Məsələ 625: Su olduğu halda dəstəmaz alsa xəstələnəcəyindən qorxan və bu xəstəliyin uzanacağından ehtiyatlanan, müalicənin çətinliyini bilən şəxs təyəmmüm etməlidir. Amma isti suyun ona zərəri yoxdursa, isti su ilə dəstəmaz almalı və ya qüsl verməlidir. Zərər labüd olmasa da, belə bir qorxu varsa dəstəmaz əvəzinə təyəmmüm edilir.
Məsələ 626: Göz xəstəliyi olan və suyun bu xəstəliyə zərər verəcəyini bilən insan gözünün ətrafını yuya bilsə dəstəmaz almalıdır. Əks təqdirdə təyəmmüm edilir.
Məsələ 627: Bir şəxs suyun zərərli olduğunu bilib, təyəmmüm edərsə, sonradan suyun zərərli olmadığını anlasa təyəmmümü batildir. Həmin təyəmmümlə qıldığı namazı vacib ehtiyata əsasən, təzələməlidir. Amma bir şəxs suyun zərərli olmadığını bilib dəstəmaz alarsa və ya qüsl verərsə, sonradan suyun zərərli olduğunu bildikdə vacib ehtiyat budur ki, təyəmmüm etsin, əgər qılıbsa namazını təzələsin.
dəfə
.