www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

Murdarlığın sirayat etmə səbəbləri

Məsələ 143: Əgər pak bir şey murdar bir şeyə toxunarsa və onlardan biri rütubətli olarsa, pak şey murdarlanar. Əgər hər iki şey quru olarsa və ya rütubət yaşdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak şey pak qalar. (Amma meyyit qüslundan öncə hətta quru şəraitdə meyitə toxunmamaq vacib ehtiyatdır.)

Məsələ 144: Əgər pak şeyin murdar şeyə toxunmasına və ya onların rütubətli olmasına şəkk varsa, toxunma zamanı pak şey murdarlanmaz.

Məsələ 145: Xalça və ya libasın hansı hissəsinin murdarlandığı bilinmirsə, onun bir hissəsinə toxunan əl murdarlanmaz. İki şeydən biri murdardırsa və onlardan hansının murdar olduğu bilinmirsə, toxunduqdan sonra hər ikisi murdar sayılmaz.

Məsələ 146: Torpaq, parça və ya bu kimi başqa bir şey rütubətli olduğu vaxt ona murdar şey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin şey bütövlükdə murdar sayılar. Xiyar, qarpız, qatıq və bu kimi şeylər çox rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar.

Məsələ 147: Yağ və şirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə sirayat etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar hissəni götürüb atmaq olar.

Məsələ 148: Əgər milçək və ya onun kimi başqa bir həşərat rütubətli murdar bir şeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həşəratın ayağının rütubət götürməməyini düşündükdə onun qonduğu yer murdar sayılmaz. Əgər həşəratın öz ayağında murdar şey apardığını və onun qonduğu yerə sirayat etdiyini biləriksə, həmin yer murdar sayılar.

Məsələ 149: Bədənin tərli yeri murdarlansa tərin sirayat etdiyi yerlər murdar sayılar.

Məsələ 150: Burundan və ya boğazdan gələn bəlğəm qatı olarsa qan olan nöqtə murdar sayılar. Əgər axıcı olarsa, bütünlüklə murdardır.

Məsələ 151: Əgər altı deşik qab murdar yerə qoyularsa, ondakı su təzyiqlə xaric olduğu vaxt qabın içi murdarlanmaz.

Məsələ 152: İynə kimi bir şey bədənin daxilində qan kimi murdara toxunarsa bayıra çıxarılarkən bulaşıq olmasa da, vacib ehtiyata əsasən murdar sayılar. Ağız və burun suyu ağız və burunun daxilində qana toxunarsa ehtiyata əsasən bu sudan çəkinmək lazımdır.

Məsələ 153: Sidiyə batmış əl kimi murdarlanmış şey rütubətli halda pak şeyə toxunarsa onu da murdarlayar.


Oxunub: 1631

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı