www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Paraşok, şampun və.s. avazimatlar pakdırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə pakdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam ələykum. Qadınlar möhtəlim (Möhtəlim -yatıb yuxuda cünub olmaq) olanda hansı halda onlara cənabət qüslü vacibdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Yuxuda cünub olan şəxs hər bir halda cənabət qüsulu almalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Saqqalı seyrək olduğuna görə üzünü qırxan biri pişnamaz dursa iqtida edə bilərikmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər saqqalında hansısa xüsusi bir eyb olmadan onu qırxırsa və üzündə də saqqal deyilməyəcək qədər tük yoxdursa iqtida etmək icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam Qadınla anal intimlə məşqul olmaq haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qadın razı olmasa icazəli deyil. Razı olsa da şiddətli məkruh bir əməldir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Banka pul qoyub faiz qötürmək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər banklar sizin sərmayə kimi qoyduğunuz pulu şəriətdə icazəli olan müamilələrlə istifadə edib, qazanc əldə edirlərsə, sizə verilən əlacə qazanc halal hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Bakirə xanımla cinsi əlaqədən başqa şeylər məsələn əl-ələ tutmaq üçün müvəqqəti nikah etmək olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bakirə qadınla kəbin oxutdurmaq üçün atasının və ya ata babasının icazəsi şərtdir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Hicablı qadının qollarında naxışlar olan köynək geyinməsi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Naməhrəmin diqqəti cəlb etmirsə maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam xiftən namazını saat neçəyə kimi qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Məğrib və işa namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa məğrib və işa namazlarının vaxtı sübh açılana qədər davam edər.

Allahdan uğurlar diləyirik!
Sual: Salam . Mən işlə bağlı səfərə çıxıram. Hər həftənin 5ci günü səhər çıxıram elə vaxt olur zöhür azaninacag vətənə qayıdıram, elə vaxt qayıda bilmirəm. İş çox olur. 1 ayda ən azı 4 dəfə səfər edirəm.Belə olan halda namaz və oruclarımın hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Səfəri pеşəsi üçün bir müqəddimə olan şəxs hər 10 gün içində aşağısı bir dəfə öz iş yеrinə, orada işləmək üçün gеdib-gəlsə, üçüncü səfərdən sonra orada namazını tamam qılacaq və orucu da düzdür. Lakin şərt budur ki, bu şəxs 10 gün nə vətənində, nə də başqa yerdə qalmamalıdır. Əgər qalarsa ilk səfərində namazı qəsr olacaq, oruc da tutmaq mümkün olmayacaq.

Allahdan uğurlar diləyirik!

Sual: Salam evli kəbinli şəxs ləvat etsə onun öz arvadı ilə olan kəbini qüvvədən düşür ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məndə heç bir şəhvət hissi olmadan spermaya oxşar maye xaric oldu az miqdarda. Bunun sperma olduğuna əmin deyilem vezifəm nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əmin deyilsinizsə və məninin əlamətləri də yoxdursa vəzifəniz yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Müstəəhəb orucu Zöhür namazından sonra açmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli.

Allahdan uğurlar diləyirik!
Sual: Təyyarədə Namaz qılmaq olarmı? Olarsa nə cür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bəli qılmaq olar. Lakin qibləni düzgün olaraq təyin etməlisiniz. Əgər edə bilməsəniz güman etdiyiniz tərəfə namaz qılmalısınız. Əgər qiblə barədə şəkdə olsanız vaxtınız varsa 4 tərəfə namaz qılmalısınız. Və namazı başladıqdan sonra qiblənin istiqaməti dəyişərsə sizdə namazın halını pozmadan üzünüzü qibləyə tərəf yönəltməlisiniz. Lakin bu halda namazın qiraətini saxlamalısınız.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sol barmağıma tikan batmışdı fikir verməmişəm. Dərində olub, mən qusul da almışam, namaz da qılmışam, sonradan bilmişəm. Yenidən qüsul düşür mənə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bədənə batan tikan adətən suyun bədənə çatmasına mane deyil. Lakin suyun bədəninizə çatmadığına əminsinizsə qüsul yenidən alınmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Nafilə namazları ilə baglı sualım var. Nafilə namazı qıldıqdan sonra fərz namazını dərhal başlamaq lazımdır yoxsa zikr, dua etmək və ya dünyəvi söz danışmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Danışmaq və zikr deməyin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Qurumuş qan nəcis hesab edilirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, nəcis hesab olunur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənə satın alıma toyuqun əti günahdı deyiblər. Mən də yeməməyə tövbə etmişəm. Tövbəmi pozmağım icazəlidir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu tövbə düzgün hesab olunmur və toyuq yeməyinizin maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Şəhərlər arası böyük yollardakı restoranların kənarında namaz qılmaq üçün məkanlar olur. Əgər bir şəxs həmin restoranda yemək yemirsə, həmin məkanda namaz qıla bilərmi? Yoxsa əvvəlcə icazə almalıdır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər ehtimal versə ki, namazxana restoran sahibinin mülküdür və oradan yalnız həmin restoranda yemək yeyənlər istifadə edə bilərlər, onda icazə almalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mən şəri vəzifə yaşına çatmağımın dəqiq tarixini bilmirəm. Sizdən xahiş edirəm ki, namaz və orucun qəzasının mənə nə zamandan vacib olduğunu söyləyəsiniz
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri vəzifə yaşına çatdığınıza əmin olduğunuz tarixdən etibarən, qəzaya verdiyinizə yəqinlyiniz olan namaz və orucların qəzası sizə vacibdir.

Allahdan uğurlar diləyirik!
Sual: Cümə namazına əhəmiyyət verməmək səbəbindən bu namazda iştirak etməmək barədə sizin nəzəriniz nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: İbadi-siyasi namaz olan cümə namazına əhəmiyyət verməyib, bu namazda iştirak etməmək şəri baxımdan qınanılır.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı