www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Meyyit qüslunun qaydası

Məsələ 539: Meyyitə üç qüsl vermək vacibdir:

1. Sidr ilə qarışmış su ilə;

2. Kafur ilə qarışmış su ilə;

3. Xalis su ilə.

Məsələ 540: Sidr və kafur, suyu muzaf hala yetirəcək qədər çox, «sidr və kafur su ilə qarışdırılmamışdır» – deyiləcək qədər də az olmamalıdır.

Məsələ 541: Əgər lazımi miqdarda sidr və kafur tapılmasa, əldə olan miqdarın suya qarışdırılması müstəhəbb ehtiyatdır.

Məsələ 542: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməz, onun əvəzində xalis su ilə qüsl verilməlidir. Amma onun ehramı həcci-təməttö ehramıdırsa, təvaf, namaz və sə`yi tamamlanmışsa, yaxud da qiran və ya ifrad həcci ehramında olub həlq (başın tükünü qırxmaq) etmiş olursa, bu iki halda ona kafurlu su ilə qüsl verilməsi lazımdır.

Məsələ 543: Əgər sidr və kafur, yaxud bunlardan biri tapılmasa və ya onun istifadəsi caiz olmasa, məsələn, qəsbi olarsa, gərək ehtiyata əsasən ona bir təyəmmüm verilsin, mümkün olmayanın yerinə isə xalis su ilə qüsl verilsin.

Məsələ 544: Meyyitə qüsl verən aqil, müsəlman və ehtiyata əsasən on iki imam şiəsi olmalı, həmçinin qüsl hökmlərini də bilməlidir. Əgər müməyyiz uşaq qüslü səhih şəkildə yerinə yetirsə, kifayət edər. Belə ki, isna-əşəridən (isna-əşəri – yə`ni 12 imamçı olan şiə məzhəbi) başqa məzhəbdə olan müsəlman meyyitə öz həmməzhəbi, məzhəbinin qaydası üzrə qüsl versə, isna-əşəri mö`mindən təklif saqitdir. Amma əgər o, meyyitin vəlisi olsa, təklif ondan saqit olmur.

Məsələ 545: Meyyitə qüsl verən şəxsin qürbət qəsdi olmalıdır, qüslü Allah-təalanın əmrini yerinə yetirmək məqsədilə verməsi kifayətdir.

Məsələ 546: Müsəlman uşağına qüsl vermək, hətta zinadan doğulmuş olsa belə, vacibdir. Kafirin və onun övladının qüsl, kəfən və dəfni vacib deyildir. Kafirin övladı müməyyiz olub İslamı izhar etsə, müsəlmandır. Uşaqlıqdan dəli olub, bu halda baliğ olan şəxsin, ata-anası müsəlmandırsa qüsl edilməsi lazımdır.

Məsələ 547: Siqt olan (düşən, salınan) uşaq, əgər dörd aylıq və ya daha çox olarsa, ona qüsl verilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quruluşu tamamlanmış olarsa, ehtiyata əsasən ona qüsl verilməlidir. Bu iki haldan başqa, sair hallarda ehtiyata əsasən, bir parçaya bükülərək, qüsl verilmədən dəfn edilməlidir.

Məsələ 548: Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da naməhrəm kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə, ər də öz arvadına qüsl verə bilər.

Məsələ 549: Kişi müməyyiz olmayan qız uşağına və qadın da müməyyiz olmayan oğlan uşağına qüsl verə bilər.

Məsələ 550: Bir-birinə məhrəm olanlar bir-birinə qüsl verə bilər. İstər ana, bacı kimi nəsəbi olsun, istərsə süd əmmək vasitəsilə və ya evlənmək yolu ilə ona məhrəm olsunlar. Bundan başqa hallarda qüslün libas altından verilməsi, yaxşı olmasına baxmayaraq, lazım deyil, amma vacib ehtiyata əsasən, kişi ona məhrəm olan qadına o halda qüsl verə bilər ki, ona qüsl verəcək bir qadın tapılmasın və əksinə (kişiyə qüsl verə biləcək kişi tapılmasa, məhrəm qadın qüsl verə bilər.)

Məsələ 551: Əgər meyyitlə ona qüsl verənin hər ikisi kişi və ya hər ikisi qadın olsa meyyitin övrətindən başqa digər yerlərinin çılpaq olması caizdir. Amma daha yaxşısı odur ki, libasın altından qüsl verilmiş olsun.

Məsələ 552: Meyyitin övrətinə baxmaq ər arvaddan başqasına haramdır, əgər ona qüsl verən adam baxsa, günah edib, lakin (bu işlə) qüsl batil olmaz.

Məsələ 553: Əgər meyyitin bədəninin bir yerində eyni-nəcis olsa, qüsl verməzdən əvvəl oranı paklamaq lazımdır. Meyyitin bütün bədəninin, qüsl verilməzdən əvvəl nəcasatdan pak olması daha yaxşıdır.

Məsələ 554: Meyyit qüslü, cənabət qüslü kimidir. Vacib ehtiyata görə tərtibi qüsl vermək mümkün olduğu vaxta qədər, meyyitə irtimasi qüsl verilməməlidir. Tərtibi qüsldə də sağ tərəfi sol tərəfdən əvvəl yumalıdırlar.

Məsələ 555: Heyz, yaxud cənabət halında ölən adama, heyz, yaxud cənabət qüslünü vermək lazım deyil, elə həmin meyyit qüslü onun üçün kifayətdir.

Məsələ 556: Meyyitə qüsl vermək üçün muzd (əmək haqqı) almaq, ehtiyata əsasən, haramdır. Əgər bir kəs muzd almaq üçün meyyitə qüsl versə, belə ki, bu iş qəsdi-qürbətə zidd olmuş olsa, o qüsl batildir. Amma qüsldən qabaq bə`zi hazırlıq işləri üçün muzd almaq haram deyildir.

Məsələ 557: Meyyit qüslündə cəbirə qüslü məşru (şəriət qanunu) deyildir. Əgər su tapılmasa və ya sudan istifadə etməyin maneəsi vardırsa, qüsl əvəzinə meyyitə bir təyəmmüm verməlidirlər. Amma üç təyəmmüm vermələri müstəhəbb-ehtiyatdır.

Məsələ 558: Meyyitə təyəmmüm verən şəxs, öz əlini torpağa vurub, meyyitin üzünə və əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, müstəhəb-ehtiyata əsasən, meyyitin öz əli ilə ona təyəmmüm verilməlidir.


Oxunub: 2115

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı