www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Can verənin hökmləri

Məsələ 522: Mühtəziri, yə`ni can verməkdə olan bir mö`mini, istər kişi olsun, istərsə qadın olsun, istər böyük olsun, istərsə kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə, ayaqlarının altı qibləyə tuşlanacaq şəkildə arxası üstə uzatmalıdırlar.

Məsələ 523: Meyyitin qüslü tamam olmayanadək onu əvvəlki məsələdə deyildiyi kimi, üzü qibləyə uzandırmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra, ona namaz qılınan zaman uzandırıldığı şəkildə uzandırmaq daha yaxşıdır.

Məsələ 524: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. Belə ki, mühtəzirin özü razı olsa və qasir də olmasa, bu iş üçün onun vəlisindən icazə almaq lazım deyildir. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən lazımdır.

Məsələ 525: Can verən halda olan şəxsə, şəhadət kəlmələrini, on iki imam əleyhimus-səlamın təsdiqi və sair haqq əqidələri başa düşəcək bir qayda ilə təlqin etmək müstəhəbbdir. Yuxarıda deyilənlərin ölən vaxtadək təkrar olunması müstəhəbbdir.

Məsələ 526: Mühtəzirə bu duanı başa düşəcəyi qaydada təlqin etmək müstəhəbbdir:

Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsir, və yə`fu ənil-kəsir, iqbəl minnil-yəsir və`fu ənnil-kəsir, innəkə əntəl-əfuvvul-ğəfur. Əllahummərhəmni fəinnəkə rəhim.

Məsələ 527: Müstəhəbbdir ki, çətin can verən şəxsi, əgər ona narahatçılıq olmasa, namaz qıldığı yerə aparsınlar.

Məsələ 528: Müstəhəbbdir ki, can verən şəxsin rahat olması üçün başı üstündə mübarək «Yasin», «Saffat», «Əhzab», surələri, «Ayətəl-kürsi», «Ə`raf» surəsinin 54-cü ayəsi və «Bəqərə» surəsinin son üç ayəsini, eləcə də Qur`andan mümkün olan digər ayələri oxusunlar.

Məsələ 529: Can verəni tək qoymaq, qarnının üstünə ağır şey qoymaq, yanında cünub və haizin olması, həmçinin çox danışmaq, ağlamaq və qadınları onun yanında tək qoymaq məkruhdur.


Oxunub: 2105

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı