurlar diləyirik!
Sual: Salam, namazda təcvidə riayət etmək lazımdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Namazın sözləri ərəbcə düzgün olaraq qiraət olunmalıdır. Bunun meyarı isə ərəb dilinin qaydalarına əməl etmək və hərfləri məxrəcindən düzgün formada səsləndirməkdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hicablı qadının naməhrəmlər olan toyda rəqs etməsi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam evli bir kişi öz yoldaşı ilə aləti daxil etmədən mazaqlaşıb mənini xaric edərsə bu əməl istimna sayılır yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam qüsul alarkən üzü qibləyə olmaq vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, müstəhəbdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Facebook sosial şəbəkəsi vasitəsilə xanımla tanışlıq edib ailə qurmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam 1) mən çox vasvasıyam sualım budur ki mən dəstəmaz alanda bəzən əlim bilmədən yuxarıya doğru gedir bu halda dəstəmazım batildir? 2)bəzən səssiz namazlarda bilmədən müəyyən bir hərf bərk səslənir dilimdə bu halda namazım batildir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr. Nə namaz, nə dəstəmaz batil deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mən bir ildən çox nişanlı qalmışam.Toyumuza bir ay qalmış kəbinimiz oxunub.Amma qaynatamgil oxutdurub bizdən heç kim iştirak etməyib.Yəni atamın xəbəri olmayıb kəbin oxutmalarından onların.Atama kəbin oxunandan sonra nigahnaməni təqdim ediblər.Atamda narazılıq etməyib. Sualım odurki bizim kəbin batil sayılmırki.Atamın xəbəri olmadanonun iştirakı olmadan kəbin oxunduğuyçün.Təşəkkür edirəm.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, kəbininiz düzgündür.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən 3 ildir yoldaşımdan ayrılmışam. 2 ildir dövlətdən məhkəmə yolu ilə boşanmışam, ama dini kəbin geri oxunmamışdı. Təzəlikcə təlaq oxutdurdum. Mən 3 ildir ki, o yaxınlq etmədiyim ərimdən iddə gözləməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, bu halda iddə təlaqdan sonra gözlənilməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namaz qılan şəxs 1 ay ardıcıl tərki namaz olur. Sonra gündəlik namazları vaxtında qılıb o 1 ayın qəzalarını qıla bilər yoxsa gündə 1 günün yoxsa 1 ayın qəzasını tək qılmalıdır?
Cavab: Salam. Ayətullah Fazil-dəftərxana: Qəza namazlarını istənilən vaxt qılmaq olar. Əsa odur ki, zöhrü əsrdən, məğribi isə işadan öncə qılsın.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı