www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Şəri sual göndər
Ümumi sual göndər
Sual: Salam. Bir qadınla telda intim söhbət etməyin hökmü nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəm xanımla şəhvət və fəsada səbəb olacaq bu növ söhbətlər etmək haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Sünnət etmək vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Oğlanların sünnət olunması vacib və vacib həcc təvafının şərtlərindəndir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Vacib namazın rüku və səcdələrində ayətil-kürsini oxusam bir işkalı varmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Rüku və səcdənin zikrindən sonra namazda zikr etmək məqsədiylə ayətəl-kursi oxumağın eybi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Qadın saçına rəng qoya bilərmi? Saçın rəngi dəyişdikdən sonra dəstəmaz düzgün hesab olunurmu?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, qadının saçına rəng qoyması icazəlidir və rəngli saçın dəstəmaz maneəsi yoxdur. Saç əgər uzundursa (başın bir tərəfinin tükü digər tərəfə çatırsa) məsh zamanı əlin suyu dəriyə çatdırılmalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Qadının əri üçün qaşnı düzəltməsi icazəlidirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, maneəsi yoxdur, lakin zinət hesab olunacaq formada olarsa naməhrədən gizlədiməlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Nərd oynamaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Nərd və şahmat oyununu oynamaq icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Öz özlüyündə şəhvəti ozündən çıxarmaq günahdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İnsanın özünün özündən məni xaric etməsi (istimna) haramdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam namazı avazla qılmaq olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Uca səslə qılınması icazəli olan namazları ğina olmamaq şərtiylə icazəlidir.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Andın kəffarəsi nədir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah etmiş olur və gərək kəffarə versin, yəni bir qul azad etsin, ya on fəqiri doydursun, ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun.

Allahdan uğurlar diləyirik!
Sual: Vacib qüsulllar hansılardır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Vacib qüsllər yeddidir:

1. Cənabət qüslü.

2. Heyz qüslü.

3. Nifas qüslü.

4. İstihazə qüslü.

5. Məssi-meyyit qüslü.

6. Meyyit qüslü.

7. Nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər.

Allahdan uğurlar diləyirik!
Sual: Əssalamu aleykum və rəhmətullah. ağa bir qadın bir kişi ilə evlənib amma həmin qadın və kişinin dini nigahı yoxdur. Bu qadın o kişi ilə ər, arvad hökmündə deyil bu qadın indi bir cavan oğlana məhəbbət bəsləyir qəlbində o qadın o cavanla görüşə bilər ? onlar siğə edə bilərlər?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Onlar, ürfün nəzərində ər-arvad hesab olunduqlarına görə qadının digər bir şəxslə əlaqə qurması icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: salam döymə elətdirmək haramdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Özü-özlüyündə haram deyil, lakin dəstəmaz və qüsulun dəriyə çatmasına maneə olmamalıdır.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Dul qad;nla evli olan ki.i,birinci xanımının bilməməsi şərti ilə kəbin kəsdirə bilərmi?
Cavab: Salamş Ayətullah Sistani-dəftərxana: Ümumiyyətlə ikinci evlilikdən birinci xanımın xəbərdar olması zəruri deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sevdiyim insanın əlindən tutsam qüsul və ya dəstamaz pozulur? Ümumiyyətlə günah sayılırmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Naməhrəmin bədəninə toxunmaq, əlindən tutmaq olmaz, lakin bu iş özü-özlüyündə qüsula səbəb olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Təqlidin dəyişməyin hökmü nədir?
Cavab: Salamş Ayətullah Sistani-dəftərxana: Əgər təqlid etdiyiniz müctehid daha elmlidirsə (ələm), təqlidi dəyişmək olmaz.

Allahdan uğurlar diləyirik!
Sual: Ər ve arvad bir ildən çoxdur ki, ayrı yaşayırlarə Ər qadını atıb, gedib ve deyir ki, get boşan, mənə nə. İndi qadin o kişinin arvadı sayılır ya yox ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Əgər təlaq oxunmayıbsa hələ də məhrəm hesab olunurlar.

Allahdan uğurlar diləyirik!
Sual: Qadının qadınlar arasında oynaması caizdirmi ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Naməhrəmlə dostluq etməyin şərtləri?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Şəritəimizdə naməhrəmlə dostluq etmək deyə bir məsələ yoxdur və icazəli deyil.

Allahdan uğurlar diləyirik!
Sual: Həkim hamiləliyin ilk aylarında qadını müayinə edərkən ona demişdir ki, hamiləliyin davam etməsinin onun həyatı üçün təhlükəsi vardır. Həmçinin hamiləlik davam etdiyi təqdirdə, onun övladı qüsurlu dünyaya gələcəkdir. Bu səbəbdən həkim uşağı saldırmağı təyin etmişdir. Bu işi görmək olarmı? Ruh verilməmişdən qabaq uşağı saldırmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Uşağın qüsurlu dünyaya gəlməsi uşağı saldırmaq üçün - hətta ona ruh verilməmişdən qabaq olsa belə - şəri icazə hesab olumur. Amma əgər mütəxəssis və etibarlı həkimin nəzərinə görə hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olarsa, ruh verilməmişdən qabaq uşağı saldırmağın maneəsi yoxdur.

Allahdan uğurlar diləyirik!
Sual: Əgər icarəçi şəxs icarə verən şəxsdən icarə verilən obyektdə müəyyən təmir işləri aparmasını və proyektdə dəyişiklik etməsini istəsə, bu işlərin xərci kimin öhdəsindədir?
Cavab: Salam. Ayətullah Xamanei-dəftərxana: Əgər icarə verilən obyekt icarə müqaviləsi bağlanan zaman hansı şəkildə olubdursa, elə həmin şəkildə də qalıbsa, icarəçi şəxsin obyektdə müəyyən təmir işlərinin aparılması və proyektdə dəyişiklik edilməsinə dair istəyini həyata keçirmək icarə verən şəxsə vacib deyildir. Amma icarə verən şəxs onun istəyini qəbul etdiyi təqdirdə, obyekdə aparılan təmir və dəyişilik işlərinin xərcinin hamısı icarə verən şəxsin öhdəsindədir. İcarəçi şəxsin icarə verən şəxsdən olan belə bir istəyi, icarəçi şəxsin bu xərclərə zamin olmasına səbəb olmur.

Allahdan uğurlar diləyirik!
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı