www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

Heyiz mövzusunda müxtəlif məsələlər

Məsələ 478: Mubtədiə, muztəribə, nasiə və ədədiyyə adəti olan qadınlar heyiz nişanəli qan gördükdə dərhal ibadəti tərk etməlidirlər. Sonradan başa düşsələr ki, heyiz olmayıblar, yerinə yetirmədikləri ibadətlərin qəzasını yerinə yetirməlidirlər. Amma qanda heyiz nişanəsi olmadıqda istihazə hökmünə əməl olunmalıdır. Heyiz qanı sübuta yetənədək belə əməl olunur. Amma vəqtiyyə adəti və vəqtiyyə və ədədiyyə adəti olan qadınlar adət günlərində qan görən kimi ibadəti tərk edirlər.

Məsələ 479: Adəti olan qadınlar iki ay ardıcıl adətlərinin ziddinə olaraq qan görsələr adətləri dəyişir və iki ayda gördüklərini əsas götürürlər.

Məsələ 480: Adətən ayda bir dəfə qan görən qadın bir ayda iki dəfə qan görərsə və həmin qanlarda heyiz nişanəsi olarsa, ortada pak olduğu günlər on gündən az olmadıqda qan gördüyü hər iki dövrü heyiz saymalıdır.

Məsələ 481: Əgər üç gün və ya daha artıq heyiz nişanəli qan görüb sonra on gün və ya daha artıq istihazə nişanəli qan görərlərsə, sonra yenidən heyiz nişanəli qan gördükdə bütün heyiz nişanəsi olan günləri heyiz hökmünə əməl etməlidirlər.

Məsələ 482: Əgər qadın on gündən tez paklanarsa və bətnində qan olmadığını bilərsə, on gün tamam olmamışdan öncə yenidən qan görəcəyinə əmin olsa belə, qüsül verib ibadətlərini yerinə yetirməlidir.

Məsələ 483: On gündən tez paklanmış qadın ehtimal etsə ki, bətnində qan var, bir qədər pambıqla özünü yoxlamalıdır. Pak olsa qüsl verib ibadətlərini yerinə yetirməlidir. Əgər pak olmasa, qanlı su görünsə belə, öncə heyz haqqında deyilmiş hökmə əməl edilməlidir.


Oxunub: 1567

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı