Məsələ 601: Bir neçə şey meyyit namazında müstəhəbbdir:
1.Meyyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyyit namazına çatmamasından qorxarsa, təyəmmüm etməlidir.
2. Əgər meyyit kişidirsə, imam-camaatın və ya münfərid olaraq, namazını qılan şəxsin meyyitin qamətinin orta qismində, əgər meyyit qadındırsa, sinəsinin müqabilində dayanması;
3. Ayaqyalın namaz qılması.
4. Hər təkbirdə əllərini yuxarı qaldırması.
5. Meyyitlə onun arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək miqdarda az olması;
6. Meyyit namazının camaatla qılınması;
7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan oxusunlar.
8. Camaatla qılınan meyyit namazında mə`mumun, bir nəfər olsa belə, imamın arxasında durması;
9. Namaz qılanın meyyiti və mö`minləri çox dua etməsi;
10. Camaat namazında, namazdan qabaq üç dəfə «Əssalat» deməsi.
11. Meyyit namazını, xalqın meyyit namazı qılmaq üçün daha çox getdikləri yerdə qılmaları;
12. Meyyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz qılanların sıralarına qatılmaması;
Məsələ 602: Məscidlərdə meyyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.
dəfə
.