www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Dəstəmaz alınması vacib olan əməllər

Məsələ 315: Altı şey üçün dəstəmaz almaq vacibdir:

1. Meyyit namazından başqa, sair vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın səhih olması üçün şərtdir.

2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil.

3. Həcc və ümrə əməllərindən olan Kə`bə evinin vacib təvafı üçün.

4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə.

5. Məsələn; Qur`ani-Şərifi öpəcəyinə nəzir etmişdirsə.

6. Nəcisə bulaşmış Qur`anı suya çəkmək və ya onu (Qur`anı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Qur`anın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qur`ana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Qur`anı bu kimi yerlərdən çıxarsın və ya əgər nəcis olmuş olsa, suya çəksin.

Məsələ 316: Qur`anın yazılarına toxunmaq, yə`ni bədənin hər hansı bir yerini Qur`anın yazılarına vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə tərcümə edilmiş Qur`ana toxunmağın eybi yoxdur.

Məsələ 317: Uşaqların və dəlilərin Qur`an yazısına toxunmasının qarşısını almaq vacib deyildir. Amma onların toxunması Qur`ana qarşı hörmətsizlikdirsə, qarşısı alınmalıdır.

Məsələ 318: Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması vacib ehtiyat olaraq haramdır. Yaxşı olar ki, Həzrət Peyğəmbərin (s), İmamların (ə) və Həzrət Zəhranın (s.ə) mübarək adlarına da dəstəmazsız toxunmasın.

Məsələ 319: Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa səhihdir. Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhvən vacib niyyəti edərsə və sonradan vacib olmaması mə`lum olarsa, dəstəmaz səhihdir.

Məsələ 320: Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir.

Məsələ 321: Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbbdir. Fəqihlərdən bə`zisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan əhlini ziyarət etmək, məscidə və İmamların (ə) hərəmlərinə getmək, yanında Qur`an gəzdirmək, Qur`an oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəbb olması sübuta yetməyib. Amma əgər müstəhəbb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir və dəstəmazla yerinə yetirilməli olan hər bir işi görə bilər. Misal üçün, o dəstəmazla namaz qıla bilər.


Oxunub: 2018

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı