www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Qabların hökmləri

Məsələ 226: İt, donuz və ya murdar olmuş heyvanın dərisindən hazırlanan bir qabda bir şey yemək və içmək, hər hansı bir rütubətin o şeyin nəcis olmasına səbəb olduğu təqdirdə haramdır. O qabın dəstəmaz və qüsl kimi, pak şeylə edilməsi lazım olan işlərdə də istifadə edilməsi caiz deyil. İt, donuz və murdar olmuş heyvanın dərisindən, qab olmasa da, istifadə etməmək ehtiyat müstəhəbbdir.

Məsələ 227: Qızıl və gümüşdən hazırlanan qablarda yemək və içmək, hətta vacib ehtiyata görə, onların hər cür istifadə edilməsi haramdır. Amma onlarla otağı və buna bənzər şeyləri bəzəmək və onları saxlamağın eybi yoxdur, lakin bunu da tərk etmək əhvətdir: zinət və ya saxlamaq üçün qızıl və gümüş qabları düzəltməyin və yaxud onları alıb-satmağın da hökmü eynidir.

Məsələ 228: Qızıl və gümüşdən düzəldilən stəkan tutacağına «qab» deyilirsə, elə qızıl və gümüş stəkan hökmündədir. Əgər ona «qab» deyilmirsə, istifadə olunmasının bir maneəsi yoxdur.

Məsələ 229: Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur.

Məsələ 230: Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin miqdarı, ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi yoxdur.

Məsələ 231: İnsanın, qızıl və ya gümüş qabda olan yeməyi ayrı bir qaba boşaltmasının, adi halda ikinci qab birinci qabdan yemək yeməyə vasitə olmazsa, eybi yoxdur.

Məsələ 232: Qızıl və ya gümüşdən hazırlanmış qəlyanın üfürən yerinin, qılıncın qınının, bıçaq və Qur’an qabının istifadə olunmasının eybi yoxdur, amma qızıl və ya gümüşdən hazırlanmış tiryək qabının, sürmə qabının və ətir qabının işlədilməməsi ehtiyat müstəhəbbdir.

Məsələ 233: Məcburiyyət halında qızıl və ya gümüş qabda zərurəti aradan aparacaq miqdarda yeyib-içməyin bir eybi yoxdur. Amma bu miqdardan artıq yeyib-içmək caiz deyildir.

Məsələ 234: Qızıl-gümüşdən, yoxsa digər bir şeydən hazırlandığı bilinməyən bir qabdan istifadə etməyin eybi yoxdur.


Oxunub: 2231

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı