www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Nəcis şeylər

Məsələ: 84. Nəcislər ondur:

1. Bövl.

2. Ğait.

3. Məni (sperma).

4. Murdar (özü ölmüş, yaxud şər`i göstərişlə kəsilməmiş

heyvan).

5. Qan.

6. İt.

7. Donuz.

8. Kafir.

9. Şərab.

10. Pivə.

1 – 2 Bövl və ğait

Məsələ: 85. İnsanın və əti haram olub, atıcı qanı olan (yəni, damarın kəsilməsi ilə qanı təzyiqlə sıçrayan) hər bir heyvanın bövl və ğaiti nəcisdir. Əti haram olan və atıcı qanı olmayan heyvanların, məsələn, əti haram olan balıq kimi, həmçinin, milçək və ağcaqanad kimi əti olmayan xırda həşəratların ifrazatı (fəzləsi) pakdır. Müstəhəbb ehtiyat atıcı qanı olmayan haram ətli heyvanların bövlündən çəkinməkdir.

Məsələ: 86. Əti haram olan quşların bövl və peyini (fəzləsi)

pakdır, lakin əhvət ondan çəkinməkdir.

Məsələ: 87. Nəcis yeyən heyvanın insanın cinsi əlaqədə olduğu heyvanın, donuzdan süd əmmiş çəpişin (sonradan izahı veriləcək) və Həmçinin, vacib ehtiyata əsasən, donuzdan süd əmmiş quzunun bövl və ğaiti nəcisdir.

3 – Məni (sperma)

Məsələ: 88. İnsanın, əti haram və atıcı qanı olan bütün heyvanların mənisi nəcisdir. Həmçinin, ehtiyat vacibə görə atıcı qanı olan halal ətli heyvanın mənisi nəcisdir.

4-Murdar (özü ölmüş və ya şər`i göstərişlə kəsilməmiş heyvan)

Məsələ: 89. İnsanın və atıcı qanı olan hər bir heyvanın ölüsü nəcisdir – istər qeyri-şər`i yolla kəsilmiş olsun, istərsə də özü ölmüş olsun. Suda ölsə də atıcı qanı olmadığı üçün balığın ölüsü pakdır.

Məsələ: 90. Diriliyində eyni-nəcis olmayan heyvanın ölüsündəki ruhu olmayan yun, tük, kürk (qoyun-quzu tükünün dibindəki xırda tüklər) pakdır.

Məsələ: 91. Atıcı qanı olan heyvan və ya insanın diri ikən bədənindən ət və ya ruhu olan hər hansı bir şey ayrılsa nəcisdir.

Məsələ: 92. Əgər dodağın və bədənin başqa yerlərinin dərisi azacıq qoparılsa, pakdır.

Məsələ: 93. Əgər ölü toyuğun qarnından çıxan yumurtanın qabığı bərkimişdirsə, pakdır, ölü bədənə toxunduğuna görə onun üstü gərək suya çəkilsin. Amma qabığı bərkiməmiş olsa, onun nəcis olması məhəlli-işkaldır.

Məsələ: 94. Südəmər quzu və ya çəpiş ot yeməyə başlamazdan öncə ölsə, onların qursağında mövcud olan pendir mayası pakdır. Lakin ehtiyata əsasən, gərək onun zahiri suya çəkilsin.

Məsələ: 95. Kafir ölkələrindən gətirilən maye dərman, ətir, yağ, krem və sabunun nəcis olmasına şəxsin yəqini olmasa, pakdır.

Məsələ: 96. Müsəlman bazarından alınmış ət, piy və dəri pakdır. Həmçinin, əgər təzkiyə olunmuş müamilə edən bir müsəlmanın da əlində olsa, eyni hökmdür. Amma əgər o müsəlman kafirdən almış olsa və şəri qayda ilə kəsilib-kəsilmədiyi barədə təhqiq etməsə (bu halda pak deyildir).

5-Qan

Məsələ: 97. İnsanın və atıcı qanı olan (yəni, damarı kəsildikdə qanı təziqlə sıçrayan) hər bir heyvanın qanı nəcisdir. Deməli, ağcaqanad və balıq kimi, atıcı qanı olmayan heyvanın qanı pakdır.

Məsələ: 98. Əti halal olan heyvan şər`i qayda ilə kəsilərsə və adi (normal) miqdarda qan axsa, bədənində qalmış qan pakdır. Lakin əgər heyvan kəsilərkən nəfəs almağına və yaxud başın bədəndən hündür yerdə olmağına görə qan bədənə qayıtsa, bu qan nəcisdir.

Məsələ: 99. (Bə`zən) Yumurtanın sarısında olan qanın yeyilməsi haramdır və ehtiyata əsasən, nəcisliyinə hökm olunur.

Məsələ: 100. Heyvanın südü sağılarkən bə`zən görünən qan nəcisdir və südü də nəcis edər.

Məsələ: 101. Ağızdan, məsələn, dişlərin dibindən gələn qan, əgər ağız suyu ilə qarışmaqla aradan gedərsə, ağzın suyundan çəkinmək lazım (vacib) deyil. Əgər ağzın suyu ilə qarışmaqla aradan getməsə və su ağızdan çıxsa o sudan çəkinmək lazımdır.

Məsələ: 102. Əzilmə səbəbilə dırnaq və ya dərinin altında ölən qan artıq "qan" deyilməyəcək tərzdə olsa, pakdır. Əgər ona "qan" deyilərsə, nəcisdir. Əgər o dəri və ya dırnaq deşilsə və bir şey ona dəysə, o şey nəcis olur. Əgər bu kimi hallarda qanı çıxarıb dəstəmaz və qüsl üçün yerini paklamağın hərəci (çətinliyi) olsa, gərək təyəmmüm olunsun.

Məsələ: 103. Əgər şəxs qanın dərinin altında ölməsini, yoxsa

ətin əzilmə səbəbilə bu hala düşməsini bilməsə, pakdır.

Məsələ: 104. Yemək qaynayan zaman qan zərrəsi onun içinə düşərsə, bütün yemək və onun qabı nəcis olar. Qaynama, hərarət və istilik pakedici deyildir.

Məsələ: 105. Yara sağalarkən onun ətrafında əmələ gələn sarı

suyun qanla qarışıb-qarışmaması mə`lum olmazsa, pakdır.

6 – 7–İt və donuz

Məsələ: 106. Quruda yaşayan it və donuzun hətta tükü, sümüyü, dırnağı və onların rütubətləri də nəcisdir. Amma suda yaşayan it (suiti) və donuz pakdır.

8-Kafir

Məsələ: 107. Kafir – yə`ni Allahı, sonuncu Peyğəmbər (səlləllahu əleyhi və alih- in risalətini və ya məadı inkar edən, yaxud Allah və Onun Rəsulunda şəkk edən, yaxud Allaha şərik qoşan və ya Allahın yeganəliyinə şəkk edən kəs nəcisdir. Həmçinin, xəvaric – yə`ni mə`sum İmam (əleyhissalam)-a qarşı qiyam edənlər, habelə ğulat, yə`ni imamlardan birinin Allah olmasına əqidə bəsləyən (ilahiləşdirən) və yaxud Allahın onların birində hülul etdiyini deyənlər, habelə nasibilər, yə`ni imamlardan birinə və ya Fatimeyi- Zəhraya (ə.s) düşmən münasibəti bəsləyənlər, namaz və oruc kimi dinin zəruri hökmlərindən hər hansı birini, dinin zəruri hökmlərindən olduğunu bilərək inkar edən kəs kafir və nəcisdir.

Kitab əhli (yə`ni, yəhudi və xristianlar) əqva nəzərə görə pakdır, hərçənd onlardan çəkinmək əhvətdir.

Məsələ: 108. Kafirin bütün bədəni, hətta tükü, dırnağı, rütubətləri belə, nəcisdir.

Məsələ: 109. Əgər həddi-buluğa yetişməmiş uşağın atası, anası, babası və nənəsi kafir olsalar, o uşaq da nəcisdir, amma əgər müməyyiz olan və yaxşını pisdən ayıran halda İslamı izhar etsə, pakdır. Əgər bunlardan hər hansı biri müsəlman olsa, uşaq da pakdır. Yalnız müməyyiz olsa və küfrü izhar etsə, nəcisdir.

Məsələ: 110. Müsəlman olub-olmaması bilinməyən kəsin paklığına hökm olunur, ancaq müsəlman qadınla evlənmək, müsəlman qəbiristanlığında dəfn olunmaq kimi digər (islami) hökmlər ona şamil olunmur.

Məsələ: 111. Düşmənçilik üzündən on dörd mə`sum

(əleyhimussalam)-dan birini söyən şəxs nəcisdir.

9-Şərab

Məsələ: 112. Məstedici şərab və nəbiz (xurma şərabı) nəcisdir. Müstəhəbb ehtiyata görə bu iki məstedicidən başqa pivə istisna olmaqla (onun hökmü sonradan deyiləcək) başqa məstedici mayelərdən çəkinmək lazımdır. Nə`şə və tiryək axıcı (maye) olmasalar da, üstünə bir şey əlavə edib maye hala salsalar belə, pakdır (amma istifadə etmək haramdır).

Məsələ: 113. Qapı, pəncərə, stol, stul və s. kimi əşyaların rənglənməsində istifadə olunan texniki spirtin bütün növləri pakdır (amma içmək haramdır).

Məsələ: 114. Üzüm və üzüm suyu bişirilməklə qaynayarsa, pak, lakin yeyilməsi haramdır. Əgər odda bişirilmədən qeyri bir vasitə ilə qaynayarsa, yeyilməsi haram və ehtiyata əsasən, özü də nəcisdir.

Məsələ: 115. Xurma, məviz (iri dənəli üzüm qurusu), kişmiş və

onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.

10-Pivə

Məsələ: 116. "Arpa suyu" deyilən və arpadan hazırlanmış olan fuqqa (pivə) nəcisdir. Lakin həkimin göstərişi ilə arpadan hazırlanmış "mauş-şəir" deyilən su pakdır.

Məsələ: 117. Haram yolla cünub olanın təri pakdır və onunla namaz qılmamaq ehtiyat vacibdir. Heyzli halda olan öz əyalı ilə yaxınlıq edən də haramdan cünub olanın hökmündədir.

Məsələ: 118. Ramazan ayının günləri kimi, qadınla yaxınlıq etmək haram olan vaxtlarda öz qadını ilə yaxınlıq edən şəxsin təri pakdır, ancaq onunla namaz qılmamaq ehtiyat vacibdir.

Məsələ: 119. Əgər haramdan cünub olan şəxs qüsl əvəzi təyəmmüm etsə və təyəmmümdən sonra tərləsə, onun tərinin hökmü –

ehtiyat vacibə əsasən – təyəmmümdən əvvəlki tərin hökmündədir.

Məsələ: 120. Haramdan cünub olan şəxs sonradan öz qadını ilə yaxınlıq etsə, namazda öz tərindən çəkinməsi ehtiyat vacibdir. Amma əgər əvvəlcə öz qadını ilə yaxınlıq edəndən sonra harama düçar olsa, onun təri haramdan cünub olanın təri hökmündə deyildir.

Məsələ: 121. İnsan nəcisini yeməyə adət etmiş dəvənin təri ehtiyat vacibə əsasən nəcisdir. İnsan nəcisi yeməyə adət etmiş digər heyvanların təri pakdır. Ancaq (onların təri insana dəydikdə) heç biri ilə namaz qılmaq caiz deyildir.


Oxunub: 3311

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı