www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Bir şəxs müəyyən bir yerdə on gün qalmağı niyyət etmişdir, çünki on gün orada qalacağını bilirdi və ya on gün orada qalmağı qərara almışdı. Amma dörd rəkətli bir namaz qılmaqla namazı tam qılmaq hökmü ona aid olduqdan sonra zəruri olmayan bir səfərə çıxmaqla qarşılaşır. O, həmin səfərə gedə bilərmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Onun səfər etməsinin – hətta səfər zəruri olmasa belə – maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Qab servisinin bəzisini istifadə etmək ona xümsün düşməməsi üçün kifayət edirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər şəxsin bu əşyalara ehtiyacı varsa və bu ehtiyac ürfün nəzərində onun şəninə uyğundursa, hətta il ərzində onlarından istifadə etməsə belə, bu əşyalara xüms düşmür.

Allahdan uğurlar diləyirik!
Sual: Musiqinin haramlığı meyarı yalnız onun eyş-işrət və günah məclislərinə uyğun olmasıdırmı, yoxsa dinləyicini həyəcanlandırması da musiqinin haramlığında rol oynayır? Əgər musiqi dinləyicinin kədərlənməsinə və ağlamasına səbəb olarsa, hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Burada musiqinin ifa edilmə qaydası və bütün xüsusiyyətləri nəzərə alınmalıdır. Əgər musiqi öz mahiyyəti etibarilə eyş-işrət və günah məclislərinə uyğun bir musiqidirsə, haramdır: istər dinləyicini həyəcanlandırsın və ya həyəcanlandırmasın, istər dinləyicidə kədər və digər hisslər yaratsın və ya yaratmasın.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər qonaq ev sahibinin ev əşyalarından birini napak edərsə, bunu ev sahibinə bildirməsi vacibdirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Yeyilən və içilən şeylər, həmçinin yemək qabları istisna olmaqla, digər əşyaları napak etdiyini ev sahibinə bildirməsi lazım deyildir.

Allahdan uğurlar diləyirik!
Sual: Məscidin işlərini idarə etmək üçün vəsait olmadığına görə məscidin idarə heyəti qərara alıbdır ki, məscidin tavanlı hissəsində zirzəmi düzəltsinlər və məscidə xidmət üçün oradan emalatxana və ümumi yerlər kimi istifadə etsinlər. Bu işə icazə verilirmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Emalatxana və bu kimi yerlərin yaradılması üçün məscidin yerini qazmağa icazə verilmir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Namaz qılınan evdə pişik saxlamaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bu iş özü-özlüyündə icazəlidir, lakin namaz halında pişiyin tükü və ağız suyu insnaın bədən və ya paltarında olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: salam. Mənim ayağım şişib və namazda oturarkən mənə mane olduğu üçün ayağımı ayağımın uzərinə qoymuram, bu namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, batil etmir.

Allahdan uğurlar diləyirik!
Sual: Namaz qılan bir şəxs manstrubasiya edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İnsanın özünün özündən məni xaric etməsi (istimna) haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: salam .Qəza orucunu zöhrdən öncə pozmuşam. Bunun hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qəza orucunu zöhr azanına qədər pozmağın maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qəza namazlarını ardıcıllıqla 1 ay sübh, 1 ay günorta, 1 ay axşam namazı kimi qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur, lakin əsr namazı zöhrdən, işa namazı isə məğribdən öncə qılınmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Mən 7aydır ki, namaz qılıiram, amma özümə bir müctehid seçməmişəm. Bu halda namazım batildirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir.

Allahdan uğurlar diləyirik!
Sual: Əhli-sünnənin müqəddəslərinə lənət oxumaq düzgündür?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Müsəlmanlar arasında vəhdətin pozulmasına səbəb olan fəaliyyətlər haramdır və uzaq olmaq lazımdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Məndə istibradan sonra ixtiyarsız bir rütubət xaric olur, mən onun sidik və ya başqa bir maye olduğuna necə əmin ola bilərəm?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Düzgün şəkildə icra olunan istibradan sonra xaric olan maye pak hesab olunur. Lakin əgər sidik olduğuna yəqinliyiniz olsa nəcis hökmündədir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ər və arvad arasında oral cinsi münasibətə (ağız yolu ilə) icazə verilir ya yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəriətdə bu barədə hansısa qadağa qeyd olunmayıb.

Allahdan uğurlar diləyirik!
Sual: Salamu. Dırnaq saxlamağın və uzatmağın hökmü nədir?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Özü-özlüyündə icazəlidir, lakin əgər dırnaq həddindən artıq uzun olsa və altına yığılan çirk suyun bədənə çatmasına mane olsa maneəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən Namaza təzə başlayanda nəyin günah olduğunu bilmirdim. İndi anlayıram ki, böyük günahlarım olub. Mən nə etməliyəm?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Keçmiş günahlarınızdan ciddi şəkildə tövbə edib, bir daha o günahlara geri dönməməlisiniz.

Allahdan uğurlar diləyirik!
Sual: İstimna haramdırmı yoxsa məkruh?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Ana uşağına 2ildən artıq süd verərsə haram olurmu o süd?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, heç bir maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: 1. Dəstəmaz alarkən üzümü yuyarkən əlimin yaşlığı saçıma təmas edərsə, dəstəmaz batil olurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, dəstəmaz batil olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. İki gənc öz aralarında siğə edə bilərmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Kəbin üçün (istər daimi olsun istər müvəqqəti - siğə) qızın atasının və ya atasının atasının icazəsi şərtdir.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı