www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

2. Yer

Məsələ 200: Əgər murdar yerlə yol getdiyi üçün insanın ayağının və ya ayaqqabısının altı murdarlanarsa, pak yerlə yeriməklə və ya yerə sürtməklə paklanar. Bir şərtlə ki, yer pak və quru olsun, murdarın əsli təmizlənsin. Eyni zamanda yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz.

Məsələ 201: Taxta döşənmiş yer üzərində hərəkət etməklə ayaqqabı və ya ayağın altının paklanması çətindir. Amma asfalt üzərində yeriməklə paklana bilər.

Məsələ 202: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı on beş zira-yeddi tam onda beş metr yol gedilsin.

Məsələ 203: Ayaq və ya ayaqqabının altının rütubətli olması zəruri deyil. Onlar quru olsalar da yol yeriməklə paklanarlar. Yerdə sirayat etməyəcək həddə rütubətin olması mümkündür.

Məsələ 204: Əgər yolda ayaqqabı və ya ayağın ətrafı murdarlanarsa, həmin yerlər yerə toxunmaqla paklanar. Amma əl və dizlər üzərində yeriməklə onların paklanması çətindir. Sü’ni ayaqlar, əsa (əl ağacı), dördayaqlıların nalı, avtomobil təkərləri də bu qəbildəndir.

Məsələ 205: Murdarın yalnız su ilə paklanan xırda zərrələri ayaqqabı və ya ayaqda qalarsa eybi yoxdur. Murdarın qoxu və rənginin də qalması mümkündür.

Məsələ 206: Yol yeriməklə ayaqqabının içindəki murdarlıq paklanmır. Yol yeriməklə corabın altının da paklanmasına irad var. Yalnız corab dəri və bu kimi şeylərdən olsa və ayaqqabı əvəzinə istifadə edilsə paklana bilər.


Oxunub: 1582

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı