www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

Qabların hökmləri

Məsələ 246: Ölü və ya it və donuz kimi murdarın əsli olan heyvanların dərisindən hazırlanan qablar və tuluqlarda içmək, dəstəmaz və qüsl üçün su saxlamaq olmaz. Amma paklıq tələb etməyən suvarma kimi işlərdə bu qəbil qablardan istifadə etmək olar. Amma müstəhəb ehtiyat odur ki, onlardan heç bir iş üçün istifadə edilməsin.

Məsələ 247: Qızıl və gümüş qablarda yemək və digər işlər üçün istifadə etmək haramdır. Vacib ehtiyata əsasən, onlardan otağı bəzəmək və ya başqa məqsədlərlə istifadə etmək olmaz.

Məsələ 248: Qızıl və gümüş qablar hazırlamaq və bu iş müqabilində pul almaqdan, vacib ehtiyata əsasən çəkinmək lazımdır. Bu qəbil qabların alqı-satqısından əldə olunan pula da irad var.

Məsələ 249: Qab sayılmayan stəkan altı, qılınc qını kimi şeylər qızıl və gümüşdən hazırlanarsa eybi yoxdur. Amma vacib ehtiyat budur ki, qızıl və gümüşdən hazırlanmış ətir qabı və sürmə qabı kimi şeylərdən pəhriz edilsin.

Məsələ 250: Qabın qızıl və ya gümüş suyuna çəkilməsinin eybi yoxdur.

Məsələ 251: Əgər hər hansı metala qızıl və gümüş qatıldıqdan sonra ondan qab hazırlanarsa, bu qablar qızıl və gümüş qab sayılmadığı halda onlardan istifadə etmək olar. Amma təkcə qızıl gümüşə qatıldıqda onlardan hazırlanmış qabdan istifadə etmək haramdır.

Məsələ 252: Qızıl və ya gümüş qabda olan qidanı haramdan çəkinmək üçün başqa bir qaba töksələr, həmin yeməkdən istifadə etmək olar. Əgər xörəyin qabı başqa məqsədlə dəyişdirilərsə, ondan istifadə etmək haramdır.

Məsələ 253: Naçar qaldıqda, qızıl və gümüş qabdan istifadə etmək olar. Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə də o qablardan dəstəmaz və qüsl üçün istifadə etmək olar.

Məsələ 254: Əgər bir qabın qızıl-gümüşdən və ya başqa bir metaldan olduğu mə’lum deyilsə, onlardan istifadə etmək olar və axtarışa ehtiyac yoxdur.

Məsələ 255: Ağ qızıl adlanan qızıl da qırmızı və sarı qızıl hökmündədir. Vacib ehtiyata əsasən, ona qızıl deyilirsə pəhriz etmək lazımdır. Amma platin başqa metaldır və ondan istifadə etmək olar.


Oxunub: 1696

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı