www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Meyyitin qüsl,kəfən,namaz və dəfninin vacibatı

Məsələ 531: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imama e`tiqdı olmasa da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli, ya da bir başqasını ona mə`mur etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyyitin vəlisi olmasa, yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə kifai vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər bə`ziləri yerinə yetirsələr, başqalarının boynundan götürülür. Əgər heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyyitin vəlisi imtina edən surətdə onun icazəsi şərt deyil.

Məsələ 532: Əgər bir şəxs meyyitin işləri ilə məşğul olsa, başqasına bu işlə məşğul olmaq vacib deyildir. Amma əgər o əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər.

Məsələ 533: Əgər insan, başqa birisinin meyyitin işləri ilə məşğul olduğuna əmindirsə, meyyitin işləri ilə məşğul olması ona vacib deyildir. Amma əgər şəkk və ya zənn edərsə, məşğul olmalıdır.

Məsələ 534: Bir şəxs meyyitin qüsl, kəfən, namaz və ya dəfninin batil şəkildə yerinə yetirildiyini bilərsə, yenidən yerinə yetirməlidir. Amma əgər batil olduğunu zənn edərsə və ya düzgün olub-olmadığında şəkk edərsə, məşğul olması lazım deyildir.

Məsələ 535: Qadının vəlisi onun əridir. Bundan başqa hallarda isə, irsin təbəqələrində deyildiyi kimi, varis meyyitin vəlisidir, irs aparan kişilər, aralarındakı tərtibə əsasən, qadınlardan qabaqdırlar. Meyyitin atasının meyyitin oğlundan, meyyitin babasının onun qardaşından, meyyitlə atabir-anabir qardaş olanın yalnız ata və ana tərəfdən olan qardaşından, yalnız ata tərəfdən olan qardaşının ana tərəfdən olan qardaşından və əmisinin meyyitin dayısından irəli olması işkallıdır. Başqa sözlə, belə hallarda ehtiyata əməl olunmalıdır. Əgər vəli bir neçə olsa, birinin icazəsi kifayətdir.

Məsələ 536: Həddi-büluğa çatmamış uşaq və dəli, meyyitin işlərini görmək xüsusunda vəli deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri meyyitin işlərini görməyə tə`yin edə bilməyən qaib bir şəxsin vilayət haqqı yoxdur.

Məsələ 537: Əgər bir şəxs «mən meyyitin vəlisiyəm» və ya «meyyitin vəlisi mənə, meyyitin qüsl, kəfən və dəfn işlərini yerinə yetirmək üçün izn vermişdir» və yaxud «meyyitin təchizi xüsusunda mən onun vəlisiyəm» deyərsə, bu halda əgər ona xatircəmlik hasil olarsa, yaxud meyyit onun ixtiyarında olsa və yaxud da iki adil şəxs onun dediyi sözün doğruluğuna şəhadət verərlərsə, onun sözü qəbul edilməlidir.

Məsələ 538: Əgər meyyit özünün qüsl, kəfən, dəfn və namazı üçün vəlisindən qeyrisini tə`yin edərsə, bu işləri yerinə yetirmənin vilayəti ona aiddir. Meyyitin bu işləri yerinə yetirməsinə vəsiyyət etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım (vacib) deyildir. Amma əgər qəbul edərsə, gərək ona əməl etsin.


Oxunub: 1834

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı